Göytürklərin tarixinin xronologiyası
Naviqasiyaya keç
Axtarışa keç
Bu, Göytürklərin Türk xaqanlığının yaranmasından İkinci Göytürk xaqanlığının sonuna qədər olan tarixinin xronologiyasıdır.
V əsr
[redaktə | mənbəni redaktə et]İl | Tarix | Hadisələr |
---|---|---|
439 | Müasir Turfan ətrafında məskunlaşan Aşina kimi tanınan hun tayfalarının 500 ailəsi onları Altay dağlarına köçürən Jujan xaqanlığına tabe edilir. [1] |
VI əsr
[redaktə | mənbəni redaktə et]İl | Tarix | Hadisələr |
---|---|---|
534 | Aşinalı Bumın xaqan türklərin başçısı olur, daha şərqə, Xuanxe çayına (Sarı çay) doğru köç edirlər. [1] | |
545 | Türklər Qərbi Vey ilə ittifaq qururlar. [1] | |
546 | Bumın xaqan Jujuan xaqanlığında baş verən Telelərin üsyanını yatırır və xidməti üçün bir Jujuan şahzadəsi istəyir. İstəyi geri çevrildikdən sonr müstəqilliyini elan edir [2] | |
551 | Bumın özünü xaqan və türklərin ali hökmdarı elan edir. [1] | |
Bumın xaqan Qərbi Vey şahzadəsi Çanqla ilə evlənir. [2] | ||
552 | Bumın xaqan Jujuan xaqanı Yuyçzülyü Anaxuanı (Dayanan xan) məğlub edir və Anaxuan intihar edir; Bumın Ötükəni fəth etdikdən sonra özünü Türk xaqanlığının İllıq xaqanı elan edir; tezliklə Bumın ölür və yerinə oğlu Qara İssıq xaqan keçir. [2][3] | |
553 | İssı1 xaqan Jujuan xaqanlığına hücumunu davam etdirir və ölür; onun yerinə qardaşı. Muğan xaqan keçir[2] | |
554 | Muğan xaqan Jujuan xaqanlığını məğlub edir. [2] | |
557 | Buxara döyüşü: Qərbi Göytürk xaqanı İstəmi (Bumınin qardaşı) Sasanilər imperiyası ilə ittifaq bağlayaraq eftalitlərə (Ağ hunlar) hücum edirlər. [4] | |
563 | Qərbi Göytürk xaqanı İstəmi xaqan döyüşdə Ağ hunları məğlub edir. [1] | |
568 | Elçilər Bizans imperatorluğuna gələrək, onlardan Qərbi Göytürk xaqanlığına tabe olan avarları təslim etmələrini xahiş edirlər. [5] | |
572 | Muğan xaqan ölür və onun yerinə qardaşı Taspar xaqan keçir. [6] | |
580 | Taspar xaqan Şimali Çjou şahzadəsi Qianjin ilə evlənir. [6] | |
581 | Göytürk vətəndaş müharibəsi:Taspar xaqan ölür və onun təyin etdiyi varisi Muğan xaqanın oğlu Apa xaqan İssıq xaqanın oğlu İşbara xaqanla döyüşə gedir; Taspar xaqanın oğlu Amrak xaqan taxt iddiasından əl çəkir. [7] | |
582 | İşbara xaqan Çinə hücum edir. [8] | |
583 | Göytürk vətəndaş müharibəsi: Apa xaqan İşbara xaqan tərəfindən məğlub edilir və Qərbi Göytürk xaqanı İstəmi xaqanın oğlu Tardu xaqanın yanına qaçır.[7] | |
584 | Göytürk vətəndaş müharibəsi: Qərbi Göytürk xaqanı Tardu Şərqi Göytürk xaqanı İşbara xaqanı məğlub edir.[9] | |
585 | Şərqi Göytürk xaqanı İşbara xaqan Suy sülaləsi tərəfindən məğlub edilir. [10] | |
587 | Şərqi Göytürk xaqanı Tulan xaqan Bağa xaqanın oğlu Yami xaqanın üzərinə hücum edir və onu Suy xanədanına qaçmağa məcbur edir.[7][11] | |
588 | Birinci fars-türk müharibəsi: Şərqi Göytürk xaqanı Bağa xaqan Herata hücum edir, lakin məğlub olur, ox zərbəsindən ölür; Onun yerinə İşbara xaqanın oğlu Tulan xaqan keçir. [12][1] | |
597 | Şərqi Göytürk xaqanı Tulan xaqan Bağa xaqanın oğlu Yami xaqanın üzərinə hücum edir və onu Suy xanədanına qaçmağa məcbur buraxır.[13] | |
599 | Şərqi Göytürk xaqanı Tulan xaan tabeliyində olanlar tərəfindən öldürülür və onun yerinə Bağa xaqanın oğlu Yami xaqan keçir.
Qərbi Göytürk xaqanı Tardu isə özünü bütün türklərin hökmdarı elan edir. [14] | |
Qərbi Göytürk xaqanı Tardu xaqan Suy xanədanına hücum edir[15] |
VII əsr
[redaktə | mənbəni redaktə et]İl | Tarix | Hadisələr |
---|---|---|
600 | Qərbi Göytürk xaqanı Tardu Suy sülaləsinə hücum edir. [15] | |
602 | Qərbi Göytürk xaqanı Tardu Ordosda Şərqi Göytürk xaqanı Yami xaqana hücum edir.[13] | |
603 | Qərbi Göytürk xaqanı Tardu devrilərək Toqona qaçır;[16] onun yerinə Tardunun nəvəsi Taman xaqan keçir. [17] | |
605 | Şərqi Göytürk xaqanı Yami xaqan Suy sülaləsi adından xitaylara hücum edir. [18] | |
Qərbi Göytürk xaqanı Taman üsyan səbəbindən Suyların yanına qaçmağa məcbur olur.[19] | ||
610 | Qərbi Göytürk xaqanı Taman onun yerinə keçən Tardunun nəvəsi Şekuy xaqan tərəfindən məğlub edilir. [17] | |
611 | Şərqi Göytürk xaqanı Yami xaqanın yerinə oğlu Şibi xaqan keçir. [20] | |
Taman xaqan Suy sülaləsinə qaçır. [17] | ||
615 | Şərqi Göytürk xaqanı Şibi xaqan Suylara hücum edir.[20] | |
617 | Şərqi Göytürk xaqanı Şibi xaqan Suy sülaləsinə qarşı üsyanında Tan imperatoru Qaocjuya kömək edir.[21] | |
Qərbi Göytürk xaqanı Şekuy xaqanın yerinə qardaşı Tonq Yabqu xaqan keçir.[22] | ||
618 | Taman xaqan Şərqi Göytürk xaqanlığının elçiləri tərəfindən öldürülür. [17] | |
619 | Şərqi Göytürk xaqanı Şibi xaqanın yerinə qardaşı Çula xaqan keçir. [17] | |
620 | Şərqi Göytürk xaqanı Çula xaqanın yerinə onun qardaşı İllig xaqan keçir. [17] | |
622 | Şərqi Göytürk xaqanı İllig xaqan Tan sülaləsinə hücum edir. [23] | |
624 | Şərqi Göytürk xaqanı İllig xaqan və onun qardaşı oğlu Tolis xaqan Tanın ərazilərini işğal edir, lakin Li Şimin Tolislə əlaqə saxlayır və onu hücum etməməyə inandıraraq, işğalı dayandırmağa məcbur edir. [24] | |
625 | Şərqi Göytürk xaqanı İllig xaqan Tanın sülaləsinin ərazilərinə basqınlar edir, lakin geri çəkilir. [25] | |
626 | Şərqi Göytürk xaqanı İllig xaqan Tanın sülaləsinin ərazilərini işğal edir və yeni tac taxmış Tan imperatoru Tay Tsunq xərac ödəməyə razı olur.[25] | |
627 | Üçüncü fars-türk müharibəsi: Qərbi Göytürk xaqanı Tonq Yabqu xaqan Sasanilər imperiyasına hücum edərək Dərbənd və Tiflisi tutur.[1] | |
Qarluqlar Qərbi Göytürk xaqanlığına qarşı üsyan qaldırırlar. [26] | ||
Tan və uyğur qoşunları türklər və tibetlilərlə döyüşə girir.[27][28] | ||
628 | Seyanto xaqanlığı və Tatabılar Şərqi Göytürk xaqanlığına qarşı üsyan qaldırırlar. [29] | |
630 | Tanın Şərqi türklərə səfəri: Şərqi Göytürk xaqanı İllig xaqan Tan sülaləsindən Li Cjin tərəfindən məğlub edilir və Li Şici tərəfindən əsir götürülür, lakin azad edilir; Şərqi Göytürk xaqanlığı Tan sülaləsinin vassalı olur. [30] | |
Syuantzan Qərbi Göytürk xaqanı Tonq Yabqu xaqanın sarayına səfər edir. [31] | ||
Qərbi Göytürk xaqanı Tonq Yabqu xaqan əmisi Bağatur xaqan tərəfindən öldürülür. [22] | ||
Qərbi Göytürk xaqanı Bağatur xaqan Tonq Yabqu xaqan oğlu Si Yabqu xaqan tərəfindən öldürülür.[32] | ||
Qərbi Göytürk xaqanlığı iki tayfa konfederasiyasına; Qərbi Nuşibilər və Şərqi Tululara parçalanır, onlar birlikdə On Oq (On ox) kimi tanınırlar. [26] | ||
632 | Qərbi Göytürk xaqanı Si Yabqu xaqan devirilir; onun yerinə Tonq Yabqu xaqanın yaxın qohumu Bağa Şadın oğlu Nişa Tulu xaqan keçir. [33] | |
634 | Qərbi Göytürk xaqanı Nişa Tulu xaqan taxtdan əl çəkir və onun yerinə qardaşı İşbara Teriş keçir.[34] | |
638 | Qərbi Göytürk xaqanı İşbara Teriş xaqan İllig xaqanın oğlu Yükük şadın xeyrinə devrilir.[35] | |
642 | Qərbi Göytürk xaqanı Yükük şad qərbə qaçır və onun yerinə İşbara Terişin nəvəsi İrbis Şekuy xaqan keçir. [35] | |
649 | Qərbi Göytürk xaqanı İrbis Şekuy qərbə qaçır və onun yerinə İstəmi xaqanın nəslindən olan Xallıq İşbara Yabqu xaqan gətirilir. [10] | |
651 | Qərbi Göytürk xaqanı Xallıq İşbara Yabqu Cjimasara hücum edir. [36] | |
653 | İnan Cençu yabqu Qərbi Göytürk xaqanı Xallıq İşbara Yabqu üzərinə hücum edir. [37] | |
656 | Qərbi Göytürk xaqanlığının Qarluq və Turgiş qüvvələri Şen Yaoin tərəfindən məğlub edilir.[38] | |
657 | İrtış çayı döyüşü: Qərbi Göytürk xaqanı Xallıq İşbara Yabqu xaqan Tan sülaləsindən Su Dinqfanq tərəfindən məğlub edilir.[39] | |
658 | Tanın Qərbi Göytürk xaqanlığını ələ keçirməsi: Qərbi Göytürk xaqanı Xallıq İşbara Yabqu xaqan Tan sülaləsindən Su Dinqfanq tərəfindən məğlub edilir və ömrünün qalan günlərini Çanqanda keçirir;
Qərbi Göytürk xaqanlığı Tana birləşdirilir. [40] | |
660 | Qərbi Göytürk xaqanlığının qalan qüvvələri Tibet imperiyasına qoşularaq Qaşqara hücum edirlər. [41] | |
665 | Qərbi Göytürk xaqanlığının qalan qüvvələri Tibet imperiyasına qoşularaq Yutiana (Xotan) hücum edirlər.[42] | |
677 | Qərbi Göytürk xaqanlığının qalan qüvvələri Tibet imperiyasına qoşularaq Qiucinə (Kuça) hücum edirlər.[41] | |
679 | Çanyu protektoratından Aşide Venfu və Aşide Fenci Aşina Nişufu xaqan elan edir və Tan sülaləsinə qarşı üsyana başlayırlar.[43] | |
680 | Pey Xincjan Aşina Nişufu məğlub edir və Aşina Nişufu onun adamları tərəfindən öldürülür.[43] | |
Aşide Venfu Aşina Funyanı xaqan elan edir və Tan sülaləsinə qarşı üsyan qaldırır.[43] | ||
681 | Aşide Venfu and Aşina Funian Pey Xincjana təslim olurlar.[43] | |
İltəriş xaqan Aşina Funyanın adamları ilə ilə üsyan qaldırır.[44] | ||
682 | İltəriş xaqan İkinci Göytürk xaqanlığını elan edir. [44] | |
İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. [45] | ||
683 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. [45] | |
684 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. [45] | |
685 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. [45] | |
687 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. [45] | |
692 | İkinci Göytürk xaqanı İltəriş xaqan vəfat edir və onun yerinə qardaşı Qapağan xaqan keçir.[44] | |
693 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir.[46] | |
694 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. [47] | |
696 | İkinci Göytürk xaqan Qapağan xaqan şərqdə xitanları məğlub edir və Tan sülaləsinə basqın edir. [46] | |
697 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. [47] | |
698 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsinə hücum edir. [46] |
VIII əsr
[redaktə | mənbəni redaktə et]İl | Tarix | Hadisələr |
---|---|---|
702 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsi ərazilərinə hücumlar edir. [46] | |
706 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsi ərazilərinə hücumlar edir. [46] | |
707 | İkinci Göytürk xaqanı Qapağan xaqan Tan sülaləsi ərazilərinə hücumlar edir. [48] | |
711 | Bolçu döyüşü: İkinci Göytürk xaqanı Qapağan xaqan Türgiş xaqanlığını məğlub edir. [49] | |
713 | İkinci Göytürk xaqanı Qapağan xaqan Əməvilər xilafətinə qarşı Sogd vilayətinə kömək üçün ordu göndərir, lakin məğlub olur və növbəti il geri çəkilir. [50] | |
716 | 22 iyul | İkinci Göytürk xaqanı Qapağan xaqan pusquda öldürülür və onun yerinə İltəriş xaqanın oğlu Bilgə xaqan keçir.[44] |
720 | İkinci Göytürk xaqanı Bilgə xaqan Tan sülaləsi torpaqlarına hücum edir və xərac alır. [44] | |
726 | Orxon çayı yaxınlığında Tonyukuk abidəsi ucaldılır.[51] | |
731 | 27 fevral | Kültigin vəfat edir.[52] |
734 | 25 noyabr | İkinci Göytürk xaqanı Bilgə xaqana sui-qəsd edilir və onun yerinə gələn oğlu Yollıq xaqan elə həmin ildə vəfat edir; onu anası Qutluq Səbaq xatunun himayəsi altında qardaşı Bilgə Qutluq xan əvəz edir. [44] |
741 | İkinci Göytürk xaqanı Bilgə Qutluq Tenqri xaqan onun şadlarından biri (vali) Pan Kültiğin tərəfindən öldürülür.
Sonra basmıllar tərəfindən məğlub edilir və onun yerinə İltəriş xaqanın oğlu Qutluq Yabqu xaqan keçir.[53] | |
742 | Basmıllar, uyğurlar və qarluqlar İkinci Göytürk xaqanlığına qarşı üsyan edir və Qutluq Yabqu xaqan öldürülür; onun yerinə Pan Kültiğin oğlu Ozmış Teqin xan keçir.[54] | |
744 | Uyğurlar İkinci Göytürk xaqanlığını darmadağın edərək Uyğur xaqanlığını qururlar; Ozmış Teqin xan öldürülür. [53] |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 Bregel, 2003. səh. 14
- ↑ 1 2 3 4 5 Barfield, 1989. səh. 132
- ↑ Xiong, 2009. səh. ciii
- ↑ Golden, 1992. səh. 127
- ↑ Golden, 1992. səh. 128
- ↑ 1 2 Xiong, 2008. səh. 516
- ↑ 1 2 3 Xiong, 2008. səh. 37
- ↑ Barfield, 1989. səh. 136
- ↑ Barfield, 1989. səh. 137
- ↑ 1 2 Xiong, 2008. səh. 433
- ↑ Xiong, 2008. səh. 365
- ↑ Xiong, 2008. səh. 138
- ↑ 1 2 Barfield, 1989. səh. 138
- ↑ Xiong, 2008. səh. 407
- ↑ 1 2 Skaff, 2012. səh. 302
- ↑ Xiong, 2008. səh. 69
- ↑ 1 2 3 4 5 6 Xiong, 2008. səh. 95
- ↑ Barfield, 1989. səh. 139
- ↑ Sinor, 1990. səh. 307
- ↑ 1 2 Xiong, 2008. səh. 452
- ↑ Xiong, 2008. səh. 453
- ↑ 1 2 Xiong, 2008. səh. 507
- ↑ Skaff, 2012. səh. 303
- ↑ Barfield, 1989. səh. 144
- ↑ 1 2 Xiong, 2008. səh. cviii
- ↑ 1 2 Golden, 1992. səh. 135
- ↑ Latourette, 1964. səh. 144
- ↑ Haywood, 1998. səh. 3.2
- ↑ Graff, 2002. səh. 186
- ↑ Xiong, 2008. səh. 579
- ↑ Golden, 1992. səh. 40
- ↑ Xiong, 2008. səh. 464
- ↑ Xiong, 2008. səh. 139
- ↑ Xiong, 2008. səh. 122
- ↑ 1 2 Xiong, 2008. səh. 629
- ↑ Wang, 2013. səh. 42
- ↑ Wang, 2013. səh. 43
- ↑ Xiong, 2009. səh. cix
- ↑ Xiong, 2008. səh. cix
- ↑ Xiong, 2008. səh. 434
- ↑ 1 2 Bregel, 2003. səh. 17
- ↑ Bregel, 2003. səh. 16
- ↑ 1 2 3 4 Sima Guang, Zizhi Tongjian, Vol. 202
- ↑ 1 2 3 4 5 6 Barfield, 1989. səh. 149
- ↑ 1 2 3 4 5 Skaff, 2012. səh. 308
- ↑ 1 2 3 4 5 Barfield, 1989. səh. 147
- ↑ 1 2 Skaff, 2012. səh. 309
- ↑ Skaff, 2012. səh. 311
- ↑ Bregel, 2003. səh. 18
- ↑ Bregel, 2003. səh. 19
- ↑ Rona-tas, 1999, p. 232
- ↑ Györffy, 1997, p. 232
- ↑ 1 2 Barfield, 1989. səh. 150
- ↑ Ahmet Taşağıl:Göktürkler, AKDTYK yayınları, ISBN 978-975-16-2460-4, p. 358-9
Ədədbiyyat
[redaktə | mənbəni redaktə et]- Andrade, Tonio, The Gunpowder Age: China, Military Innovation, and the Rise of the West in World History, Princeton University Press, 2016, ISBN 978-0-691-13597-7.
- Asimov, M.S., History of civilizations of Central Asia Volume IV The age of achievement: A.D. 750 to the end of the fifteenth century Part One The historical, social and economic setting, UNESCO Publishing, 1998
- Barfield, Thomas, The Perilous Frontier: Nomadic Empires and China, Basil Blackwell, 1989
- Barrett, Timothy Hugh, The Woman Who Discovered Printing, Great Britain: Yale University Press, 2008, ISBN 978-0-300-12728-7 (alk. paper)
- Beckwith, Christopher I, The Tibetan Empire in Central Asia: A History of the Struggle for Great Power among Tibetans, Turks, Arabs, and Chinese during the Early Middle Ages, Princeton University Press, 1987
- Biran, Michal, The Empire of the Qara Khitai in Eurasian History: Between China and the Islamic World, Cambridge University Press
- Bregel, Yuri, An Historical Atlas of Central Asia, Brill, 2003
- Drompp, Michael Robert, Tang China And The Collapse Of The Uighur Empire: A Documentary History, Brill, 2005
- Golden, Peter B., An Introduction to the History of the Turkic Peoples: Ethnogenesis and State-Formation in Medieval and Early Modern Eurasia and the Middle East, OTTO HARRASSOWITZ · WIESBADEN, 1992
- Graff, David A., Medieval Chinese Warfare, 300-900, Warfare and History, London: Routledge, 2002, ISBN 0415239559
- Graff, David Andrew, The Eurasian Way of War Military Practice in Seventh-Century China and Byzantium, Routledge, 2016, ISBN 978-0-415-46034-7.
- Haywood, John, Historical Atlas of the Medieval World, AD 600-1492, Barnes & Noble, 1998
- Latourette, Kenneth Scott, The Chinese, their history and culture, Volumes 1-2, Macmillan, 1964
- Lorge, Peter A., The Asian Military Revolution: from Gunpowder to the Bomb, Cambridge University Press, 2008, ISBN 978-0-521-60954-8
- Millward, James, Eurasian Crossroads: A History of Xinjiang, Columbia University Press, 2009
- Needham, Joseph, Science & Civilisation in China, V:7: The Gunpowder Epic, Cambridge University Press, 1986, ISBN 0-521-30358-3
- Rong, Xinjiang, Eighteen Lectures on Dunhuang, Brill, 2013
- Shaban, M. A., The ʿAbbāsid Revolution, Cambridge: Cambridge University Press, 1979, ISBN 0-521-29534-3
- Sima, Guang, Bóyángbǎn Zīzhìtōngjiàn 54 huánghòu shīzōng 柏楊版資治通鑑54皇后失蹤, Yuǎnliú chūbǎnshìyè gǔfèn yǒuxiàn gōngsī, 2015, ISBN 978-957-32-0876-1
- Sinor, Denis, The Cambridge History of Early Inner Asia, Cambridge University Press, 1990, ISBN 978-0-521-24304-9
- Skaff, Jonathan Karam, Sui-Tang China and Its Turko-Mongol Neighbors: Culture, Power, and Connections, 580-800 (Oxford Studies in Early Empires), Oxford University Press, 2012
- Wang, Zhenping, Tang China in Multi-Polar Asia: A History of Diplomacy and War, University of Hawaii Press, 2013
- Whiting, Marvin C, Imperial Chinese Military History, Writers Club Press, 2002
- Wilkinson, Endymion. Chinese History: A New Manual, 4th edition. Cambridge, MA: Harvard University Asia Center distributed by Harvard University Press. 2015. ISBN 9780674088467.
- Yuan, Shu, Bóyángbǎn Tōngjiàn jìshìběnmò 28 dìèrcìhuànguánshídài 柏楊版通鑑記事本末28第二次宦官時代, Yuǎnliú chūbǎnshìyè gǔfèn yǒuxiàn gōngsī, 2001, ISBN 957-32-4273-7
- Xiong, Victor Cunrui, Sui-Tang Chang'an: A Study in the Urban History of Late Medieval China (Michigan Monographs in Chinese Studies), U OF M CENTER FOR CHINESE STUDIES, 2000, ISBN 0892641371
- Xiong, Victor Cunrui, Historical Dictionary of Medieval China, United States of America: Scarecrow Press, Inc., 2009, ISBN 978-0810860537
- Xue, Zongzheng, Turkic peoples, 中国社会科学出版社, 1992