Balkarlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Balkarlar (Alanlar)
Yaşadığı ərazilər
Rusiya Rusiya 112 924 (2010)[1]
Dili

Qaraçay-Balkar dili

Dini

İslam Sünni

Qohum xalqlar

Türk xalqları


Balkarlar (Alanlar) — Şimali Qafqazda yaşayan və qumuqlar, qaraçaylılar ilə birlikdə türk xalqları ailəsinin qıpçaq qoluna aid xalq. Özlərini malkarlar adlandırılar.

Balkarlar xüsusi ilə qaraçaylılara çox yaxındırlar. Bəzi araşdırıcılar qaraçaylılarla balkarları eyni xalq hesab edirlər. Belə ki yaylaq-qışlaq maldarlığı ilə məşğul olan bu xalqın bir hissəsi Şimali Qafqazın düzənliyində (qışlaqda) daim məskunlaşaraq qaraçay, dağlarda (yaylaqda) qalanlar isə balkar və yaxud malkar adlanmağa başlayıb. Bununla əlaqədar olaraq balkarlar özlərini davlular (dağlılar) da adlandırırlar. Dindarları müsəlman sünnülərdir. Kabarda-Balkar respublikasında ikinci böyük yerli xalqdırlar. Ümumi sayları 170 mindir. Əsas hissəsi, təxminən 110 mini, tarixi vətənləri olan Kabarda-Balkarda yaşayır. Eləcə də Türkiyə, Suriya və Misirdə mühacir adı ilə böyük diasporaları tarixən mövcud olub. Ənənəvi məşğuliyyətləri sürü maldarlığı (yaylaq-qışlaq), eləcə də əkinçilik, arıçılıq və sənətkarlıq olub. 1944-cü ildə kişilər cəbhədə vuruşarkən, onların ailələri repressiyalara məruz qalaraq elliklə Qazaxıstana deportasiya olunub. 1957-ci ildə onların hüquqları qismən bərpa olunub, məhdud halda dövlətçilikləri yaradılıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Портал "Всероссийская перепись населения 2010 года" — Окончательные итоги Всероссийской переписи населения 2010 года: Национальный состав населения Российской Федерации Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine