Telelər
Telelər — qədim türk tayfası.
Tarixi
[redaktə | mənbəni redaktə et]Tele tayfası erkən orta əsrlərdə (IV-V əsrlərdə) Balxaş gölü ətrafında yaşamışdır. V əsrdə 100 min alaçıqdan ibarət telelər İrtış çayını keçərək Aral və Xəzər dənizləri arasındakı ərazidə öz dövlətlərini yaratmışdılar. 492-ci ildə telelər öz dövlətini yaratdılar.494-496-cı illərdə bu dövlətə eftalilər son qoydular. 552-ci ildə türk xaqanlığı yaradıldıqda tele tayfa birləşməsi həmin dövlətə daxil olmuşdur.556-cı ildə onlar xaqanlığın qərbində, Xəzər dənizi sahillərində məskunlaşmışdılar. VII-VIII əsrlərdə tokuz-oğuz adı ilə adlanmışlar.Türk xaqanlığının dağılması nəticəsində (1704) telelərin bir hissəsi İrtış hövzəsində yaşayan qıpçaqlara qarışmış, digər hissəsi isə VIII əsrdə Xəzərlərin tərkibinə daxil olmuşdur. Qıpçaqların və Xəzərlərin tərkibində Azərbaycana gəlmişdilər.[1]
Telelər jujanlarla qonşu yaşayırdılar. Amma əlaqə saxlamırdılar. Onlar Hun imperiyasına qatıldılar. Öz ibtidai dədə-baba qaydalarını saxladılar və köçərilikdən əl çəkmədilər. Çinləşmə (tabqaçlaşma-Ə.Ç.) bu köçərilərə təsir etmədi. Əlçatmaz səhralarda sakin olduqlarından Çin dövləti üçün maraqlı deyildilər. Telelər əvvəlcə bir xana deyil, 12 tayfanın hərəsi öz ağsaqqalına tabe idi. [2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ . Azərbaycan toponimləri. Ensiklopedik lüğət, Bakı,1999, 588 səh.
- ↑ Бичурин Н. Я. Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена. М. – Л., 1950. Т. I.С. 215.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Гумилев Л. Н. Динлинская проблема
- Maenchen-Helfen O. 1939. The Ting-ling. – Harvard Journal of Asia Studies, vol. 4, no. 1: 77 – 86.