Əfqanıstan türkmənləri
Əfqanıstan türkmənləri | |
---|---|
Adlandırılırlar | اوغانستان تركمنلرى, Owganystan Türkmenleri |
Sayları və yaşadığı ərazilər | |
Dili | Türkməncə |
Qohumluluğu | Türk xalqları |
Mənşəyi | Oğuz (Türk) |
Əfqanıstan türkmənləri [1][2] — Əfqanıstanın Əfqan Türkistanı və ya Cənubi Türkistan deyilən hissəsində çoxu Türkmənistan sərhədinə yaxın, bir hissəsi isə İran (Məşhəd) sərhədində yaşayan türkmənlərin bir qolu olan türk xalqı. Sünni müsalman olub Əfqan özbəklərindən sonra Əfqanıstan türklərini təşkil edən ikinci böyük xalqdır. Özbəklərdən fərqli olaraq oturaq yox, köçəridirlər və heyvandarlıqla məşğul olurlar. 1885-ci ildə Rusiya və Əfqanıstan arasında sərhəd təyinindən sonra Türkmənistan türkmənləri ilə Xorasan türkmənləri ayırılmışlardır. Əfqanıstan türkmənlərinin əsas uruqları Ersarı, Çavdır, Yamut, Göklən, Təkə, Sarıq, Salur və Abdal uruqlarıdır. Ən böyükləri isə Ersarı uruğudur.
Əhali
[redaktə | mənbəni redaktə et]1990-cı illərdə əhali sayı 200000 nəfər olmuşdur[3]. Hal-hazırda əhali sayı təxmini olaraq -1000000 600000 -1000000 nəfər təşkil edir. Əfqanıstanda olan əhalinin siyahıya alınması zamanı türkmənlərin yaşadığı bəzi kənd və qəsəbələr saya daxil edilməmişdir və demək olar ki, türkmən qadınlarının heç biri siyahıya alınmamışdır. Bunlarla birlikdə Əfqanıstan türkmənlərinin sayı 3 milyon olaraq təxmin edilir[4].
Qrupları
[redaktə | mənbəni redaktə et]İsveçli diplomat və türkoloq Gunnar Jarring Əfqanıstan türkmənlərini beş qrupa ayırmışdır[5].
- Salur Ogurucikin nəslindən gələnlər, 140 qola ayrılan Yomutlar və 110 qola ayrılan Salurlar, Sarıqlar və Təkələr;
- Oğuz xanın nəslindən gələnlər, 78 qola ayrılan Göklənlər, 50 qola ayrılan Çavdurlar, Hataplar, Mukrillər, Karkınlar, Ersarılar, Bayatlar, Agarlar;
- Türkmənləşmiş olanlar; Bu qrupdakılar 55 qola ayrılmaqdadır;
- Sunçı, Nuhurlı, Anaulı, Murça tayfaları;
- Oğuz mənşəyindən gələyən yeni yaranmış tayfalar.
1930-cu illərdə SSRİ-dən köç etmiş türkmənlər isə Anhoya yerləşmişdir və ticarətlə məşğul olurlar.
Dil
[redaktə | mənbəni redaktə et]Türkməncə əsər Türkmənistandan sonra ən çox Əfqanıstanda qələmə alınmışdır. Lakin Əfqanıstanda yazılan bu əsərlərdə standart Türkmənistan türkməncəsində görülməyən bir çox şəkilçi fərqləri var. Bu şəkilçilərin çoxu Oğuz qrupu türk yazı dillərində görülməyən şəkilçilər olub Çağatay-Özbək yazı dili qoluna aid xüsusisyyətlərdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Sabrina və Roland Michaud. "Bozkırın Cesur Atlıları: Afganistan Türkmenleri" (türk. ). guneyturkistan.wordpress.com. 1973 noyabr. 2019-10-06 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "AFGHANISTAN iv. Ethnography" (ing. ). www.iranicaonline.org. 22 iyul 2011. 2019-10-06 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Non-Muslims" (ing. ). countrystudies.us. 6 oktyabr 2019 tarixində arxivləşdirilib.
- ↑ "Afganistan Türkmenleri" (türk. ). www.dtev.org. 2019-10-06 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Gunnar Jarring" (türk. ). tr.wikipedia.org. 2019-10-06 tarixində orijinalından arxivləşdirilib.