Naymanlar
Naymanlar - bugünkü Qazaxıstanın şimal şərqi ilə Monqolustanın qərbində yaşayan ən əski və çoxsaylı türk tayfalarından biri.
Tarixi
[redaktə | mənbəni redaktə et]Orta çağda bu ulus səkkiz qola bölünürdü. Qazaxların Orta jüzünün 7 böyük oymağından biridir. Çingiz xan zamanında Nayman dövləti bölgənin ən güclü ordusuna sahib dövlət idi. Çingiz xan naymanlarla kereitlər arasındaki nifaqdan ustalıqla istifadə edərək onları savaşa sürüklədi və gücsüzləşən hər iki xanlığı asanlıqla ələ keçirdi. Nayman dövləti Çingiz xan imperatorluğunun içində ərisə də, naymanlar güclü idari və əsgəri bacarıqları sayəsində günümüzə qədər xalq olaraq çatmağı bacarmışdılar. Çingiz ordularının 3/5-ü türk tayfalarından ibarət idi. Çingiz xan ordusunun türk qanadının başında da naymanlarla kereitler dururdular. Naymanlar günümüzdə Qazaxıstanın Şərqi Qazaxıstan, Semey, Jezkazgan, Qızılordu və Çimkənd vilayətlərində, Çin Xalq Respublikasının İlə, Altay, Tarbagatay bölgələrində və Monqolustanın Bayan Ulgey bölgəsində yaşayırlar. Naymanlar qonquratlar, yaklar, kereitlər, arqunlar, qıpçaqlar və naymanlar adlı tayfalardan təşkil olunublar.
Demoqrafiyası
[redaktə | mənbəni redaktə et]Günümüzdə bu bölgələrdə yaşayan naymanların sayının 2.800.000 nəfər olduğu bilinir.
Naymanların məşhur simaları
[redaktə | mənbəni redaktə et]Dayan xan naymanların başçısı idi. Çingiz xan 1202-ci ilin payızında onunla üz-üzə gəldi. Qanlı vuruşmada Çingiz xan qalib gəldi. Dayan xan döyüşdə öldürüldü. Bu qalibiyyət onu bütün monqolların xanı etdi. Dayan xanın vəliəhdi Kuçluk xan qalan naymanlarla qarakitayların yanına qaçıb Balxaş ətrafında binələdi.
1218-ci ildə Çingiz xan möhkəmlənəndən sonra Cebe noyonu onun ardınca göndərdi. Xasiyyətcə kələkbaz və bic bir adam olan Cebe Kuçluk xanın adamlarını ağasına qarşı çevirdi. Naymanlar və qarakitaylar Cebe noyonun ordusuna məğlub oldular. Kuçluk xan öldürüldü.
Bo Buğa noyon-naymanların öndə gedən simalarından idi. Batı xanın lələsi olmuşdu.
Nayman ulusunun tanınmış simalarından biri də Kit Buğa noyondur. Hülakü xanın sərkərdəsi idi. Elxan onu Şama hakim təyin etmişdi. 26 iyul 1260-cı ildə məmlüklərin ön dəstələri özləri ilə artıq yük olmasın deyə ərzaq belə götürməyərək, Sinay səhrasını keçdilər. Onlar monqolların Qəzzə yaxınlığındakı müdafiə xəttini yarıb, Akra yaxınlığında Avropa xaçlılarını əzərək, xeyli ərzaq ələ keçirdilər. Daha sonra Quduzun və Bəybarsın başçılıq etdikləri məmlüklərin ordusu Avropa xaçlılarının qurduqları qondarma Yerusəlim (Qüds) krallığından keçərək, Eyn Cəllud adlı yerdə Kit Buğa noyonun başçılıq etdiyi birləşmiş monqol-erməni-gürcü ordusu ilə üz-üzə gəldi. 3 sentyabr 1260-cı ildə monqol-erməni-gürcü ordusu məmlüklər tərəfindən darmadağın edildi. Əsir tutulan Kit Buğa noyon edam olundu. Məmlüklərin orduları təntənəli şəkildə Şam (Dəməşq) şəhərinə daxil oldular. 10 dekabr 1260-cı ildə Hülakü xanın göndərdiyi ikinci monqol ordusu da məmlüklər tərəfindən Xöms yaxınlığında darmadağın edildi.
Kit Buğa noyonun Qoyunçu adlı oğlu vardı. Qoyunçu Arqun xanın əmirləri arasında özünə etibarlı yer qazanmışdı. Qoyunçunun oğlu Araqi Qazan xana xidmət etmişdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Э. Хара-Даван. Объединение отдельных племён в монгольский народ
- Современное Шежире (родословная) казахов - Шежире казахов
- Бичурин Н.Я. "Статистическое описание Китайской империи"
- О найманах Arxivləşdirilib 2010-02-17 at the Wayback Machine
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |