İkinci Göytürk xaqanlığı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
xaqanlıq
İkinci Göytürk xaqanlığı
Göytürk xaqanlığının ərazisi, təxm. 700-ci il
Göytürk xaqanlığının ərazisi, təxm. 700-ci il
 
 
682 — 744

Paytaxt Ötüken
Rəsmi dilləri Qədim türk dili
Dövlət dini Tenqriçilik, Manilik
İdarəetmə forması Monarxiya


II Göytürk xaqanlığının yaranması

[redaktə | mənbəni redaktə et]

İkinci Göytürk xaqanlığı (682-744), Çin hakimiyyətinə daxil olan Göytürklər (Şərq Göytürk Xaqanlığı) Qutluq zamanında yenidən müstəqilliyinə qovuşdu. Buna görə bu dövlətə "Qutluq dövləti" də deyilir.

681-ci ildə Aşana ailəsindən Qutluq xaqan, Çinin şimalında yerləşmiş türk tayfalarını yenidən bir yerə toplamağı bacardı. Qutluq xaqan, xalqı yenidən bir yerə yığdığı üçün İltəris xaqan adını aldı. Onun dövründə göytürklər Çin əsarətindən çıxaraq müstəqil oldu. Göytürk şahzadələrinin Çin hökmdarlarının qızları ilə evlənmək ənənəsini aradan qaldırdı. Ordu və onun təchizatı gücləndirildi. Tanınmış alim Tonyukuk baş vəzir təyin edildi.

II Göytürk dövlə Qapağan xaqanın dövründə

[redaktə | mənbəni redaktə et]

691-ci ildə İltəris xaqan vəfat etdikdən sonra onun yerinə qardaşı Qapağan xaqan gəldi. Onun hakimiyyəti dövründə dövlətin iqtisadiyyatı gücləndirildi. Çinə ağır zərbə vuruldu və Çin göytürklərdən asılı vəziyyətə düşdü. 709-cu ildə qırğız və türkeş tayfaları göytürklərə tabe edildi. 715-ci ildə Qarluqlar məğlub edildi. 716-cı ildə Qapağan xaqan öldürüldü və onu hakimiyyətə oğlu İnel (Ünal) xaqan keçdi. Lakin Qapağan xaqanın qardaşı Bilgə, İnelin xaqanlığını qəbul etmədi. Tayfa bəyləri Bilgə xanı xaqan elan etdi. İnel öldürüldü.

Bilgə xaqanın hakimiyyət dövrü (716-734)

[redaktə | mənbəni redaktə et]

Gənc sərkərdə Kül Tigin 716-cı ildə hakimiyyəti ələ alıb qardaşı Bilgənin taxta çıxardı.Özü isə ordu başçısı seçildi.Bilgə xan kiçik qardaşı Kül tigin və baş vəzir Tonyukukla birlikdə dövləti idarə etməyə başladı və qüdrətli bir üçlük yarandı.Bilgə xaqanın əsas məqsədi türkləri bir xalq kimi qoruyub saxlamaq idi.

II Göytürk dövlətinin zəifləməsi və süqutu

[redaktə | mənbəni redaktə et]

Çinin müdafiə etdiyi uyğur birləşmələrinin Ötükənə aramsız hücumları, İpək Yolunun açar nöqtəsi olan Cunqariyanın Çinin nəzarətinə keçməsi, qərbdə On Ox qolunun hakimiyyətinə Türkeşlərin keçməsi və bu qolun güclənməsi nəticəsində II Göytürk dövləti tənəzzülə uğrayırdı. Bilgə Xaqanın məsləhətçisi Tonyukuku və kiçik qardaşı Kül Tigini itirməsindən sonra zəhərlənərək öldürülməsi səbəbindən yerinə keçən Tengri Xaqan uşaq yaşında idi. Daha sonra taxta çıxan xaqanlar atalarının qurduğu dövləti yaxşı idarə etmə bacarığı göstərə bilmədilər. Uyğurlar 744-ci ildə Ötükənə girərək II Göytürk xaqanlığına son qoydular.

İkinci Göytürk xaqanlarının siyahısı

[redaktə | mənbəni redaktə et]

İltəriş xaqan (680-691)
Qapağan xaqan (691-716)
İnel xaqan (716)
Bilgə xaqan (716-734)
Yollıq xaqan (734-39)
Bilgə Qutluq xan (739-41)
Qutluq Yabqu xaqan (741-42)
Ozmyş Khan Xaqan (742-43)
Bomei-Tegin Khan Xaqan (743-744)