Türkdilli Dövlətlərin Parlament Assambleyası

Vikipediya, azad ensiklopediya
(Türk PA səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Türk Dövlətləri Parlament Assambleyası
TÜRKPA
Loqonun şəkli
Növü Beynəlxalq təşkilat
Yaranma tarixi 21 noyabr 2008
Rəsmi dili Azərbaycan dili
Qazax dili
Qırğız dili
Türk dili
İngilis dili
Mərkəzi 7-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi, 106
Yarandığı yer İstanbul, Türkiyə
Fəaliyyət göstərdiyi yer Bakı, Azərbaycan
Qurucusu Azərbaycan Respublikasının Milli Məclisi, Qazaxıstan Respublikasının Parlamenti, Qırğız Respublikasının Jogorku Şurası, Türkiyə Respublikasının Böyük Millət Məclisi
Baş katib Mehmet Sürəyya Ər [1]
Üzvləri Azərbaycan Azərbaycan
Türkiyə Türkiyə
Qazaxıstan Qazaxıstan
Qırğızıstan Qırğızıstan
turkpa.org

Türk Dövlətləri Parlament Assambleyası və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Parlament Assambleyası — 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinin Dolmabaxça Sarayında Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzalamış olduğu sazişlə təsis olunmuşdur.

29 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) I. plenar sesiyası keçirilmişdir. Plenar sesiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyannaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsin haqqında qərar qəbul edilmişdir.

TÜRKPA sədrliyi rotasiya üsulu ilə ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir.

TÜRKPA Katibliyi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik olan qurumdur.

  • Parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək;
  • Tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması.
  • Türk dövlətləri və digər region dövlətlər arasında qarşılıqlı surətdə faydalı və bərabər hüquqlu əməkdaşlığın inkişaf etdirilməsinə kömək göstərmək;
  • Tərəf ölkələrin qanunvericiliklərinin, o cümlədən mədəni irsin və tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə türk dövlətləri üçün ümumi əhəmiyyət kəsb edən dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinə yönəlmiş qanunvericiliklərinin yaxınlaşdırılması üzrə tövsiyələr vermək;
  • Tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə kömək göstərir;

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]