Kuman dili

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kuman dili
Təsnifatı
türk dilləri
Ortaq türk dili
Qıpçaq dilləri
Kuman-qıpçaq dilləri
Kuman dili
Dil kodları
ISO 639-1
ISO 639-2
ISO 639-3 qwm
IETF qwm

Kuman dili, həmçinin polovets dili və ya qıpçaq-polovets dili — XI–XIV əsrlərdə Dunay və Volqa arasındakı çöldə yaşamış kumanların danışdığı dil. Hazırda istifadə olunmayan kuman dili bugünkü Krım tatar və Qaraçay-balkar dillərinə yaxınlığı ilə diqqət çəkir. Kumanlar Şərqi Avropada istifadə olunan türk ləhcələrindən birində danışırdılar.

Bu dilin sonuncu daşıyıcısı İştvan Varro 1770-ci ildə vəfat edib.

Kumanlar XIII–XIV əsrlərdə Şərqi Avropada yaşamış türk tayfasıdır. Onlar tarix boyu qıpçaqlarla birlikdə olduqlarından, müəyyən zaman sonra onları qıpçaqlarla eyni xalq hesab etmişlər. Kuman türkcəsində Şərqi Avropada, Qara dənizin şimalında və qismən də Balkanlarda danışılmışdır.

Kuman dili türk dillərinin qıpçaq dilləri qrupunun kuman-qıpçaq dilləri alt qrupuna aiddir.[1]

Müasir dillərdən Krım-tatarı, kəraim, qırımçaq, tatar, qaraçay-balkarqumuq dilləri kuman dillərinə ən yaxın dillər hesab olunur.[1][2]

Kuman dili haqqında məlumat XIV əsrin əvvəllərinə aid latın-fars-kuman lüğəti, qrammatikası isə "Kodeks kumanikus" tərəfindən verilir. "Kodeks Kumanikus" türklər tərəfindən yazılmayan, amma kuman dilinin danışıq xüsusiyyətlərini və öz dövründəki türk dilinin quruluşunu əks etdirən mühüm bir əsərdir.

Yazı nümunəsi

[redaktə | mənbəni redaktə et]

"Atamız" duası:

Atamïz, kim köktäsen! alɣïšlï bolsun seniŋ atïŋ!
Kelsin seniŋ χanlïχïŋ, bolsun seniŋ tilemegiŋ nečik kim köktä, alley yerdä!
Kündegi ötmäkimizni bizgä bügün bergil.
Daɣï yazuqlarmïznï bizgä bošatqïl, nečik biz bošatïrbiz bizgä yaman etkenlergä.
Daɣï yekniŋ sïnamaqïna bizni küvürmägil, basa barča yamandan bizni qutχarɣïl. Amen.

Azərbaycan dilinə tərcüməsi:

Göydə olan, Atamız! Alqışlı olsun sənin adın!
Gəlsin sənin xanlığın, olsun sənin istədiyin – necə ki, göydə, eləcə də yerdə!
Gündəlik çörəyimizi bizə bu gün ver.
Və günahlarımızı bizə bağışla – necə ki, biz bizə pislik edənləri bağışlayırıq.
Və şeytanın sınağından bizi qoru. Bütün pisliklərdən bizi qurtar. Amin.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Баскаков Н. А. Историко-типологическая фонология тюркских языков. М.: Наука. 1988. 111, 126.
  2. Баскаков Н. А. К вопросу о классификации тюркских языков. М. 1952.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]