Çalkandular
Çalkandular | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili | Çalkanduca (Altaycanın ləhçəsi) |
Dini | Tengriçilik, Ortodoksluk |
Qohumluluğu | Kumandılar, Tubalar, Altaylar, Telengitler, Teleütler |
Mənşəyi | türk |
Çalkandular (rus. чалканцы) — Rusiya Federasiyasının Altay Muxtar Respublikasında, Kurmaç-Baigol, Suronaş, Maysk, Biyka, Çuika, Turaçak rayonu və Qorno-Altaysk şəhərində kompakt yaşayan azsaylı türkdilli xalqdır.
Çalkandular
[redaktə | mənbəni redaktə et]Çalkandular, Çalkandılar və ya Çalkanlar[1] Rusiyanın cənub bölgəsindəki Altay Respublikasında yaşayan Türk xalqlarından Altayların 850 nəfərlik qəbiləsidir. UNESCO-ya görə dilləri və mədəniyyətləri yox olmaq təhlükəsi qarşısındadır.[2][3]
Adlandırma
[redaktə | mənbəni redaktə et]Biy çayı qolu olan Lebed çayı sahilində yaşadıqlarından keçmişdə kökü qədim kuğu sözündən olan Kuu-kiji və ya Lebed Tatarları adlanırdılar. “Kuu” xüsusilə Tıva Respublikasında “kuular” soyadını daşıyan bir sülalə olaraq bilinir. Çalkandular “Kuular” ilə bağlantıları vardır.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Çalkandular əsasən Altay Reespublikasının Turaçaq rayonunda , Kurmaç-Baygöl ilə Suronaş kəndlərində, bir hissəsi isə Biyka, İtkuç kəndlərində, çox az hissəsi isə Çoyskiy rayonunda yaşayırlar.[4]
Əhali
[redaktə | mənbəni redaktə et]2002-ci ilin məlumatlarına görə sayları 855 nəfərdir[5] və bunların ancaq 539 nəfəri çalkanduca danışa bilir.
Boyları
[redaktə | mənbəni redaktə et]Salkanıq və Sakşılıq olmaq üzrə iki qola ayrılırlar.
Dil
[redaktə | mənbəni redaktə et]Çalkanduların dili çalkanduca altaycanın şimali altay qrupu ləhçəsinə aiddir və bu qrupdakı tıva və kubandıların ləhçələrinə oxşayır. Bütün çalkanduların iki dili olub rusca da danışırlar. Çalkandu dili 2000-ci ildə Rusiya Federasiyasında azsaylı xalq dili statusunu almış və Rusiya xalqlarının qırmızı kitabına daxil edilmişdir. O vaxtdan sonra Altaycadan ayrı müstəqil bir dil olaraq qəbul edilir.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Figen Güner Dilek (2008), Altay Türklerinde akrabalık Arxivləşdirilib 2012-10-21 at the Wayback Machine, Ahmet B. Ercilasun Armağanı, Akçağ Basım Yayım Pazarlama A.Ş., Ankara
- ↑ "Dilleri ve Kültürleri Yok Olma Tehlikesine Maruz Türk Toplulukları" (türk. ). www.sonseslerduyulmadan.hacettepe.edu.tr. 2019-10-29 tarixində arxivləşdirilib.
- ↑ "The Chelkan Language" (ing. ). http://lingsib.iea.ras.ru/. 2019-10-29 tarixində arxivləşdirilib.
- ↑ "The Chelkan Language" (ing. ). http://lingsib.iea.ras.ru/. 2019-10-29 tarixində arxivləşdirilib.
- ↑ "The Chelkan Language" (ing. ). http://lingsib.iea.ras.ru/. 2019-10-29 tarixində arxivləşdirilib.
- ↑ "Arxivlənmiş surət". 2012-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.