Bolçu döyüşü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bolçu döyüşü
Tarix 710-711
Yeri Bolçu (Ulungur gölünün cənub-qərb sahili)
Səbəbi Türgiş-Tan-Qırğız ittifaqının Göytürklərə qarşı hərəkətə keçməsi
Nəticəsi Göytürklərin qələbəsi
Münaqişə tərəfləri

Türgişlər
Tan
Qırğızlar

İkinci Göytürk xaqanlığı

Komandan(lar)

Üç Elik Xaqan
Bars Bəy[1]

Tonyukuk
Kültigin
İnel xaqan[2]

Tərəflərin qüvvəsi

100000 piyada[3][4]

20000[5]

Bolçu döyüşü 711-ci ildə Göytürk xaqanlığı ilə Türgişlərin rəhbərlik etdiyi ittifaq qüvvələri arasındakı döyüşdür. Döyüş göytürklərin qələbəsi ilə nəticələnmişdir.

Döyüşün səbəbi

[redaktə | mənbəni redaktə et]

Qapağan xaqanın hücumlarından təngə gələn Tan sülaləsi ona qarşı bu ağır təzyiqdən qorunmaq üçün müttəfiqlər axtarmalı oldu. Bu məqsədlə qırğızlar və türgişlər ittifaqa dəvət edildi. türgişlər, qırğızlar və Tan sülaləsi göytürklərə qarşı ittifaq hazırlığına keçdi. Bu vəziyyəti casuslar vasitəsi ilə öyrənən Tonyukuk ittifaq qüvvələri hücum etməzdən əvvəl müharibə hazırlıqlarına başladı.

Qırğızların aradan qaldırılması

[redaktə | mənbəni redaktə et]

Tonyukuk əvvəlcə üçtərəfli ittifaqın ən zəif üzvü olan qırğızları aradan qaldırmaq qərarına gəldi. Qırğızlar o dövrdə "Kögmen Meşəsi" deyilən ərazidə yaşayırdılar. Bu meşəyə aparan yeganə yol Az qəbiləsinin ərazisindən keçən Anı çayı boyunca uzanan at yolu idi. Tonyukuk Göytürk ordusunu bu yolda irəliləyə biləcəyini düşündü və vəziyyəti Qapağan xaqana bildirdi. Qapağan xaqan bu təklifi qəbul etdi. Daha sonra Tonyukuk Az qəbiləsindən yol göstərmək üçün bir bələdçi tapdı. Sonra Tonyukukun komandanlığı altında olan Göytürk ordusu bu yolla getməyə başladı və Ak Termil adlanan çaya çatdılar. Göytürk ordusu sürətlə irəliləməyə davam etdi və gecə qırğızlara hücum etdi. Bu hücum Tonyukuk abidəsində belə təsvir edilmişdir:"Qırğızı yuxuda basdıq, yuxusunu nizə ilə açdıq."[6] Əvvəlcə qırğızlar məğlub oldular, lakin qırğız xaqanı əsgərlərini toplayıb əks hücuma keçdi. Ancaq qırğız ordusu məğlub oldu və qırğız xaqanı da öldürüldü. Bundan sonra qırğız xalqı göytürklərə tabe oldu və Göktürk xanlığına bağlandı. Göytürk ordusu Kögmen meşəsinin ətrafından dolanaraq geri gəldi.

  1. Kültigin abidəsi, şərq üzü, 20-ci sətir.
  2. Tonyukuk abidəsi, şimal üzü, 7-ci sətir.
  3. Tonyukuk abidəsi, qərb üzü, 1-ci sətir.
  4. Ahmet Bican Ercilasun, Başlangıçtan Yirminci Yüzyıla Türk Dili Tarihi, Akçağ, s. 99.
  5. Gumilëv, Lev Nikolayeviç, (2002). Eski Türkler, (çev. Ahsen Batur). İstanbul: Selenge Yayınları, s. 371.
  6. Tonyukuk abidəsi, kuzey yüzü, 3. ve 4. satırlar.