Şatolar
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Türk tarixi XIV əsrə qədər | |||||||
---|---|---|---|---|---|---|---|
Göytürk xaqanlığı 552–744 | |||||||
Qərbi Göytürk | |||||||
Şərqi Göytürk | |||||||
Avar xaqanlığı 564–804 | |||||||
Xəzər xaqanlığı 618–1048 | |||||||
Böyük Bolqar xanlığı 632–668 | |||||||
Dunay Bolqariyası | |||||||
İdil Bolqariyası | |||||||
Türkeş xaqanlığı 699–766 | |||||||
Uyğur xaqanlığı 744–840 | |||||||
Qaraxanlılar dövləti 840–1212 | |||||||
Qərbi Qaraxanlılar | |||||||
Şərqi Qaraxanlılar | |||||||
Peçeneq xaqanlığı 860–1091 |
Kimək xaqanlığı 743–1035 | ||||||
Dəşt-i Qıpçaq 1067–1239 |
Oğuz dövləti 750–1055 | ||||||
Şato sülalələri 923–979 | |||||||
Sonrakı Tan | |||||||
Sonrakı Tszin | |||||||
Sonrakı Xan (Şimali Xan) | |||||||
Qəznəvilər dövləti 963–1186 | |||||||
Böyük Səlcuq İmperiyası 1037–1194 | |||||||
Xarəzmşahlar dövləti 1077–1231 | |||||||
Rum sultanlığı 1092–1307 | |||||||
Dehli sultanlığı 1206–1526 | |||||||
Müəzzilər sülaləsi | |||||||
Xələclər sülaləsi | |||||||
Tuğluqoğulları sülaləsi | |||||||
Məmlük dövləti 1250–1517 | |||||||
Bəhri sülaləsi | |||||||
Digər türk sülalələri
Anadoluda | |||||||
Şato (Çincə: 沙陀 pinyin: shā tuó, Sha-t'o) — Qərb Göytürk Xaqanlığının ərazisində yaşayan türk tayfaları. Bu ad onlara Şato səhrasında yaşadıqları üçün verilmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Miladdan sonra VII əsrdə Fərqanədə qədim Usunların ərazisində yaşayan Şato tayfaları bir əsr sonra artıq Yanmin əyalətini tutaraq Barkul gölü ətrafında yerləşmiş, daha sonralar Şensi, Qansu və Şansi əyalətlərinə köçmüş, sonrakı əsrlərdə isə Quzey Çini zəbt etmişlər. Qumilyov yazır ki, şatolar Şərqi Cunqariya ərazisində, Burkul gölünün ətrafında yaşayırdılar. Tan imperiyasına tabe idilər. [1]
Hakimləri
[redaktə | mənbəni redaktə et]Şato tayfasının hakim ailəsi Çuye (朱邪) adlanırdı.
- Çuye Ake
- Çuye Quçu - İşbara xaqanla birlikdə Tan imperiyasına qarşı üsyana qoşulmuşdu.651-ci ildə məğlub edilmişdi.
- Çuye Cinşan - 661-ci ildə Yağlakarlara qarşı səfərbərliyə qoşulduğu üçün Moliçun qarnizonu komandanı təyin olunmuşdu. 702-ci ildə Çinmanzu qubernatoru və Çanqyeçunqonq knyazı idi. 712-ci ildə hələ sağ idi.
- Çuye Fukuo - Şato Cinşan və Şanquo xatunun oğlu idi. 714-cü ildə Çinmanzu qubernatoru təyin olunmuşdu. Aşina Çi ilə evlənmişdi. Yonqşuçin böyük knyazı idi.
- Çuye Kutuçi - Şato Fukuonun oğlu idi. 714-cü ildə Uyğurların hakim müavini idi. 740-cı ildə An Luşan üsyanına qarşı Çinin tərəfində qoşuldu.Sərkərdəliyə qədər yüksəldi.
- Çuye Cinçonq (朱邪盡忠) - Ciukuan knyazı idi. Bu dövrlərdə Şatolar Tibetdən asılı idilər. 808-ci ildə 30.000 türklə birgə Çinə köçməyə qərar verən Cinçonq Tibetlilərin müqaviməti ilə qarşılaşdı. Baş verən döyüşdə Cinçonq öldürüldü.
- Çuye Çiyi (朱邪執宜) - Şatoların qalan hissəsini indiki Daxili Monqolustan torpaqlarına gətirdi. Qısa zaman sonra tayfanın digər hissəsi də Cinçonqun qardaşı Çuye Abo (朱邪阿波) ilə birgə gəldi. 817-ci ildə Vanq Çenzonq (王承宗) üsyanına qarşı Çinə kömək etdi.Həmin il U Yuançinin üsyanını da yatıran Çiyi daha böyük vəzifələrlə mükafatlandırıldı.
- Çuye Çisin (朱邪赤心) - 839-cu ildə Uyğur baş naziri Yuelovu Külüg bəyə qarşı üsyan qaldırdı.Şatolardan yardım üçün Çisinə 300 at göndərdi. Şato ordusu qısa bir zamanda Ordu Balıq şəhərini mühasirəyə aldı. Külüg bəy intihar etdi. Çuye Çisin daha sonra Tan sülaləsinə Tibetə qarşı yürüşlərində kömək etdi. Li Keyonun atasıdır. 887-ci ildə vəfat edib.
İmperatorlar
[redaktə | mənbəni redaktə et]Sonrakı Tan
[redaktə | mənbəni redaktə et]Şatolar əvvəl Cin knyazlığının, daha sonra isə Sonrakı Tan sülaləsinin əsasını qoymuşdular.
Rəsm | İmperator titulu | Əsl adı | Çin adı | Ölümdən
sonrakı adı |
Məbəd adı | Era adı | Hakimiyyət illəri |
---|---|---|---|---|---|---|---|
Çuye Çiyi
(朱邪執宜) |
昭烈皇帝
(Görkəmli, seçkin imperator) |
Yiçü (懿祖)
Təvazökar |
Heç vaxt imperator olmayıb.
Ölümündən sonra fəxri ad verilib |
||||
Çuye Çisin
(朱邪赤心) |
Li Quoçanq
(李國昌) |
文景皇帝
(Müdrik, parlaq imperator) |
Hsiançü (獻祖)
Əcdad |
Heç vaxt imperator olmayıb.
Ölümündən sonra fəxri ad verilib |
?-887 | ||
Li Keyon
(李克用) |
武皇帝
(Döyüşkən imperator) |
Taiçü (太祖)
Böyük əcdad |
Heç vaxt imperator olmayıb.
Ölümündən sonra fəxri ad verilib |
896/907-908 | |||
光聖神閔孝皇帝
(Müqəddəs işıqlı imperator) |
Li Çunşü
(李存朂/ 李存勗/ 李存勖) |
Çonqçonq (莊宗)
Ləyaqətli əcdad |
Tonqquanq (同光)
İşıqlı dövr 13 may, 923 – 11 iyun, 926 |
908-926 | |||
聖明神武文德恭孝皇帝
(929-933) 聖明神武廣道法天文德恭孝皇帝 (933) |
Li Miyaoçili
(邈佶烈) |
Li Siyuan
(李嗣源) 927-ci ildən sonra: Li Dan (李亶) |
Minqçonq (明宗)
Parlaq əcdad |
Tiançenq (天成)
Səmavi mükəmməllik 926–930 Çanqhsinq (長興) Uzun intibah 930–933 |
926-933 | ||
Li Konqhu
(李從厚) |
閔皇帝
(Ehtiyatlı imperator) |
Yinqşun (應順)
933-934 |
933-934 | ||||
Vanq Konqke
(王從珂) |
Li Konqke | 後唐末帝
(Son imperator) 後唐廢帝 (Devrilmiş imperator) |
Kinktay (清泰)
934-937 |
934-937 |
Sonrakı Cin, Sonrakı Xan və Şimali Xan
[redaktə | mənbəni redaktə et]Sonrakı Cin Şatoların qurduğu ikinci imperiya idi. Çuyelərlə Çinə gəlmiş, Tan sülaləsinə tabe olmuşdular. Sonrakı Tan sülaləsi sərkərdəsi Şi Cinqtanq öz imperiyasını elan etmişdi.
Rəsm | Əsl adı | Ölümdən sonrakı adı | Məbəd adı | Era adı | Hakimiyyət illəri |
---|---|---|---|---|---|
Şi Cinqtanq
(石敬瑭) |
聖文章武明德孝皇帝 | Qaoçu 高祖
Ulu əcdad |
Tianfu (天福)
Səmavi bolluq 936-943 |
936-942 | |
Şi Çonqqui | 後晉出帝
(Sürgün edilmiş imperator) 後晉少帝 (Gənc imperator) |
Tianfu (天福)
Səmavi bolluq 942–944 Kaiyun (開運) Artmış bəxt 944–947 |
942-947 | ||
Sonrakı Xan və Şimali Xan[redaktə | mənbəni redaktə et] | |||||
Liu Çiyuan
(劉知遠) |
睿文聖武昭肅孝皇帝 | Qaoçu 高祖
Ulu əcdad |
Tianfu (天福)
Səmavi bolluq 947 Kianyu (乾祐) 948 |
947-948 | |
Liu Çenqyu
(劉承祐) |
隱皇帝
(Dumanlı imperator) |
Kianyu (乾祐)
948-951 |
948-951 | ||
Liu Çonq (劉崇)
885-951 Liu Min (劉旻) 951-954 |
神武皇帝
(Müdrik və güclü imperator) |
Şiçu 世祖
Nəsil əcdadı |
Kianyu (乾祐)
951-954 |
951-954 | |
Liu Çenqçun
(劉承鈞) |
孝和皇帝
(Dindar imperator) |
Ruiçonq 睿宗皇帝
Uzaqgörən əcdad |
Kianyu (乾祐)
951-954 Tianxuy (天會) 957–970 |
954-970 | |
Liu Cien
(劉繼恩) |
Şaoçu 少主
Kiçik hökmdar |
970 | |||
Liu Ciyuan
(劉繼元) |
英武帝
(Çiçəklənən imperator) |
970-982 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Гумилев Л. Н., Древние тюрки, М., 1967;
Mənbə
[redaktə | mənbəni redaktə et]- Chavannes, Édouard (1900), Documents sur les Tou-kiue (Turcs) occidentaux. Paris, Librairie d’Amérique et d’Orient. Reprint: Taipei. Cheng Wen Publishing Co. 1969.
- Findley, Carter Vaughn, The Turks in World History. Oxford University Press, (2005). ISBN 0-19-516770-8; 0-19-517726-6 (pbk.)
- Mote, F.W.: Imperial China: 900-1800, Harvard University Press, 1999
- Zuev Yu.A., "Se-Yanto Kaganate And Kimeks (Türkic ethnogeography of the Central Asia in the middle of 7th century)", Shygys, 2004, No 1, pp. 11–21, No 2, pp. 3–26, Oriental Studies Institute, Almaty (In Russian)
- Chinaknowledge: 5 DYNASTIES & 10 STATES
- Şato
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |