Kilibi xaqan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kilibi xaqan
俟力苾可汗
Şərqi Göytürk xaqanlığının V xanı, Heşun və Xuayxuay knyazı
13 avqust 639 – 16 aprel 647
Əvvəlkiİllig xaqan
SonrakıÇebi xaqan
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti hərbi lider[d]
Atası Tuğruq Şad
Dini Tenqriçilik

Kilibi xaqan (əsl adı: Aşina Simo (阿史那思摩), Çin titulu: Yiminişukilibi xaqan (乙彌泥孰俟力苾可汗)) — 630-cu ildə Tan sülaləsi tərəfindən xaqan olaraq vəzifələndirilmişdi. 639-cu ildəki Aşina Cieşeşuay üsyanı imperatoru qorxutduğu üçün xaqanlığı yenidən qurmaq qərarına gəldi.

Öncəki xaqanlar dövründə

[redaktə | mənbəni redaktə et]

583-cü ildə doğulub. Atası Tuğruq Şad Taspar xaqanın oğlu idi.[1] Şibi xaqanÇula xaqan onu çox sevməzdi. Çünki o türkdən çox soğda bənzəyirdi. Onların dövründə sərkərdə ola bilməmişdi. İllig xaqan onu imperatorla danışıq aparmağa göndərəndə imperator tərəfindən Heşun knyazı titulu ilə mükafatlandırılmışdı. Bütün bunlara baxmayaraq Şərqi Göytürk xaqanlığının zəiflədiyi dövrdə imperatora yox xaqana sadiq qalmışdı. İmperator onun sədaqətindən ruhlanaraq 23 iyul 630-cu ildə Xuayxuay knyazı titulu vermişdi.

Çin dövründə

[redaktə | mənbəni redaktə et]

13 avqust 639-cu ildə Aşina Cieşeşuay üsyanının yatırılmasından sonra Aşina Simoya Kilibi xan adı ilə xaqanlıq titulu verildi. Ona həm də imperiya soyadı olan Li soyadı da verildi. Beləliklə o imperiya ailəsindən sayılırdı. İmperator ona köməkçi olaraq Bağa xaqanın nəvəsi olan Aşina Çonqu Sol Müdrik Şahzadə təyin etdi. 641-ci ildə Seyanto xanlığının hökmdarı olan İncu xanın güclü hücumu qarşısında tab gətirməyərək Çinə qayıtdı. İncu xan imperatora göndərdiyi məktubda yazırdı:

Türklər xəyanətkardırlar və güvənilməməlidirlər. Onlar məğlub ediləndən sonra belə sizə zərər verməyə davam etdilər. Onları məğlub edəndən sonra qul edib Çinlilərə mükafat vermək yerinə onlara öz övladlarınız kimi davranırsınız. Buna baxmayaraq Aşina Cieşeşuay yenə də üsyan etdi. Onlar insana bənzəyir amma qurd kimi ürəkləri var, onlara insan kimi davranmayın. Mən istərdim kimi bütün Türkləri Çin üçün öldürüm.

645-ci ildə Türklər xaqanı tək qoyaraq Çinin dərinliklərinə köçdülər. Kilibi xaqan isə imperatorla birlikdə Koreyalılara qarşı müharibədə qolundan yaralandı. 16 aprel 647-ci ildə vəfat etdi, 18 may 647-ci ildə isə xaqan Çanqan şəhərində basdırıldı.

  • Tan sülaləsi tarixi
  1. Suzuki, Kosetsu. "On the Genealogical Line of Türks' Ashina Simo: The Royal Genealogy of the First Türkic Qaγanate and the Ordos Region during the Tang Period" (PDF). The Toyo Gakuho. 2018-07-28 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-07-28. (#invalid_param_val)