Buxara döyüşü
Buxara döyüşü | |||
---|---|---|---|
Tarix | 557 | ||
Yeri | Buxara, Özbəkistan | ||
Nəticəsi | Göytürk-Sasani ittifaqının qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Buxara döyüşü — Göytürk-Sasani ittifaqı ilə Ağ Hun imperiyası arasında baş vermis döyüşdür. Döyüş sonunda Ağ Hun imperiyası dağıdılmış və torpaqları Ceyhun çayı sərhəd olmaqla göytürklər ilə sasanilər arasında paylaşılmışdır.
Arxa plan
[redaktə | mənbəni redaktə et]Göytürklərin Çindən Aralıq dənizinə uzanan İpək yoluna hakim olmağa başlamasıyla birlikdə qərbdə Ağ Hun imperiyası ilə qonşu halına gəldilər. Ağ Hun imperiyası 350-ci ildən bəri Şimali Əfqanıstan və Məvaraünnəhr bölgələrində mövcudiyyətini davam etdirməkdə və İpək yolu ticarətini əlində tutmaqda idi.[1] Bu bögələri əlində tutmaq üçün də Sasani imperiyası ilə davamlı toqquşma içərisində idilər. Bu dövrdə böyük güc olaraq ortaya çıxan gpytürklər də bu böldələri ələ keçirmək və İpək yolu ticarətini nəzarət altına almaq istəyirdilər.
Döyüş
[redaktə | mənbəni redaktə et]Bunun üçün İstəmi Yabqu komandanlığındakı Göytürk ordusu 556-cı ildə Ağ Hun imperiyasına qarşı hücuma keçdi. Şərqdə Göytürk, qərbdə də Sasani hücumları qarşısında çətin vəziyyətdə qalan Ağ Hun imperiyası 555 və 558-ci illərdə Çindəki Qərbi Vey dövlətinə elçi göndərərək ittifaq təklif etdi.[2] İstəmi Yabqu isə buna cavab olaraq Sasani imperiyası ilə ittifaq qurmaq fikrinə düşdü. Bunun üçün də qızını Sasani imperatoru I Xosrov ilə evləndirdi. Bu qızın adı islami qaynaqlarda Tabəri, Məsudi, Fakim kimi formalarda keçməkdədir. Bu qız daha sonra Sasani imperatriçası oldu.[3] Qurulan Göytürk-Sasani ittifaqı əsasında 557-ci ildə Sasani ordusu qərbdən, Muğan xaqanın komandanlıq etdiyi və böyük ehtimalla İstəmi Yabqunun da olduğu[4] Göytürk ordusu şərqdən hücum etdi və Ağ Hun imperiyası tez zamanda süqut etdi.[5]
Nəticə
[redaktə | mənbəni redaktə et]Yıxılan Ağ Hun imperiyasının torpaqları Ceyhun çayı sərhəd olmaqla göytürklər ilə sasnailər arasında bölündü.[6] Məvaraünnəhr, Fərqanənin bir hissəsi, Qaşqar, Xotan və Qərbi Türkistanın mühüm şəhərləri Göytürk xaqanlığına verildi. Dolayı yolla, İpək yolu ilə, bu yolda ticarət edən soqdlular göytürklərin hakimiyyəti altına girdi.
Ağ Hun imperiyasının süqut etməsi ilə, Göytürk xaqanlığı qərbdə tam mənası ilə Sasanilər İmperiyası ilə qonşu olarkən, eyni zamanda siyasi olaraq dövrünün iki böyük dövləti olan Sasani imperiyası və Bizans imperiyası ilə müxtəlif siyasi və iqtisadi əlaqələr qurdu və onlarla bir səviyyəyə yüksəldi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ B. Ögel, "İlk Töles Boyları", Belleten 48, s. 826-829; W. Samolin, "Hsiung-nu, Hun, Turk", CAJ, III, 2, 1956, s. 48 vd.
- ↑ Chou Shu (Chou Hanedanı Kitabı) 50 Ye-ta böl., s. 918.
- ↑ R. Şeşen, "Eski Araplara Göre Türkler", Türkiyat Mecmuası, XV, 1968, s. 909.
- ↑ Chou Shu (Chou Hanedanı Kitabı) 50 Ye-ta böl., aynı yer; Gök. böl., s. 909.
- ↑ Chavannes, s. 242-266; El-Mesudî Muruc'uz-Zeheb, Kahire, 1948, I, s. 265-270'ten naklen Kafesoğlu, s. 94; P. Aalto "İranian Contacts of the Turks in Pre-İslamic Times", Studia Turcica, Budapest, 1971, s. 33.
- ↑ K. Czegledy, Nomad Nepek Vandorlasa Napklettöl Napnyugatig, Budapest, Kafesoğlu, s. 94; L. Rasony, Tarihte Türklük, Ankara, 1988, s. 96; Grousset, s. 94-95.