Monteneqro türkləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Monteneqro türkləri
Cəmi say 104[1][2]
Əhəmiyyətli sayda yaşadığı bölgələr Bar ; Biyelo Polye ; Podqoritsa ; Tivat
Dil Türk dili
Din İslam
Yaxın etnik qruplar Türk xalqları

Monteneqro türkləri (türk. Karadağ türkleri) — Monteneqroda yaşayan, Osmanlı imperiyası dövründə əraziyə yerləşən türk mənşəli insanları ifadə etmək üçün istifadə edilir. 2011 rəsmi siyahıyaalmada türk əhali, Bar qəsəbəsində, Podqoritsa və Biyelo Polye şəhərlərində yaşayır. Hal hazırda Monteneqroda 104 türk yaşayır. Monteneqro türkləri, ölkə əhalisinin 0,02%-ni təşkil edir.[2]

Monteneqro türkləri[3]
İl Say
1961 2,392
1971 397
1981
1991
2011 104
Rozayedəki Sultan II Murad məscidi.

1496-ci ildə Osmanlı İmperiyası ərazini işğal etdikdən sonra türklər Monteneqroya köçməyə başladılar. Monteneqro, balkan müharibələrinə qədər Osmanlı hakimiyyəti altında qalmışdır[1]. Monteneqro Osmanlı hakimiyətindən çıxdıqdan sonra regionda yaşayan türklərmüsəlmanlar anadoluya köçməyə başladılar[4]. Regiondakı türklərin az bir hissəsi isə Monteneqroda qaldılar.[4]

Dini olaraq assimilyasiya olmayan Monteneqro türkləri, dilləri haqqında isə eyni müvəffəqiyyəti göstərməmişdirlər. Əksəriyyətlə yaşlıların danışa bildiyi türk dilini, ölkədə inkişaf etdirmək üçün TƏKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) rəhbərliyində türk dili kursu açılmışdır. Maraqla qarşılanan bu dil kursu haqqında köhnə TƏKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) Monteneqro koordinatoru Gökçen Qalxan, 75 yaşındakı türk mənşəli bir şəxsintürk dilini gənclərə öyrətmə istəyini bu xatirəsi ilə izah edir:[1]

Yaşlı insanlar nəvələrinin əlindən tutaraq türk dili kursuna sanki qaçaraq gəlmişdi. Burada yaşayan 75 yaşında Abdullah adlı əmiyə özünün kursa gəlməyinin səbəbini soruşduqda, yerli ləhçəsi ilə Getirmişim baganları, unukları öğretesiniz onlara dilimizi, alışsınlar Türkçeye (azərb. Gətirmişəm uşaqları, nəvələri öyrədin onlara dilimizi, alışsınlar türk dilinə) cavabını heç unuda bilmirəm.
  1. 1 2 3 "Adriyatikdə unudulan Türklər" Arxivləşdirilib 2023-07-29 at the Wayback Machine. Milliyet. 21 Sentyabr 2011. 2014-cü ilin Yanvar ayının 17-də alındı.
  2. 1 2 2011 Monteneqro əhali siyahıyaalması. Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine Monteneqro Statistika İdarəsi
  3. Serb Mədəniyyətinin İnternet Kitabxanası. "Monteneqro Əhalisinin Etnik Strukturu" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine. 2008-10-29 alındı.
  4. 1 2 Today's Zaman. "Çernoqoriya qəsəblərindəki türklər artıq öz mənşələrini göstərməkdən qorxmurlar" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. 2011-09-21 alındı.