40°45′00″ şm. e. 43°47′00″ ş. u.HGYO

Türk Qarakilsəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
kənd
Türk Qarakilsəsi
40°45′00″ şm. e. 43°47′00″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region [[Şörəyel mahalı]]
Rayon [[Düzkənd rayonu]]
Tarixi və coğrafiyası
Sahəsi
  • 12 km²
Mərkəzin hündürlüyü 1.470 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.243 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Türk Qarakilsəsi xəritədə
Türk Qarakilsəsi
Türk Qarakilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türk Qarakilsəsi - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd.[2]

Rayon mərkəzindən 15 km cənub-qərbdə, Gümrü şəhərinin 5 kilometrliyində, dəniz səviyəsindən 1462 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.

Kənd albanlara aid qara daşdan tikilən kilsənin yaxınlığında salındığı üçün Qarakilsə adlanmışdır. Toponimin əvvəlindəki türk etnonimi fərqləndirici əlamət bildirir və sakinlərinin türklər (azərbaycanlılar) olduğunu göstərir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Axurik qoyulmuşdur.

Kənddə 1886-cı ildə 410 nəfər, 1897-ci ildə 484 nəfər, 1904 - cü ildə 554 nəfər, 1914 - cü ildə 911 nəfər azərbaycanlı yaşamışdır[5].

1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Türkiyənin Muş, Sasun Xnus, Qars vilayətlərindən ermənilər köçürülərək burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.133
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.l, 17
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.42-43, 122-123

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Dictionary of Armenian residences (Հայաստանի հանրապետության բնակավայրերի բառարան), page 11" (PDF). September 12, 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: April 18, 2014.
  • "Marzes of the Republic of Armenia and Yerevan City in Figures, 2010" (PDF). Ermənistan Respublikası Milli Statistika Xidməti (ARMSTAT).
  • Report of the results of the 2001 Armenian Census, Ermənistan Respublikası Milli Statistika Xidməti