Musluqlu (Amasiya)
Kənd | |
Musluqlu | |
---|---|
40°30′34″ şm. e. 43°51′23″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Ağbaba mahalı]] |
Rayon | [[Amasiya rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.960 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Musluqlu — XIX əsrin II yarısında Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 17 km şimal-qərbdə yerləşmişdir.1919–1920-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.
Toponimi
[redaktə | mənbəni redaktə et]Toponim türk dilində "kran, kiçik turba kranı" (кран трубочка) mənasında işlənən musluk sözünə[3][4] -lu şəkilçisinin qoşulması əsasında düzəlmişdir. Ağbaba mahalında "daşdan düzəldilən su qabı" mənasında "mustuq" sözü işlədilir. Mustuq musluq sözünün (Azərbaycan dilində l~t səsəvəzlənməsi qanunaıuyğun haldır) fonetik variantıdır. Relyef əsasında yaranan düzəltmə toponimdir. 1947-ci ildə kənd ermənicə Lancik adlandırılmışdır. Musluqlu toponiminin danışıqda tələffüz formasıdır. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Musluqlu dağı və kəndi, Dağıstan əyalətinin Samur dairəsində Muslyaq kəndi[5], Cənubi Sibirdə Abakan dağ belində Mustaq dağ adı[6] [126] və b. toponimlərlə eynidir. Mə'nası mə'lum deyil.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və onlar xalq kimi təqdim edilir[7]. Qarapapaqlar əslində azərbaycanlıların etnoqrafik qrupudur və türk tayfalarından biridir. Kənddə 1886-cı ildə 150 nəfər, 1897-ci ildə 199 nəfər, 1908-ci ildə 223 nəfər, 1914-cü ildə 317 nəfər azərbaycanlı yaşamışdır[8]. 1916-cı ildə kəndin sakinləri qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanları öz doğma kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 57 nəfər,~1926-cı ildə 82 nəfər azərbaycanlı yaşamışdır[8]. XX əsrin 30-cu illərində ermənilər məskunlaşmışlar. Kənd 1930-cu illərdə ləğv edilmişdir. İndi xaraba kənddir.[9]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Будагов Л.З. Сравнительный словарь турецкотатарских наречий, т., I, СПб, Типография Императорской АН, 1869. II, s.264
- ↑ Радлов В.В. Опыт словарья тюркских наречий, т. II, ч.2, СПб, 1899. s.2206
- ↑ Пагирев Д.Д., Алфавитный указатель к пятиверстной карте Кавказа. . Тифлис. 1913.
- ↑ Мурзаев Э.М., Словарь народных географических терминов. . 1984.
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.20
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.20–21, 104–105
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Муслуглу // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.