Böyük Kəpənək

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi Azərbaycan əraziləri
Böyük Kəpənək
Ümumi məlumatlar
Ölkə Ermənistan
Bölgə Şörəyel mahalı
İndiki adı Musaelyan
Adının dəyişdirilmə tarixi 1935
Sahəsi
  • 1,3 km²
Əhalisi
  • 1.393 nəf. (2011)[1]
Saat qurşağı
Xəritədə yeri
Böyük Kəpənək xəritədə
Böyük Kəpənək
Böyük Kəpənək

Böyük Kəpənək, Musaelyan (1935), Basenİrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd[2].

Rayon mərkəzindən 9 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur.

Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. 1828-1830-cu illərdə bura ermənilər köçürülmüş və azərbaycanlılar qovulmuşdur. İndi ermənilər yaşayır.

Toponim qədim türk dilində "geçə, yapıncı" mənasında işlənən "kəpənək" sözündən düzələn "kəpənəkçi" etnonimi əsasında əmələ gəlmişdir. Kəpənək sözünə "yıpınçı" mənasında "Kitabi Dədə Qorqud"da rast gəlinir. "Böyük" fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Musaelyan qoyulmuşdur.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913,s.113