Ağkilsə (Şörəyel)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi Azərbaycan əraziləri
Ağkilsə
Ümumi məlumatlar
Bölgə Şörəyel mahalı
İndiki adı Kraşen
Adının dəyişdirilmə tarixi 1945
Sahəsi
  • 0,9 km²
Əhalisi
  • 244 nəf. (2011)[1]
Saat qurşağı
Xəritədə yeri
Ağkilsə xəritədə
Ağkilsə
Ağkilsə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağkilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd[2].

Rayon mərkəzindən 18 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. 1937-ci ilə kimi Leninakan rayonunun inzibati ərazi bölgüsünə daxil idi.

Kəndin ərazisindəki ağ rəngdə olan kilsəyə görə oykonim Ağkilsə adlandırılmışdır. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kraşen qoyulmuşdur.

Kəndin əsas və yerli sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1820-1825-cı illərdə Türkiyənin Qars və Basen bölgələrindən köçürülmüşdür[4]. 1897-ci ildə burada 12 nəfər azərbaycanlı yaşamışdır[5]. XX əsrin əvvəllərində (1905-1906-cı illərdə) onlar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın Türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.5
  4. Erməni Sovet Ensiklopediyası, V c., İrəvan, 1980, s.675
  5. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.40-41