Kəvər rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rayon
Kəvər rayonu
İnzibati mərkəz Kəvər
Tarixi və coğrafiyası
Yaradılıb 09.09.1930
Ləğv edilib 11 aprel 1995
Əhalisi
Əhalisi
  • 30.600 nəf. (1989)
Kəvər rayonu xəritədə

Kəvər rayonu, Yeni Bəyazid rayonu, Kamo rayonuQərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) (İrəvan xanlığınınGöyçə mahalının indi Ermənistanın Kamo rayonu ərazisində rayon. Mərkəzi Kəvər şəhəridir.[1]

1930-cu il, sentyabrın 9-da yaradılıb. 1959-cu il aprelin 13-nə qədər Yeni Bəyazid rayonu, həmin tarixdən etibarən isə Kamo rayonu adlandırılıb. Rayon mərkəzi respublika tabeli Kəvər (dəyişdirilmiş adı Kamo) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 98 km-dir. Göyçə yaylasının böyük bir hissəsi Kəvər rayonu ərazisinə düşür. Kəvər rayonunun kəndləriAğzıbir, Əyrivəng, Ağqala, Başkənd, Qul Əli, Küzəcik, Dəliqardaş, Kərimkənd, Hacı Muxan, Kosa Məmməd, Noradüz Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Kəvər Yeni Bəyazid
Hacı Muğan Muğan
Muğan Dzovazard 25.01.1978
Dəliqardaş Sarukan
Kosaməmməd Batıkyan
Qulalı Karamirkyuğ 01.06.1940
Kərimkənd Tsaxkaşen 02.03.1940
Küzəcik Lancaxpyur 19.04.1950
Başkənd Geharkunik 04.04.1946
Ağzıbir Lçap 07.12.1945
Yeni Bəyazid Kamo 13.04.1959
Yeni Bəyazid rayonu Kamo rayonu 13.04.1959

Erməni tədqiqatçıları bu toponimin ermənicə qavar — "mahal", "dairə", "nahiyə" sözündən ibarət olduğunu yazmaqda səhv edirlər. Ona görə ki əvvəla, inzibati ərazi bölgüsü vahidini bildirən söz ("ölkə", "əyalət", "mahal", o cümlədən ermənicə "qavar") heç vaxt ayrılıqda yaşayış məntəqə adına çevrilə bilməz; ikincisi, bu məntəqənin XX əsrə qədər əhalisi erkən orta əsrlərdə burada məskunlaşmış xəzərlərin Kəbər tayfasının adının fonetik formasıdır.[2]

1948–1951-i illərdə rayonun azərbaycanlı əhalisinin əksəriyyəti Azərbaycana köçürülmüşdür. 1988-ci ildə qəsəbənin azərbaycanlı əhalisi tamamilə qovulmuşdur. 1829-cu ildə Türkiyədən gəlmiş ermənilər yerləşdikdən sonra ermənicə Nor-Bayazid (1850-ci ildə rusca Novo-Bayazid) adlandırılmışdır.

  1. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи.Спб.,. 1852.
  2. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Кәвәр // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.