Münirə Sultan
Münirə Sultan | |
---|---|
türk. Münire Sultan | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 dekabr 1844 |
Doğum yeri | |
Vəfat tarixi | 29 iyun 1862 (17 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | I Əbdülməcid |
Anası | Verdicanan Qadınəfəndi |
Həyat yoldaşları |
Kavalalı İbrahim Hilmi Paşa İbrahim Paşa |
Uşağı | Sultanzadə Ələddin bəy |
Ailəsi | Osmanlı xanədanı |
Münirə Sultan (9 dekabr 1844, Topqapı sarayı, İstanbul – 29 iyun 1862, İstanbul) — 31. Osmanlı padşahı I Əbdülməcidin qızlarındandır.
Həyatı
[redaktə | mənbəni redaktə et]1844-cü ildə İstanbulda Topqapı Sarayında dünyaya gəlmişdir. Atası I Əbdülməcid, anası Verdicanan xanımdır. Atasının istəyilə Qərb musiqisi öyrədildi. Piano və ud ifa edə bilirdi.[1]
İki dəfə nigahlanmışdır. İlk evliliyi Misir xədivi Abbas Hilmi Paşanın oğlu İbrahim Hilmi Paşa ilə baş tutdu. Cütlüyün 1854-cü ilin aprelində İstanbuldakı Şəmsi Paşa sarayında baş tutan nişan mərasimi olduqca dəbdəbəli keçirildi. Gəlinə nişan hədiyyəsi olaraq olduqca dəyərli ziynət əşyaları, Çindən gətirilən çini qablar və ətirlər təqdim edildi.
Ancaq bir neçə ay sonra Abbas Hilmi Paşanın anidən sui-qəsdlə öldürülməsi hər şeyi alt-üst etdi (13 iyul 1854). İbrahim Paşa saray əyanları tərəfindən Misir hakimiyyətinə gətirilməyə cəhd edilsə də, ailənin yaşca böyük nümayəndəsi olan Səid Paşa ilə girişdiyi 8 günlük mübarizədə məğlub oldu və İstanbula qaçdı. Qalan həyatını İstanbulda yaşayan İbrahim Paşanın toy mərasimi üçün vaxt itirilmədi və cəmi 1 ay sonra - 10 avqustda Baltalimanı sahilsarayında mərasim baş tutdu. Ancaq gəlin hələ 10 yaşında idi və bu səbəblə həddi-büluğa çatması gözlənildi. Bu müddət ərzində İbrahim Paşanın bir çox xanımla münasibəti və onlardan övladları dünyaya gəlmişdi. Cütlüyün bir araya gəlmələri isə 31 iyul 1857-ci ildə Fındıqlı sarayında keçirilən kiçik yığıncağın ardından baş tutdu. Münirə Sultanla olan bu nigahından övladı olmayan İbrahim Paşa 9 sentyabr 1860-cı ildə Bosfor boğazındakı bir dəniz qəzasında həlak oldu. Bir neçə gün sonra tapılan cənazəsi Qahirəyə aparıldı və İmam Şafii türbəsi yaxınlığındakı ailə məzarlığına dəfn edildi.[2]
İkinci evliliyi isə sərdar Həsən Rza Paşanın oğlu İbrahim Paşa ilə baş tutdu. Bu evlilikdən oğlu Sultanzadə Ələddin bəy (d. 1861 - ö. 1915) dünyaya gəldi.[3] Oğlu Əli bəy 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Vahidəddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Cəlaləddin Əfəndiylə birlikdə sünnət edildi.
1862-ci ildə hələ 17 yaşında ikən vəfat etdi. Fateh Məscidində Gülüstü Qadınəfəndi türbəsinə dəfn edildi.[4]
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət" (PDF). 2014-05-13 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-07-07.
- ↑ "Arxivlənmiş surət". 2011-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-07.
- ↑ "Arxivlənmiş surət". 2016-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-25.
- ↑ "Arxivlənmiş surət". 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-07.