Dürriyə Sultan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dürriyə Sultan
Dürriyə Sultan, qardaşı Nazim Əfəndi və bacısı Ruqiyə Sultan (soldan sağa)
Dürriyə Sultan, qardaşı Nazim Əfəndi və bacısı Ruqiyə Sultan (soldan sağa)
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (16 yaşında)
Vəfat yeri Heybəliada, İstanbul, Osmanlı imperiyası
Atası Mehmed Ziyayəddin Əfəndi
Anası Ünsiyar xanım
Həyat yoldaşı Mehmed Cahid Osman bəy
Ailəsi Osmanlı xanədanı

Dürriyə Sultan (3 avqust 1905, İstanbul15 iyul 1922) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.

Dürriyə Sultan 3 avqust 1905-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun ikinci xanımı Ünsiyar xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər.

26 mart 1920-ci ildə atasının əmisi qızı Naimə Sultanın yeganə oğlu Mehmed Cahid Osman bəylə evləndi. Cütlüyün toy mərasimi Yıldız sarayında baş tutdu və nikah şeyxülislam Heydərizadə İbrahim Əfəndi tərəfinən bağlandı. Mərasimin ardından yeni evli cütlük Naimə Sultanın sahilsarayında yaşamağa başladılar. Ancaq cəmi 1 il sonra 6 noyabr 1921-ci ildə cütlüyün nikahı öz istəkləriylə şeyxülislam Mehmed Nuri Əfəndi tərəfindən ləğv edildi. Ayrılıq səbəbi məlum olmasa da, Mehmed Cahid Osman bəy çox keçmədən Dürriyə Sultanın xalası Levrens Həcər Hüseynlə evlənmiş, cütlüyün ayrılma səbəbi də məhz bu sevgi hekayəsi olaraq görülmüşdür.

Ayrıldıqdan qısa müddət sonra Dürriyə Sultan 15 iyul 1922-ci ildə tutulduğu vərəm xəstəliyi səbəbilə müalicə aldığı Heybəliadada vəfat etdi. Ölümünün ardından Üsküdarda yerləşən məşhur Ayrılıq çeşməsi onun adına təmir edilmişdir.

  • Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
  • Bağce, Betül Kübra (2008). II. Abdulhamid kızı Naime Sultan'in Hayati. pp. 55–56.
  • Vâsıb, Ali; Osmanoğlu, Osman Selaheddin (2004). Bir şehzadenin hâtırâtı: vatan ve menfâda gördüklerim ve işittiklerim. YKY. p. 188. ISBN 978-9-750-80878-4
  • Salnâme-i Devlet-i Âliyye-i Osmanîyye, 1333-1334 Sene-i Maliye, 68. Sene. Hilal Matbaası. 1918. pp. 74–75
  • Ayrılıq çeşməsi - TDV İslam Ansiklopedisi.