Xədicə Sultan (I Səlimin qızı)
Xədicə Sultan | |
---|---|
türk. Hatice Sultan | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Trabzon sancaqbəyliyi, Osmanlı imperiyası |
Vəfat tarixi | 1543-dən sonra[1] |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Dəfn yeri | Şahzadələr türbəsi, Yavuz Sultan Səlim külliyəsi |
Fəaliyyəti | əsilzadə |
Atası | Yavuz Sultan Səlim |
Anası | Ayşə Hafsa Sultan |
Həyat yoldaşları |
İsgəndər Paşa Parqalı İbrahim Paşa |
Uşaqları |
Sultanzadə Mehmed bəy Sultanzadə Süleyman bəy Sultanzadə Əli bəy Sultanzadə Qara Osmanşah bəy Nəfisə xanım Sultan Sultanzadə Mehmedşah bəy Xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
Xədicə Sultan (1495, Trabzon — 1543-dən sonra, İstanbul) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin qızı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Xədicə Sultan 1495-ci ildə Trabzonda dünyaya gəldi. Atası Sultan Bəyazidin oğlu və o illərdə Trabzon sancaqbəyi olan Şahzadə Səlim, anası isə cariyələrindən Ayşə Hafsa Sultandır. Uşaqlıq illəri ailəsiylə birlikdə Trabzonda keçən Xədicə Sultan atasının istəyilə 1509-cu ildə Əyriboz sancaqbəyi İsgəndər Paşayla nikahlandı. Ancaq Amasiyadakı yeniçəri ayaqlanmasında rolu olduğunu düşündüyü İsgəndər Paşanı 18 avqust 1516-cı ildə edam etdirdi. Beləcə, Xədicə Sultan hələ 21 yaşında ikən dul qaldı. İlk evliliyindən Mehmed, Süleyman, Əli, Qara Osmanşah və Nəfisə xanım Sultan adlı 5 övladı dünyaya gəlsə də, bunlardan yalnız osmanşah bəy haqqında məlumat var. Belə ki, dayısı Sultan Süleymanın taxta çıxmasının ardından Moreya, İnəbaxdı və Tesseliya sancaqbəylikləri ona verilmiş və ölümünədək bu bölgələrini idarə etmişdir.
1520-ci ildə atasının vəfatının ardından yeganə qardaşı Şahzadə Süleyman taxta çıxdı. 1 iyun 1524-cü ildə qardaşının yaxın adamlarından sədrəzəm Parqalı İbrahim Paşayla nikahlandı. Yeni cütlüyə At meydanındakı saray təsis edildi və bu saray sonrakı illərdə İbrahim Paşa sarayı olaraq anılmağa başlandı. Cütlüyün bu nikahdan 2 övladı — Sultanzadə Mehmedşah bəy və Xanım Sultan dünyaya gəldi. Ancaq İbrahim Paşa 1536-cı ildə Sultan Süleymanın əmriylə boğularaq edam edildi. Onun bu ikinci evliliyindən isə Mehmedşah və Xanım Sultan adlı 2 övladının olduğu bilinir. Yenidən dul qalan Xədicə Sultan çox yaşamadı və 1538-ci ildə vəfat etdi. Cənazəsi Yavuz Sultan Səlim külliyəsindəki Şahzadələr türbəsinə bacısının yanına dəfn edildi.
Övladları
[redaktə | mənbəni redaktə et]- Sultanzadə Mehmed bəy
- Sultanzadə Süleyman bəy
- Sultanzadə Əli bəy
- Sultanzadə Qara Osmanşah bəy
- Nəfisə xanım Sultan
- Sultanzadə Mehmedşah bəy (ö. 1590) — məzarı Şahzadə külliyəsi məzarlığındadır.
- Xanım Sultan (ö. 1582) — məzarı Xürrəm Sultan türbəsindədir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. s. 202. ISBN 978-9-753-29623-6
- Peirce, Leslie (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford: Oxford University Press. ss. 304n62. ISBN 0-19-508677-5
- Şahin, Kaya (2013). Empire and Power in the reign of Süleyman: Narrating the Sixteenth-Century Ottoman World. Cambridge University Press. s. 51. ISBN 978-1-107-03442-6
- Jenkins, Hester Donaldson. Ibrahim Pasha: Grand Vizir of Suleiman the Magnificient. — University of Toronto Libraries, 1911. — С. 38. — ISBN 978-1-152-32717-7
- Uluçay, M. Çağatay. Padişahların Kadınları ve Kızları. — Ötüken, 2011. — С. 54. — ISBN 978-975-437-840-5
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Sakaoğlu, Necdet. Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. 2008. 202. ISBN 978-9-753-29623-6.