Səlcuq Xatun
Səlcuq Xatun | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1407 |
Doğum yeri | |
Vəfat tarixi | 25 oktyabr 1485 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | I Mehmed |
Anası | Qumru Xatun |
Uşaqları |
Əmir Yusif Çələbi İshaq Bali bəy Hafsa Xatun Xədicə Xatun |
Ailəsi | Osmanlı xanədanı |
Səlcuq Xatun (1407, Amasya ili – 25 oktyabr 1485, Bursa) — 5. Osmanlı sultanı Çələbi Mehmedin qızı.[1][2][3] Bibi Sultan olaraq anılır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Səlcuq Xatun 1407-ci ildə Amasyada dünyaya gəldi. Atası Sultan Çələbi Mehmed, anası isə onun kənizlərindən Qumru Xatundur. 1425-ci ildə Candaroğlu İsfəndiyar bəyin oğlu İbrahim bəylə evləndirildi. Qaynatasının 1439-cu ildə vəfatının ardından əri İbrahim bəy hakimiyyəti ələ aldı. Ancaq cəmi 4 il sonra vəfat etdi. Ərinin vəfatından sonra Bursaya geri dönən Səlcuq Xatunun bu nigahdan 4 övladı dünyaya gəldi.
Qalan ömrünü Bursada xeyriyyəçiliklə məşğul olan Səlcuq Xatun 1450-ci ilin oktyabrında Bursada bir məscid və imarət, 1465-ci ildə yenə Bursa yaxınlığında Nilüfər çayı üzərində bir körpü və Ədirnədə bir məscid inşa etdirmişdir.
II Bəyazid və Cem Sultan arasında başlayan taxt mübarizəsində Böyük bibi ünvanıyla sülh danışıqları apardı. Cem Sultanın 1481-ci ildə Bursadakı 22 günlük səltənəti əsnasında onun tərəfində durdu. Səlcuq Xatunun köşkü Bursadakı Cem Sultan tərəfdarlarının mərkəzi iqamətgahına çevrilmişdi. II Bəyazidin orduyla Bursaya irəliləməsini eşidən Cem Sultan böyük bibisi Səlcuq Xatunu bir qrup üləma ilə birlikdə qardaşının yanına göndərdi. Səlcuq Xatun qardaşı nəvəsinə qardaş qanı axıtmamasını və ölkə torpaqlarının bölüşdürülməsini məsləhət gördü. Ancaq dövlət adamlarının buna qarşı çıxması nəticəsində Bibi Sultanın bu təklifi rədd edildi.
Ardından Bursaya qayıdan Səlcuq Sultan 2 qardaş arasındakı bu müharibəyə son qoya bilmədi və 1485-ci ildə Bursada vəfat etdi. Cənazəsi Yaşıl türbədə dəfn edilmişdir.
Övladları
[redaktə | mənbəni redaktə et]- Əmir Yusif Çələbi (ö. sentyabr 1441, Kastamonu) — Kastamonuda Sərçəoğlu məscidi yaxınlığındakı türbəyə dəfn edilmişdir.
- İshaq Bali bəy (ö. 1443-cü ildən sonra, Bursa)
- Hafsa Xatun (ö. may 1442, Kastamonu) — Kastamonuda Sərçəoğlu məscidi yaxınlığındakı türbəyə dəfn edilmişdir.
- Xədicə Xatun (ö. 1502, Bursa) — Anasının sağlığında Qoca Mehmed Paşanın oğlu və II Bəyazidin lələsi Mahmud Çələbiylə evlənmiş, bu nigahdan 4 övladı dünyaya gəlmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı
- Çelebi Sultan Mehmed'in kızı Selçuk Hatun kiminle evlendi. Prof. İsmail Hakkı Uzunçarşılı. Belleten Dergisi sayı Nisan 1957, Cilt 21 - Sayı 82 Sayfalar: 253-260.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Yavuz Bahadıroğlu, Resimli Osmanlı Tarihi, Nesil Yayınları (Ottoman History with Illustrations, Nesil Publications), 15th Ed., 2009, ISBN 978-975-269-299-2 (Hardcover).
- ↑ Uluçay 2011, p. 50
- ↑ Beiträge-Institut za istoriju Sarajevo, 1978, p. 80
- ↑ Bursa Mahkeme-i Şeriyyesi sicili A 24/26, s. 460 sene rebiülevvel 921
- ↑ 1 2 3 Bursa Mahkeme-i Şeriyyesi sicili A 24/26, s. 460 sene rebiülevvel 921