Xeyirbəyli
Xeyirbəyli | |
---|---|
40°06′53″ şm. e. 43°40′15″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 975 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Xeyirbəyli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 36 km qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[3]
Toponim xeyirbəyli nəsil adı əsasında əmələ gəlib "xeyirbəyli nəslinin yaşadığı kənd" mənasını ifadə edir. Patronim toponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25. V.1967-ci ü fərmanı ilə adı dəyişdirilib Yervandaşat qoyulmuşdur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1831-ci ildə 301 nəfər, 1873cüildə 342 nəfər, 1886-cı ildə 379 nəfər, 1897-ci ildə 466 nəfər, 1908-ci ildə 414 nəfər, 1914-cüildə 438 nəfər, 1916-cı ildə 416 nəfər yalnız azərbaycanlı yaşamışdır[4].
1918-ci ildəkənd erməni təcavüzünə məruz qalaraq sakinləri — azərbaycanlılar deportasiya olunmuş və kəndə ermənilər köçürülmüşdür. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş kənd sakinlərindən sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir.
Burada 1922-ci ildə 334 nəfər azərbaycanlı, 11 r, erməni, 1926-cı ildə 266 nəfər azərbaycanlı, 116 erməni, 1931-ci ildə 327 nəfər azərbaycanlı, 119 erməni yaşamışdır[4].
SSRİ hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar 1948–49-cu illərdə tarixi-etnik torpaqlarından zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.264
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.62–63, 138–139