Kərimarx
kənd | |
Kərimarx | |
---|---|
40°06′48″ şm. e. 44°03′19″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Sərdarabad mahalı]] |
Rayon | [[Sərdarabad rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 855 m[1] |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Kərimarx — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.[3][4][5]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 8 km cənub-şərqdə yerləşir.
Toponimi
[redaktə | mənbəni redaktə et]Toponim Kərim şəxs adı ilə arx sözünün əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Sovetakan qoyulmuşdur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1831-ci ildə 311 nəfər, 1873-cü ildə 1215 nəfər, 1886-cı ildə 1357 nəfər, 1897-ci ildə 1474 nəfər, 1904-cü ildə 1700 nəfər, 1914-cü ildə 1802 nəfər[6], 1918-ci ildə kənddə Türkiyədən gəlmə ermənilər də yerləşdirilmişdir. Bundan sonra kəndin əhalisi qarışıq yaşamışdır. 1919-cu ildə 1840 nəfər[7] yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonunda azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur[8]. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 239 nəfər, 1926-cı ildə 303 nəfər, 1931-ci ildə 268 nəfər azərbaycanlı yaşamışdır[6]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948–1949-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://www.cadastre.am/storage/files/pages/pg_8945925618_pg_907871769_HH_bnak._bar..pdf.
- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Кәримарх // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852. .
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.64–65, 140–141
- ↑ История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s. 221
- ↑ История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.221
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Kərimarx GEOnet Names Server-də.
- World Gazeteer: Armenia [ölü keçid] – World-Gazetteer.com
- Report of the results of the 2001 Armenian Census, Ermənistan Respublikası Milli Statistika Xidməti
- Bredi Kislinq, Rediscovering Armenia, p. 39; original archived at Archive.org, and current version online on Armeniapedia.org.
- Національна статистична служба Республіки Вірменія (ing.) (erm.) (rus.)