Umar Əfəndiyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Umar Əfəndiyev
30 sentyabr 1996 – 30 noyabr 2000
Seçki dairəsi54 saylı Balakən
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıRəbiyyət Aslanova
Şəxsi məlumatlar
Doğum tarixi 4 fevral 1950(1950-02-04)
Doğum yeri
Vəfat tarixi bilinmir
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Umar Əlixan oğlu Əfəndiyev (4 fevral 1950, Balakən rayonubilinmir) — Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.

Umar Əfəndiyev 1950-ci il fevralın 4-də Balakən rayonunda anadan olub. 1967–1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. Mühəndis-inşaatçıdır. 1972–1973-cü illərdə Balakən Rayon Tikinti Quraşdırma İdarəsində usta, 1973–1980-ci illərdə Balakən şəhərindəki 140 saylı texniki peşə məktəbində direktor müavini, 1981–1986-cı illərdə isə həmin məktəbin direktoru vəzifələrində işləmişdir.[1]

Milliyətcə avardır.[1]

O, vəfat edib.

Umar Əfəndiyev 1996-cı il iyulun 21-də 54 saylı Balakən seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı seçilmişdir.[1][2] 1997-ci il martın 7-dən Azərbaycan—Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, 2000-ci il fevralın 1-dən isə Milli Məclisin İntizam Komissiyasının üzvü idi.

1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü.[3] 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir.[4][5] Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.[4]

Birləşmələrin ardınca partiya güclənmiş və partiyaya siyasi axın başlamışdır. Belə ki, partiyanın rəsmi dövlət qeydiyyatı olmamasına baxmayaraq Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatlarından 31 saylı Birinci Kəpəz (Gəncə şəhəri) seçki dairəsindən seçilmiş Şamil Yusifov, 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmiş Akif Şahbazov, 85 saylı Samux-Goranboy seçki dairəsindən deputat seçilmiş Solmaz Ələsgərova, 100 saylı Şəmkir kənd seçki dairəsindən deputat seçilmiş Mahir Əsədov və Yeni Azərbaycan Partiyasının proposional sistem üzrə siyahısı üzrə deputat seçilmiş Zəminə Dünyamalıyeva mənsub olduqları hakim Yeni Azərbaycan Partiyasından istefa verərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.[4][5] Onlarla bərabər 33 saylı Birinci Nizami seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Yusif Bağırzadə və iyul 1996-cı ildə keçirilən təkrar seçkilərlə seçilmiş bitərəf deputat Umar Əfəndiyev də Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.[6]

  1. 1 2 3 Әфәндијев Умар Әлихан оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 208. ISBN 5-89600-253-x.
  2. "Arxivlənmiş surət". 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.
  3. Crocusoft. "Azərbaycan Respublikası Milli Məclisinin sədri R.Quliyevin istefası haqqında". e-qanun.az (ingilis). 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  4. 1 2 3 modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  5. 1 2 modern.az. "27 naxçıvanlı demokratın yaratdığı ADP- "PARTİYAMIZDIR"". modern.az (az.). 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  6. elli. "Azərbaycanda seçki xronikası: "Heydər Əliyev dedi ki, dünyanın heç bir yerində deputatları xalq seçmir"". MEYDAN.TV (az.). 2024-08-09. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.