Babaxan Muradov
Babaxan Muradov | |
---|---|
4 fevral 1996 – 2000 | |
Seçki dairəsi | 1996 — 10 saylı Xətai ikinci |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | İqbal Ağazadə |
1952 – 1954 | |
Əvvəlki | Rəhim Rəhimov |
1950 – 1952 | |
Nazir | Rəhim Rəhimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 mart 1927 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Babaxan Sultan oğlu Muradov (21 mart 1927, Nəsirvaz, Naxçıvan MSSR – bilinmir) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı, Dünya Azərbaycanlıları Konqresi Ağsaqqallar Şurasının sabiq sədri, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sabiq katibi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının əvvəlcə maarif nazirinin müavini sonra isə maarif naziri.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Babaxan Muradov 21 mart 1927-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nəsirvaz kəndində anadan olmuşdur. 1943-cü ildə orta təhsilini tamamlamış, 1945–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. İxtisasca müəllimdir. 1947-ci ildə Nəsirvaz kənd natamam orta məktəbində müəllim kimi çalışmağa başlamışdır. 1954-cü ildən Bakı Maliyə-Kredit Texnikumunda tarix müəllimi, 1955-ci ildən Bakı şəhər Xətai rayonu maarif şöbəsinin müdiri, 1971-ci ildən Azərbaycan SSR Maarif Nazirliyinin baş məktəblər idarəsinin rəisi, 1972-ci ildən isə Bakı şəhəri Nərimanov rayonu 82 saylı tam orta məktəbin direktoru vəzifələrini daşımışdır.[2]
Rus dilini bilirdi. Evli idi, 2 övladı var.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Babaxan Muradov 1950–1952-ci illərdə Naxçıvan MSSR maarif nazirinin müavini, 1952–1954-cü illərdə isə Naxçıvan MSSR maarif naziri vəzifələrinı daşımışdır.[2]
Babaxan Muradov 1991-ci ildən Azərbaycan Respublikası Müəllimlər Şurasının sədri olmuşdur.[2]
4 fevral 1996-cı ildə keçirilən seçkilərdə Azərbaycan Demokratik Maarifçilik Partiyasının namizədi olaraq 10 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olmuş və Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı seçilmişdir. O, Milli Məclisin Elm və təhsil məsələləri komissiyası sədrinin müavini olmuşdur. 30 sentyabr 1996-cı ildə Milli Məclisin Hesablayıcı komissiyasının üzvü seçilmişdir.[3] Babaxan Muradov 7 mart 1997-ci ildə Azərbaycan—İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü seçilmişdir.[4]
Babaxan Muradov Dünya Azərbaycanlıları Konqresi Ağsaqqallar Şurasının sədri olmuşdur.[5]
Partiya fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Babaxan Muradov Azərbaycan Demokratik Maarifçilik Partiyasının katibi olmuşdur.
Mükafatları
[redaktə | mənbəni redaktə et]Babaxan Muradov 1960-cı ildə Azərbaycan SSR əməkdar müəllimi adına layiq görülmüşdür. O həmçinin SSRİ Qabaqcıl Maarif Xadimi adına da layiq görülmüş, iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.[2]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "MURADOV Babaxan Sultan oğlu". 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.
- ↑ 1 2 3 4 Мурадов Бабахан Султан оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 345. ISBN 5-89600-253-x.
- ↑ "Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı Komissiyasının yaradılması haqqında". 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.
- ↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında". 2019-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.
- ↑ "DAK Beynəlxalq Ana Dili Günü münasibətilə dəyirmi masa keçirib". 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.
- 21 martda doğulanlar
- 1927-ci ildə doğulanlar
- Naxçıvan qəzasında doğulanlar
- Vəfat tarixi bilinməyənlər
- Azərbaycan Demokratik Maarifçilik Partiyasının üzvləri
- Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunları
- Azərbaycan SSR qabaqcıl maarif xadimləri
- Azərbaycan SSR əməkdar müəllimləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Milli Məclisinin I çağırış deputatları
- Naxçıvan MSSR maarif nazirləri