Hacıməmməd Ramazanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hacıməmməd Ramazanov
26 noyabr 1995 – 30 noyabr 2005
Şəxsi məlumatlar
Doğum tarixi 25 noyabr 1951(1951-11-25) (73 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Hacıməmməd Ramazanov (tam adı: Hacıməmməd Yusif oğlu Ramazanov; 25 noyabr 1951, Sumaylı, Zaqatala rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı.

Hacıməmməd Ramazanov 1951-ci il noyabrın 25-də Zaqatala rayonunun Sumaylı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunnda ali təhsil alıb. Rus dilini bilir.

Hacıməmməd Ramazanov ailəlidir, 2 övladı var.

1995-ci il noyabrın 26-da baş tutan parlament seçkilərində 66 nömrəli Zaqatala dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olan Hacıməmməd Ramazanov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Hacıməmməd Ramazanov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]

Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində 66 saylı Zaqatala dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Hacıməmməd Ramazanov, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Hacıməmməd Ramazanov, Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının, Azərbaycan—Bosniya və Herseqovina, Azərbaycan—Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü oldu.[3][4]

  1. "I çağırış Azərbaycan Milli Məclisinin Elm və təhsil məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  2. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  3. "II çağırış Azərbaycan Milli Məclisinin Elm və təhsil məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli Qərarı" (PDF) (az.)). 30.11.2000. 24.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24.08.2020.
  4. "II çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli 24-IIQR nömrəli Qərarı" (az.)). 30.11.2000. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.