Nairə Şahtaxtinskaya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nairə Şahtaxtinskaya
bayraq
Azərbaycan Respublikasının Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
bayraq2
22 iyun 2007 – 26 noyabr 2011
bayraq
Azərbaycan Respublikası Milli Məclisinin III çağırışlarının deputatı
bayraq2
24 noyabr 1995 – 30 noyabr 2005
Şəxsi məlumatlar
Doğum tarixi 16 aprel 1951(1951-04-16) (73 yaş)

Təltifləri "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı

Nairə Əliabbas qızı Şahtaxtinskaya (16 aprel 1951) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin III çağırışlarının deputatı, Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri (1992–1993).

Nairə Şahtaxtinskaya 1959-cu il aprelin 16-da anadan olub. M. V. Lomonosov adına Mosva Dövlət Universitetində tarix üzrə ali təhsil alıb. Tarix elmləri doctorudur. Alban, ingilis, serb və xorvat dillərini bilir.

Nairə Şahtaxtinskaya ailəlidir, 2 övladı var.

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 29 nömrəli Əli Bayramlı dairəsindən bitərəf namizəd olan Nairə Şahtaxtinskaya I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Nairə Şahtaxtinskaya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentləarası əlaqələr Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə üzvü olub.[1][2]

Daha sonra, 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində 26 saylı Nəsimi I dairəsindən bitərəf namizəd olan Nairə Şahtaxtinskaya, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Nairə Şahtaxtinskaya, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentləarası əlaqələr Daimi Komissiyasının, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan—Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.[3][4]

Nairə Şahtaxtinskaya Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 26 noyabr 2011-ci ildə isə geri çağırılıb.[5][6]

  1. "I çağırış Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  2. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı". 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  3. "II çağırış Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentləarası əlaqələr Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli Qərarı" (PDF). 30.11.2000. 24.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24.08.2020.
  4. "II çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli 24-IIQR nömrəli Qərarı". 30.11.2000. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  5. "Nairə Əliabbas qızı Şahtaxtinskayanın Azərbaycanın Litvada Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyun 2007-ci il tarixli 2262 nömrəli Sərəncamı". 22.06.2007. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  6. "Nairə Əliabbas qızı Şahtaxtinskayanın Azərbaycanın Litvada Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 26 noyabr 2011-ci il tarixli 1928 nömrəli Sərəncamı". 26.11.2011. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.