Subaldırğanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Subaldırğanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Subaldırğanı (lat. Cicuta) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.

Çoxillik su, yaxud bataqlıq bitkisidir. Lələkşəkilli yarpaqları uzun saplaqlıdır. Xırda ağ çiçəkləri mürəkkəb çətirdə yerləşir. Meyvəsi dəyirmidir. Əsasən, Şimali Amerikada 10 (başqa məlumata görə 20-dək) növü var. Ən zəhərli bitkilərdən biridir. Payızda və yazda onunla qidalanan ev heyvanlarının (qaramal, qoyunlar) zəhərlənməsinə səbəb olur.