Seyid Şuşinskinin evi
Seyid Şuşinskinin evi | |
---|---|
39°45′21″ şm. e. 46°45′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Şuşa şəhəri, General Y.Quliyev küçəsi |
Aidiyyatı | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XIX əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | yararsız vəziyyətdə |
Vikianbarda əlaqəli mediafayllar |
Seyid Şuşinskinin evi — Şuşa şəhərində XIX əsrdə tikilmiş yaşayış evi. Seyidli məhəlləsində yerləşir. XIX əsrin memarlıq abidəsidir. Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin nümayəndəsi, Azərbaycan SSR xalq artisti (1956) Seyid Şuşinskinin yaşadığı ev. 1992-ci ildə Şuşa şəhəri işğala məruz qalandan sonra dağıdılmışdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Seyid Şuşinskinin evi Şuşa şəhərində Seyidli məhəlləsində yerləşir.[1] Bina XIX əsrin memarlıq abidəsidir. Seyid Şuşinski (12 aprel 1889, Horadiz, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası – 1 noyabr 1965, Horadiz, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935) və Azərbaycan xanəndəlik sənətinin tanınmış nümayəndələrindən biri olub.[2] Seyid Şuşinskinin evi bir mərtəbəli olub, dörd otaqdan ibarət idi.
Yaşayış binası Şuşa şəhərinin işğalından sonra erməni terrorçuları tərəfindən dağıdılmışdır.[3] Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilmişdir. Yaşayış evinin qalıqları hazırda general Yaqub Quliyev küçəsində yerləşir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Cabbar Qaryağdıoğlunun yaşadığı Şuşanın Seyidli məhəlləsindən FOTOREPORTAJ VİDEO
- ↑ ""Şuşa mədəniyyətinin inciləri": Seyid Şuşinski". 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
- ↑ "ERMƏNİ VANDALİZMİ: Əsirlikdə olan Azərbaycan abidələri". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.