39°46′00″ şm. e. 46°45′20″ ş. u.HGYO

Ağoğlan qapısı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ağoğlan qapısı
Şuşa qalası divarlarının Şuşa həbsxanası yaxınlığından keçən hissəsi və Ağoğlan qapısı (sağda, arxa fonda)
Şuşa qalası divarlarının Şuşa həbsxanası yaxınlığından keçən hissəsi və Ağoğlan qapısı (sağda, arxa fonda)
Xəritə
39°46′00″ şm. e. 46°45′20″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şuşa Şuşa
Yerləşir Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Aidiyyatı Qarabağ xanlığı
Sifarişçi Pənahəli xan
Tikilmə tarixi XVIII əsr
Üslubu Arran memarlıq məktəbi
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai, iv, v, vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.337
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Qapının profil görünüşü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağoğlan qapısı, Muxtar qapısı[1] və ya Şuşakənd qapısı[2]Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şərq tərəfində yerləşir və şəhərin aşağı hissəsinə girişi təmin edir. Qalanın digər iki qapısı isə Gəncəİrəvan qapılarıdır.

Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.[3] Məslən "Qafqaz" qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: "Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, "Şuşa qayası" adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir."[4]

Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, "Иллюстрация" qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu.[5] Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir.[6]

Pənahəli xanın dövründə inşa edilmiş qala qapısından çıxan yol Şuşa şəhərini ŞuşakəndMuxtar kəndləri ilə birləşdirərək Ağoğlan qəsrinə kimi uzanırdı. XIX əsrin bütün rusdilli mənbələrində Şuşanın cənub qapısı Ağoğlan qapısı kimi qeyd edilmişdir.[2] 1846-cı ilin "Qafqaz təqvimi"nə (rus. Кавказский календарь 1846 году) əlavə edilmiş yol xəritəsinə görə Şuşa qalasını Ağoğlan qəsri ilə məhz bu qapıdan çıxan kəndlərarası yol birləşdirirdi.[7] Bu qapının mənbələrdə xatırlanan digər bir adı isə Topxana qapısıdır.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

E. Avalov qeyd edir ki, Rusiya Dövlət Hərbi-Tarixi Arxivində saxlanan çertyoja əsasən qalanın şimal və qərb qapılarından fərqli olaraq şərqdə yerləşən Ağoğlan qapısı döyüş qüllələri ilə bərkidilməmiş və kifayət qədər sadə görünüşə malik olmuşdur. Giriş oxvari tağla həll olunmuşdur.[2]

XIX əsrdə qalanın aşağı tərəfində, şərq qapısı yaxınlığında Şuşa həbsxanası inşa edilmişdir. Həbsxananın inşa edilməsi zamanı qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilmişdir.[2] Bu zaman qapı da həbsxanaya giriş kimi dəyişdirilərək yenidən formalaşdırılmışdır.[2]

  1. Nersesov (Qarabaği), Mirzə Yusif. Tarixi-Safi (PDF) (Qarabağnamələr. II kitab). Bakı: Şərq-Qərb nəşriyyatı. 2006. 35. 2022-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-09.
  2. 1 2 3 4 5 Авалов, 1977. səh. 35
  3. Авалов, Э. В. "О некоторых особенностях архитектуры оборонительных сооружений Шуши". Изв. АН Азерб. ССР сер. Лит. Яз. и Иск. (№ 2). 1972. (#accessdate_missing_url)
  4. "Кавказ, Тифлис" (№ 25). 1871.
  5. Очерки Закавказья. «Иллюстрация» (т. VII). СПб.-М. 1861. 257.
  6. Nersesov (Qarabaği), Mirzə Yusif. Tarixi-Safi (PDF) (Qarabağnamələr. II kitab). Bakı: Şərq-Qərb nəşriyyatı. 2006. 35. 2022-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-09.
  7. Карта к дорожнику Кавказского края. Кавказский календар на 1846 год. Тифлис. 1845.
  • Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.