39°45′42″ şm. e. 46°45′00″ ş. u.HGYO

Qazançalı məhəlləsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qazançalı məhəlləsi
39°45′42″ şm. e. 46°45′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Aidiyyatı Şuşa Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi 1805-ci ildən salınmağa başlamış-XIX əsr ərzində

Qazançalı məhəlləsiŞuşa şəhərinin dağlıq ərazisində, 1805-ci ildən başlayaraq XIX əsr ərzində salınması davam etmiş ən iri məhəllələrindən biri.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Pənahəli xanın vəfatından sonra onun oğlu, Qarabağın ikinci hakimi İbrahimxəlil xan (1721-1806) dövrünün bacarıqlı və siyasətcil dövlət xadimlərindən olmuşdur. Onun hakimiyyəti illərində Qarabağ xanlığı daha da güclənmiş və inkişaf etmişdir. Pənahəli xan və İbrahimxəlil xan Qarabağın paytaxtı Şuşa şəhərini qədim və orta əsrlərin şəhərsalma nümunələri əsasında yüksək səviyyədə inkişaf etdirmişdilər.[1] Şuşa şəhəri: Böyük qurdlar, Kiçik qurdlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamamqabağı, Dəmirçilər,Quyuluq, Xoca Mərcanlı, Mamayı, Saatlı, Köçərli, Mərdinli, Çöl Qala, Hacı Yusifli, Çuxur məhəllə, Ağadədəli kimi on yeddi əsas məhəllədən ibarət idi. Bu məhəllələr son dövrlərə qədər qalmışlır.[2] Hər məhəllədə hamam, məscidbulaq vardı.[2]

Şuşanın şəhər kimi inkişafını şərti olaraq üç mərhələyə bölmək olar: Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdır. Bu dövrdə şəhərin Şərq hissəsində doqquz məhəllə salınmışdı. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun olaraq “Aşağı məhəllə” adlandırılmışdı. Şuşanın bu ilk məhəlləsi adları çəkilən: Çuxur, Qurdlar, Culfa Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, Dördçinar və Çöl qala küçələrdən ibarət idi.[1]

İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763-1806) təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olmuşdur. Bu mərhələdə “Yuxarı məhəllə” adlanan ikinci məhəllə formalaşmışdı. Şəhərsalma üçün əlverişli olan “Aşağı məhəllənin” yerindən fərqli olaraq, buranın ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan “Yuxarı məhəllə”də 8 yeni küçə salınmışdı. Həmin küçələr: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə küşələri idilər.[1]

XIX əsri əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq-qərb hissəsində yeni məhəllələr salınmış və əslində, bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatmışdır. Şəhərin dağlıq ərazidə salınmış “Qazançalı” adlanan üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün XIX əsr ərzində davam etmişdi. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu. Mirzə Yusif Qarabaği bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir.[1]

  1. 1 2 3 4 Möhsün Nağısoylu, Raqub Kərimov, Mütəllim Rəhimov. Şuşa şəhərinin təşəkkül mərhələləri və əhalisi // ŞUŞA AZƏRBAYCAN MƏTBUATINDA (1875-1920) (PDF) (ELMİN İNKİŞAFI FONDU). BAKI. 2017. səh. 8. ISBN 978-9952-516-11-1.
  2. 1 2 "Şuşa". www.virtualkarabakh.az. 2018-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.