Hacıquluların malikanəsi
Hacıquluların malikanəsi | |
---|---|
| |
39°45′43″ şm. e. 46°45′31″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Əsas tarixlər | Əsası qoyulub: 1849 |
Tikilmə tarixi | 1849 |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 341 |
Kateqoriya | Saray |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Hacıquluların malikanəsi — Şuşa şəhərində yerləşən tarix-memarlıq abidəsi. Üç mərtəbəli saray tipli evin inşasına 1849-cu[1] ildə İkinci Gildiya taciri Qulu Məhəmmədəli oğlunun sifarişi əsasında başlanılmışdır. Hacı Qulu sarayı kimi tanınan bu mülk, öz memarlıq üslubu və milli koloriti ilə Şuşada hər kəsdə heyrət doğururdu. Sarayın 46 otağı və iki böyük qonaq zalı var idi.
Evin uzadılmış düzbucaqlı formasına malik planı, ara divarı boyunca inşa edilmiş və birinci mərtəbədəki xidməti otaqları ikinci mərtəbədəki yemək və yaşayış otaqları ilə birləşdirən pilləkəni ilə diqqət çəkir. Evin tamamilə parad xarakteri daşıyan üçüncü mərtəbəsi iri zal və onun yanlarında yerləşən qonaq otaqlarından ibarətdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Şuşanın Çuxur məhəlləsindəki bu mülk İkinci Gildiya taciri Qulu Məhəmmədəli oğlu tərəfindən[2] 1849-cu ildə[1] inşa etdirilib. Bir zamanlar Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət edən Hacı Qulu, daha sonra, ticarətlə məşğul olur. Sonralar Şuşanın varlı tacirlərindən birinə çevrilir və əqli, fərasəti və zirəkliyi sayəsində xeyli var-dövlət toplayır.[2]
Hacı Qulu sarayı kimi tanınan bu mülk, öz memarlıq üslubu və milli koloriti ilə Şuşada hər kəsdə heyrət doğururdu. Sarayın 46 otağı və iki böyük qonaq zalı var idi. 1865-ci ildə Şuşada olmuş rus rəssamı V.V.Vereşşaginin əsərində bu zallardan biri təsvir olunub.[3]
1992-ci ildə Şuşa şəhərinin ermənilər tərəfindən işğalı zamanı Hacıquluların malikanəsi top atəşinə tutularaq divarları dağıdılmışdır.[3] Hazırda divarlarının bəzi hissələri qalmaqdadır.[2]
Memarlıq xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Evin uzadılmış düzbucaqlı formasına malik planı, ara divarı boyunca inşa edilmiş və birinci mərtəbədəki xidməti otaqları ikinci mərtəbədəki yemək və yaşayış otaqları ilə birləşdirən pilləkəni ilə diqqət çəkir. Evin tamamilə parad xarakteri daşıyan üçüncü mərtəbəsi iri zal və onun yanlarında yerləşən qonaq otaqlarından ibarətdir. Evin həyətə baxan fasadında üç mərtəbəli açıq veranda yerləşir. Tikilinin yan tərəfində yerləşən açıq daş pilləkən bu verandalara aparır.[4]
Bu evin otaqları, xidmət məqsədinə uyğun olaraq müvafiq formada inşa edilmişdir. Zəngin Şuşa evləri üçün xarakterik olan böyük zal formalı qonaq otağı ilə yanaşı burada yemək və yataq otaqları da istifadə profilinə uyğun memarlıq formalarına malikdir. Birinci mərtəbə ilə əlaqə parad və xidmətçilər üçün nəzərdə tutulmuş iki pilləkən vasitəsiylə həyata keçirilir.[4]
Əksər Şuşa ev və saraylarından fərqli olaraq Hacıquluların malikanəsi üçün tikilinin bütün fasadlarında yerləşən çoxlu sayda geniş pəncərələr xarakterikdir. Pəncərələr hamısı şəbəkə ilə işlənmişdir.[4]
Qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Саламзаде, 1964. səh. 172
- ↑ 1 2 3 "Hacıqulların malikanəsi". virtualkarabakh.az. 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2019.
- ↑ 1 2 "Şuşa rayonu". armenianvandalism.az. 2016-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2019.
- ↑ 1 2 3 Саламзаде, 1964. səh. 173
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
- Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970.
- Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.