Gerhard Hersberq
Gerhard Hersberq | |
---|---|
alm. Gerhard Herzberg | |
Doğum tarixi | 25 dekabr 1904[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 3 mart 1999[2][3][…] (94 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | fiziki kimya[1], fizika[1], kimya[1] |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Gerhard Hersberq (25 dekabr 1904[2][3][…], Hamburq[5] – 3 mart 1999[2][3][…], Ottava[6]) — Kimya üzrə Nobel mükafatçısı (1971).
Həyatı
[redaktə | mənbəni redaktə et]O, 1904-cü ilin dekabrın 25-də Hamburqda anadan olmuşdur. Atasını erkən itirən Herxard anası tərəfindən tərbiyə olunmuşdur. Ailəni saxlamaq üçün anası süpürgəçi işləmişdir. Hersberq Darmştadt texnoloji institutunda, Qettingen və Bristol universitetlərində oxumuşdur. 1930-cu ildən Darmştadt texnoloji institutunda dərs demişdir. Həyat yoldaşı yahudi olduğundan 1935-ci ildə Almaniyanı tərk edərək Kanadaya köçmüşdür. 1935-1945-ci illərdə Saskaçevan universitetində işləmiş, 1945-ci ildən Çikaqo universitetinin professoru olmüşdur. 1949-cu ildən Kanadanın Milli elmi tədqiqat şurasının nəzəri fizika bölməsinin rəhbəri olmuşdur. 1956-cı ildə Kanada fiziklər assosiasiyasının prezidenti olmuşdur. 1957-ci ildən 1963-cü ilə qədər beynəlxalq nəzəri və tətbiqi fizika ittifaqının vitse-prezidenti olmuşdur.
Əsas elmi işləri atom və molekulyar spektroskopiyaya aiddir. Spektroskopiya sahəsində dünyada məşhur olan monoqrafiyaların və jurnal məqalələrinin müəllifidir. Monoqrafiyaları:
- Atom spektrləri və atomların quruluşu. M. 1948
- İkiatomlu molekulların spektrləri və quruluşları. M. 1949.
- Çoxatomlu molekulların titrəyişli və fırlanan spektrləri. M. 1949.
- Çoxatomlu molekulların elektron spektrləri və quruluşları. M. 1969.
Herxard Hersberq 1971-ci ildə “Elektronların spekturunun və molekulların xüsusi sərbəst radikalların geometriyasının tədqiqinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
Herxard Hersberq 1999-cu ilin martın 3-də Ottavada vəfat etmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Gerhard Herzberg // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 www.pas.va (ing.).
- ↑ 1 2 Херцберг Герхард // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #122472969 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- 25 dekabrda doğulanlar
- 1904-cü ildə doğulanlar
- Hamburqda doğulanlar
- 3 martda vəfat edənlər
- 1999-cu ildə vəfat edənlər
- 94 yaşında vəfat edənlər
- Ottavada vəfat edənlər
- Darmştadt Texniki Universitetinin müəllimləri
- Kornell Universitetinin müəllimləri
- Bristol Universitetinin müəllimləri
- Göttingen Universitetinin müəllimləri
- Göttingen Universitetinin məzunları
- Darmştadt Texniki Universitetinin məzunları
- London Kral Cəmiyyətinin üzvləri
- İsveç Kral Elmlər Akademiyasının üzvləri
- Papa Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Macarıstan Elmlər Akademiyasının üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- "Kanada" ordeninin üzvləri
- Kimya üzrə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- Almaniya fizikləri
- Kanadalı Nobel mükafatı laureatları
- Bristol Universitetinin məzunları
- Almaniyalı Nobel mükafatı laureatları