Qreq Uinter
Qreq Uinter | |
---|---|
ing. Greg Winter | |
Doğum tarixi | 14 aprel 1951[1][2] (73 yaş) |
Doğum yeri |
|
Elm sahəsi | biokimya |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Qreq Uinter (14 aprel 1951[1][2], Lester) — Britaniyalı biokimyaçı və biotexnoloq, zülal mühəndisliyi üzrə mütəxəssisdir. 2018-ci il üçün kimya üzrə Nobel mükafatı laureatı.[4] Kembric Universitetinin professoru, London Kral Cəmiyyətinin (1990il) və Britaniya Tibb Elmləri Akademiyasının (2006il) üzvü. 2004-cü ildən Knight Bakalavr. 2012–2019-cu illərdə Kembric Triniti Kollecinin rəhbəri olub.
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]Q. Uinter Qərbi Afrikada böyüyüb. 1973-cü ildə Kembricdəki Trinity Kollecini bitirib. 1976-cı ildə Kembricdə fəlsəfə doktoru dərəcəsi almışdır. London İmperial Kollecində və Kembric Genetika İnstitutunda postdoktur (gənc mütəxəssis) idi.
Onun tədqiqat karyerası əsasən 1981-ci ildə qoşulduğu, şöbə müdiri (1994–2006 illərdə), direktor müavini (2006–2011) və Zülal Mühəndisliyi Mərkəzində işlədiyi Molekulyar Biologiya Laboratoriyasında keçib. 1990–2010-cu illərdə direktor müavini olub. Q. Uinter Kembricdə üç biotexnologiya şirkəti qurdu: Cambridge Antibody Technology (1989il, 2006-cı ildə AstraZeneca tərəfindən alınıb), Domantis (2000il, GlaxoSmithKline tərəfindən alınıb), Bicycle Therapeutics (2009il). Sonuncuda o, hazırda qeyri-icraçı direktordur. Newton Trust, Cambridge Commonwealth Trust, Cambridge Overseas Trust, Kennedy Trust for Revmatology Research-in qəyyumu. Cambridge Innovation Capital məsləhət qrupunun isə üzvüdür.[5]
Protein Engineering (Zülal Mühəndisliyi), Design and Selection (Dizayn və Seçim) jurnalının baş redaktoru, European Journal of Immunology (Avropa İmmunologiya Jurnalı)nın redaksiya heyətinin üzvüdür.
EMBO (1987il) və Avstraliya Texnoloji Elmlər və Mühəndislik Akademiyasının (2002il) üzvü, Kral Həkimlər Kollecinin fəxri üzvüdür.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- 1986-cı ildə-Biokimya Cəmiyyətinin Kolvort medalı
- 1989-cu ildə-Eyni adlı fondun Tibb üzrə Louis-Jeantet Mükafatı
- 1990-cı ildə-Emil-von-Behring-Preis mükafatı, Marburq Universiteti
- 1994-cü ildə-İsveç Əczaçılıq Elmləri Akademiyasının Scheele Mükafatı
- 1995-ci ildə-Kral Faysal Beynəlxalq Mükafatı
- 1997-ci ildə-Britaniya İmperiyası ordeninin komandiri
- 1999-cu ildə-Xərçəng Araşdırmaları İnstitutundan Villiam Koley Mükafatı
- 2002-ci ildə-Gabbay Mükafatı eyniadlı təsisatdan
- 2011-ci ildə-London Kral Cəmiyyətinin Kral Medalı
- 2012-ci ildə-Asturiya Şahzadəsi Mükafatı
- 2013-cü ildə- Tibbi Tədqiqatlar Şurasının (MRC) ən nüfuzlu Minilliyin Medalı mükafatı
- 2013-cü ildə-Beynəlxalq Gairdner Mükafatı
- 2015-ci ildə-Eyniadlı fonddan Vilhelm Exner medalı
- 2016-cı ildə-Prince Mahidol Mükafatı
- 2018-ci ildə-Kimya üzrə Nobel Mükafatı (1/4 mükafat)
- 2024-cü ildə-Kopli medalı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://boku.ac.at/universitaetsleitung/rektorat/stabsstellen/oeffentlichkeitsarbeit/themen/ehrentraegerinnen/ehrendoktorinnen/winter-gregory-paul.
- ↑ 1 2 Sir Gregory P. Winter // Munzinger Personen (alm.).
- ↑ 1 2 https://royalsociety.org/people/gregory-winter-12548.
- ↑ The Nobel Prize in Chemistry 2018 — NobelPrize.org. Дата обращения: 3 октября 2018. Архивировано 11 мая 2020 года.
- ↑ Sir Gregory Winter | Cambridge Innovation Capital. Дата обращения: 26 августа 2018. Архивировано 26 августа 2018 года.
- 14 apreldə doğulanlar
- 1951-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Lesterdə doğulanlar
- Kembric Universitetinin müəllimləri
- Triniti Kollecinin məzunları (Kembric)
- London Kral Cəmiyyətinin üzvləri
- "Britaniya imperiyası" ordeni komandorları
- Cəngavər bakalavrları
- Kimya üzrə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər