Tomas Steys

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tomas Steys
ing. Thomas Arthur Steitz
Doğum tarixi 23 avqust 1940(1940-08-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 oktyabr 2018(2018-10-09)[3] (78 yaşında)
Vəfat səbəbi mədəaltı vəzin xərçəngi[6]
Elm sahəsi kristalloqrafiya
İş yeri
Təhsili
Elmi rəhbəri Uilyam Lipskomb
Üzvlüyü
Mükafatları Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tomas Steys (ing. Thomas Steitz; 23 avqust 1940[1][2][…], Miluoki, Viskonsin[4][5][…]9 oktyabr 2018[3]) — amerikalı biokimyaçı, 2009-cu ildə Venkatraman RamakrişnanAda Yonat ilə bərabər "Ribosomun strukturu və funksiyası üzrə tədqiqatlarına görə" kimya üzrə Nobel mükafatı laureatı adına layiq görülmüşdür.[7]

ABŞ Milli Elmlər Akademiyasının (1990-cı ildən),[8] Amerika İncəsənət və Elmlər Akademiyasının (1990-cı ildən), London Kral Cəmiyyətinin (2011-ci ildən) əcnəbi üzvüdür.[9]

Tomas Steys 23 avqust 1940-cı ildə Miluokidə (ABŞ) anadan olmuşdur. O, Lourens Kollecində (Appleton, Viskonsin) kimya üzrə bakalavr dərəcəsini (BA, 1962), Harvard Universitetində molekulyar biologiya və biokimya üzrə doktorluq dərəcəsini (Ph. D.) almışdır.

Kimya professoru kimi T. Steys 1986-cı ildən Yel Universitetində və Howard Hughes Tibb İnstitutunda molekulyar biofizika və biokimya kafedralarında çalışmışdır. O, Yel Universitetinin molekulyar biofizika və biokimya üzrə professoru olan Joan A. Steitz ilə evlənmişdir. Onlar Konnektikut ştatının Branford şəhərində yaşayırdılar və Con adlı bir oğulları var idi.

  • 1980-ci il — Amerika Kimya Cəmiyyəti adından Pfizer Mükafatı[10]
  • 2001-ci il — Peter Moore və Harri F. Noller ilə bərabər Rosenstiel Mükafatı
  • 2001-ci il — Amerika Elmin İnkişafı Assosiasiyası (AAAS) adından Nyukomb Klivlend Mükafatı
  • 2001-ci il — Lawrence Universitetinin Lucia R. Briggs adına Görkəmli Nailiyyət Mükafatı
  • 2006-cı il — Keyo Mükafatı
  • 2007-ci il — Beynəlxalq Gairdner Mükafatı
  • 2009-cu il — Venkatraman RamakrişnanAda Yonat ilə bərabər "Ribosomun strukturu və funksiyalarının tədqiqinə görə" Kimya üzrə Nobel mükafatı
  • Digərləri[11]

Sosial fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2016-cı ildə o, Qrinpis, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran bir məktub imzalamışdır.[12][13][14]

  1. 1 2 http://www.britannica.com/EBchecked/topic/1567974/Thomas-Steitz.
  2. 1 2 Thomas A. Steitz Facts (ing.). Nobel Foundation.
  3. 1 2 Thomas A. Steitz. ABŞ Milli Elmlər Akademiyası.
  4. 1 2 2 Americans, Israeli share Nobel Prize in chemistry (ing.). // Los Angeles Times El Segundo: 2009. ISSN 0458-3035; 2165-1736
  5. 1 2 Rib-X Pharmaceuticals, Inc. Co-Founder, Thomas A. Steitz, Ph.D., Awarded the 2009 Nobel Prize in Chemistry: Novel Antibiotic Compounds Being Developed as a Result of Pioneering Work with the Ribosome. Melinta Therapeutics, 2009.
  6. https://medicine.yale.edu/news-article/nobel-laureate-thomas-a-steitz-dies-mapped-the-structure-of-the-ribosome/.
  7. The Nobel Prize in Chemistry 2009 (англ.). nobelprize.org (2009). Дата обращения: 25 августа 2020. Архивировано 22 мая 2020 года.
  8. Thomas A. Steitz Архивная копия от 11 октября 2018 на Wayback Machine (англ.)
  9. Thomas Steitz Архивная копия от 11 октября 2018 на Wayback Machine (англ.)
  10. HHMI Scientist Bio: Thomas A. Steitz, Ph. D. Дата обращения: 7 октября 2009. Архивировано 10 июля 2010 года.
  11. HHMI Scientist Bio: Thomas A. Steitz, Ph. D. Дата обращения: 7 октября 2009. Архивировано 10 июля 2010 года.
  12. 107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 30 июня 2016. Архивировано 29 июня 2016 года.
  13. Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 30 июня 2016. Архивировано 7 июля 2016 года.
  14. Список нобелевских лауреатов подписавших письмо. Дата обращения: 30 июня 2016. Архивировано 2 сентября 2017 года.