Vikipediya:Kənd meydanı/Arxiv/Noyabr/2018

Vikipediya, azad ensiklopediya
Ən son rəy:6 il öncə, Cekli829 tərəfindən "Təftişçi hüququ" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Təftişçi qaydalarının qəbulu

Salam. Təftişçi qaydaları kifayət qədər tərcümə olunub. İndi müzakirə aparılmalıdır ki, səsvermə başladılsın. Buna görədə Anar kerimxanov, Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Cekli829, Eldarado, Eminn, Nicat49, Qolcomaq, Turkmen, Sortilegus, Sultan11, Vusal1981, Wertuose, White Demon, Anar Məmmədov, Aykhan Zayedzadeh, Samral, Wikipediya M, Sefer azeri, Fortius-94, Namikilisu, Masalli qasimli, KaraBakh, Enver62, Toghrul Rahimli və digər istifadəçiləri müzakirəyə dəvət edirəm.--riman 11:04, 22 oktyabr 2018 (UTC)

Salam qaydaları tərcümə etdiyi üçün Nəriman bəyə təşəkkürlər. Mən bu hüququn işə düşməsini tam dəstəkləyirəm. Belə düşünürəmki, qocaman istifadəçilərə verilsə daha yaxşı olar. Uğurlar arzulayıram. --Turkmen müzakirə 22:21, 23 oktyabr 2018 (UTC)
  1. + Lehinə: --Azerifactory (müzakirə) 03:37, 24 oktyabr 2018 (UTC)
  2. + Lehinə:--samral müzakirə 17:21, 24 oktyabr 2018 (UTC)

Oxuyuram prinsipi. Hələlik bu suallarım var:

  • 18 yaş və daha artıq olması necə təsdiqlənəcək?
  • Təftişçinin fəaliyyətinə Arbitraj komitəsi necə nəzarət edəcək, axı o komitə mövcud deyil?
  • "Lakin qaydalar çərçivəsində bir neçə hesabdan istifadə etmək mümkündür." yəni hansı hallarda?

Həmçinin tərcümədə problemlər var.--Emin ismarıc 18:02, 24 oktyabr 2018 (UTC) Eminn, Turkmen:

  • Orada yazılıb ki təftişçi fondla müqavilə bağlayacaq. Müqavilə bağlayanda bilinəcək 18 yaşında olub-olmadığı.
  • Arbitraj komitəsini vikicəmiyyətlə əvəz etdim.
  • Həmin cümlə doğru olmadığı üçün qaydalardan çıxartdım. Tərcümədəki problemləridə həll etdim.--riman 08:03, 4 noyabr 2018 (UTC)

Nəsil ağacı

Salam, mənə kimsə vikidə Mikayıl Müşfiqin nəsil ağacı http://anl.az/el/emb/M.Musfiq/galereya/aile/images/fullscreen/0.jpg yaratmasında yardım edə bilər? Burada Şablon:Müşfiqlər yaratmaq lazımdır. Sadəcə mən belə Şablon:Əliyevlər şablon yaratmaq istəsəmdə, alınmır.--Azerifactory (müzakirə) 03:37, 24 oktyabr 2018 (UTC)

Hörmətli Azerifactory istədiyiniz şablon hazırdır. Xahiş edirəm siz təkrar məlumatları yoxlayın. Bir problem və ya təklifiniz olsa xahiş edirəm mənə yazın. --Drabdullayev17 (müzakirə) 17:11, 30 oktyabr 2018 (UTC)
Hörmətli Drabdullayev17, çox minnətdaram.--Azerifactory (müzakirə) 20:24, 30 oktyabr 2018 (UTC)
Azerifactory, şablonun adı "İsmayılzadələr" olmalı deyil? "Müşfiq" nəslin bir üzvünün özünə götürdüyü bir təxəllüs idi sadəcə. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 16:41, 1 noyabr 2018 (UTC)
Hörmətli Azerifactory, Aykhan Zayedzadeh ilə həmfikirəm. Şablon "İsmayılzadələr" olmalıdır fikrimcə.--Anar 17:37, 2 noyabr 2018 (UTC)
✅Y Düzəltdim.--Azerifactory (müzakirə) 17:51, 2 noyabr 2018 (UTC)

Şablonlarda ingilis sözləri

Salam, şablonlarda son zaman ingilis sözlərini görürəm. Daha doğrusu Wikidata ilə əlaqəsi var. Bundan əlavə Allahverdi Bağırov kimi məqalələrdə oxucu nədənsə şablonda "Dağlıq Qarabağ" məlumatını görür, baxmayaraq ki, şablonda "Ağdam, Azərbaycan", Bəhruz Kəngərli məqaləsində "Naxçıvan, Azərbaycan SSR, SSRİ və ya SSRİ" yazılıb. Bu niyə belədi? Məni bu məsələ yaman hirsləndirir, çünki, sabah-bir gün ermənilər rayonun adını dəyişəcək və bizdə hamısı qondarma adlarla gedəcək.--Azerifactory (müzakirə) 06:33, 25 oktyabr 2018 (UTC)

The Community Wishlist Survey

11:05, 30 oktyabr 2018 (UTC)

Müraciət

Hər kəsə salam. Adminlərimizdən bir xahişim var. İstifadəçi Aykhan Zayedzadehin fəaliyyətini izləməyinizi sizdən xahiş edirəm. Heç bir məlumat vermədən Mikayıl Müşfiq səhifəsinə əlavə etdiyimi məlumatları silir. Nəzərinizə çatdırmaq istəyirəm ki, məqaləni redaktə edərkən istifadə etdiyim kitab Milli Arxiv İdarəsindən əldə olunan sənədlər əsasında tərtib olunub və olduqca vacib məlumatlar var. Bu cür özbaşınalığa reaksiya verməyinizi xahiş edirəm. --Gulya S-va (müzakirə) 10:26, 1 noyabr 2018 (UTC)

Gulya S-va, nəzərə alaram amma gələcəkdə nəzərə alın: məqaləni laboratoriyada olan müddət vaxtı redaktə etmək olmaz.--Azerifactory (müzakirə) 13:14, 1 noyabr 2018 (UTC)
Azerifactory yazmısınız ki, "məqaləni laboratoriyada olan müddət vaxtı redaktə etmək olmaz". Amma nəzərinizə çatdırım ki, elə Laboratoriyanın yaradılmasında məqsəd məqalələrin həm kəmiyyət, həm də keyfiyyət baxımından zənginləşdirilməsinə yardımçı olmaqdır. Laboratoriyada olan məqaləni redaktə etmək, onu təkmilləşdirmək, qüsurları aradan qaldırmaq olar.--►Cekli829 13:53, 2 noyabr 2018 (UTC)

Təşəkkür eləyirəm Azerifactory --Gulya S-va (müzakirə) 13:37, 1 noyabr 2018 (UTC)

Bunu öz müzakirə səhifəmə də yaza bilərdiniz, ancaq yəqin diqqət çəkmək üçün buraya yazmısınız. Əlavə etdiyiniz məlumatlarda çox emosionallıq var. Həmin məlumatlar Vikipediyanın tərəfsizlik qaydalarını da pozur. "Dağlıların namusa qarşı həssaslığını bilən idarə işçiləri..." cümləsinin bu sayta nə dəxlisi var? Hissənin adı da ("Ailə üzvlərinin faciəsi") emosional şəkildə yazılıb. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 16:35, 1 noyabr 2018 (UTC)

Salam. Əgər siz əməyə hörmət edib, yüklədiyim məlumatları silməmişdən əvvəl mənim müzakirə səhifəmə yazsaydınız, mən də dediyiniz kimi edərdim. İkinci dəfə redaktə edib, bəzi emosional cümlələri silməyimə rəğmən yenidən bütün məlumatları silirsinizsə, mən də sizinlə deyil, sizin bu məsuliyyətsiz davranışınıza sərhəd qoyacaq insanlara müraciət eləyərəm.--Gulya S-va (müzakirə) 05:48, 2 noyabr 2018 (UTC)

Bu Aykhan Zayedzadehin ilk kobudluğu deyil, inanıram ki, həmişə olduğu kimi indi də idarəçilər adını qeyd etdiyim şəxslə bağlı bir tədbir görəcəklər. --Sura Türksoy (müzakirə) 06:05, 2 noyabr 2018 (UTC)

"Görəcəklər", özünüzdən çox razı danışdınız On beş idarəçi var, hamısına siz cavabdeh deyilsiniz. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 09:03, 2 noyabr 2018 (UTC)

Aykhan Zayedzadeh, sizin bu davranışlarınızı yaşınızın azlığına, yeniyetməliyinizə veririk. Düşünməyin ki, sizinlə burada söz güləşdirəcəm. Bura onun yeri deyil. Nə də mən 15 yaşında deyiləm ki, sizin kimi uşaqlıq eləyim. --Sura Türksoy (müzakirə) 10:41, 2 noyabr 2018 (UTC)

Tamamilə razıyam. Mənim də Baqramyan adına erməni batalyonu məqaləmə dəxlisiz dəyişikliklər edib əsassız iddialar edirdi. --Rəcəb Həsənbəyov (müzakirə) 10:45, 2 noyabr 2018 (UTC)

Cekli829 bunu bilmirdim amma təşşəkürlər.--Azerifactory (müzakirə) 13:57, 2 noyabr 2018 (UTC)

Dostlar, bütün dəyişiklikləri geri qaytarmaq mümkündür. Çünki hər şey tarixçədə qalır. Ona görə də yaxşı olar ki, belə mübahisəli məsələlərdə mövqelərinizi müvafiq məqalələrin müzakirə səhifəsində əsaslandırasınız. --►Cekli829 13:59, 2 noyabr 2018 (UTC)

İdarəçilər, xahiş edirəm, qaydalardan, yazılış stilindən bixəbər olan bu fərdlərə söz deyin. Yeni gələn istifadəçilər, siz bu saytı dövlət tərəfindən çap edilən kitaba çevirmisiniz. Biri gəlib deyir ki, bu şəkli qoyma erməni bayrağı var, biri də gəlib deyir ki, bu kitabı erməni yazıb Vikipediyaya qoymayın... Sura Türksoyun qaydalardan bixəbər olduğu əsaslandı. Vikipediyada şəxsə qarşı istiqamətləndirilmiş ifadələrdən istifadə etmək qadağandır. Sizlə mənim yaşımın nə əlaqəsi var? Təəssüf ki, həmin şəxs özünü ali bir varlıq hesab edir. "Nə də mən 15 yaşında deyiləm ki, sizin kimi uşaqlıq eləyim." ifadəsi blokluqdur. Sefer azeri də belə bir ifadəyı görə bloklanmışsı. Eldarado, xahiş edirəm, bir nəzər yetirin. Cekli829 mən də bunu deyirdim. Arzuladıqları sadəcə diqqət, diqqət və diqqətdir. Rəcəb Həsənbəyov, siz də yanlış mövqedəsiniz. O məqalədə ciddi stil problemləri var. Oxuyanlar görər. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 15:12, 2 noyabr 2018 (UTC)
Sura Türksoy "Sizin bu davranışlarınızı yaşınızın azlığına, yeniyetməliyinizə veririk" və "Nə də mən 15 yaşında deyiləm ki, sizin kimi uşaqlıq eləyim" ifadəsi ilə qarşı tərəfi təxribata çəkdiyinə görə 24 saatlıq bloklandı. Şəxsin 15 ya 95 yaşının olmasının vikiyə heç bir aidiyyatı yoxdur. Ümid edirəm ki, gələcəkdə daha digər istifadəçilərə qarşı kobud davranışlara yol verməyəcəksiniz. Hörmətlə.--Nicat49   müzakirə 20:55, 2 noyabr 2018 (UTC)

Hörmətli həmkarlar, lütfən hər birimiz müzakirələrə qoşularkən ilk olaraq nəzakət qaydalarının pozulmamasına diqqət yetirək. Məqalə laboratoriyada olarkən yuxarıda qeyd olunanın əksi olaraq redaktə edilərək zənginləşdirilməli və məqalədə mövcud olan qüsurlar aradan qaldırlmalıdır. Hörmətli Aykhan Zayedzadeh, lakin yaxşı olardı ki, məqalədə geniş həcmli dəyişikliklər edərkən ən azı redaktə səbəbini də qeyd edəsiniz. Hörmətlə --eldarado 08:27, 3 noyabr 2018 (UTC)

Editing News #2—2018

14:16, 2 noyabr 2018 (UTC)

Erməni vandalisti - Tugrad

Bu istifadəçi özbaşınalıq edib, ermənilərin tərəfini tutur. Zəhmət olmasa onun bütün etdiyi dəyişiklikləri necə əvvəlki versiayay qaytarmaq olar. Yoxsa bir-bir olunmalıdır?--Azerifactory (müzakirə) 14:54, 2 noyabr 2018 (UTC)

Bu da onun klonudur - Diradul --Azerifactory (müzakirə) 16:29, 2 noyabr 2018 (UTC)
Tugradın bütün vandal töhfələrini düzəltdim. Diradulu etmək lazımdı. Ümumiyyətlə məncə ancaq idarəçilər və patrullar məqalənin adının dəyişməlidir.--Azerifactory (müzakirə) 16:46, 2 noyabr 2018 (UTC)
Cekli829, bu məsələdə mənə yardım edə bilərsən?--Azerifactory (müzakirə) 16:48, 2 noyabr 2018 (UTC)
Azerifactory, özün həll etmisən :) --►Cekli829 05:39, 8 noyabr 2018 (UTC)
Cekli829, sadəcə belə funksiya var, istifadəçinin bütün etdiyi redaktələri "revert"?--Azerifactory (müzakirə) 06:44, 8 noyabr 2018 (UTC)

Asiya ayı 2018

Hər ilin noyabr ayında baş tutan Asiya ayının bu ilki müsabiqəsi 2 gündür başlayıb. İstifadəçiləri Asiya mövzusunda məqalələr yaradıb müsabiqəyə qatılmağa dəvət edirəm. Xahiş edirəm ki, yaratdığınız məqalələri bu alətlə təsdiq edin, əks halda məqalələriniz qeyd olunmayacaq.--White Demツnyo! 16:56, 2 noyabr 2018 (UTC)

APA Holding və arxivləşdirmə məsələsi

Bildiyiniz kimi dünənlərə kimi APA Holdinq var idi. Tərkibində 5-10 sayt. Bu saytlara AzVikidə bəlkə də minlərlə istinadlar var. Çoxsu da 100 % istinad şablonsuz, yəni arxivləşdirilməmiş. Bildiyiniz kimi APA Holdinq, ora daxil olan yəni 5-10 sayt tamamilə bağlandı. Ona görə də indi o minlərlə, bəlkə də on minlərlə istinad bilirsiz nə cürdü? "404 Not Found", yəni keçid vermir, linklər açılmır. "İstinad stili + arxivləşdirmə" döyüşə bronjiletlə getmək kimidi. Təsəvvür edin, indi siz ən müasir silah sursatla ən yaxşı hərbi geyimdə döyüşə gedirsiz, amma bronjiletsiz.--samral müzakirə 14:57, 7 noyabr 2018 (UTC)

Samral, hansı saytlardı onlar?--riman 15:03, 7 noyabr 2018 (UTC)
Neriman2003, APA Holding.--samral müzakirə 15:11, 7 noyabr 2018 (UTC)
Bunu archivebot etməlidir.--Azerifactory (müzakirə) 06:45, 8 noyabr 2018 (UTC)
Ümid edək ki, bu verilən istinadların hamısı əvvəlcədən kimsə tərəfindən arxivləşdirilib, amma sədəcə vikiyə qoyulmuyub. Vəziyyə belə deyilsə, onların yenidən arxivləşdirmək qeyri-mümkündür. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 13:18, 8 noyabr 2018 (UTC)
Azerifactory, real olaq. Fakt bu dq bizdə elə bir bot yoxdur. Belə olan halda deməli özümüz arxivləşdirməliyik.--samral müzakirə 21:10, 13 noyabr 2018 (UTC)

imageMapHighlighter teqinin qeyri-aktivliyi

Bu səhifədəki böyük şəkli ruscası kimi etdim. Amma ruscada şəklin üstündəkinə toxunanda ankor daha yaxşı görünür. Və ruscasında böyük şəklin altında olanlar bizdə olmadı. Hər şeyi yoxladım, səbəbi bildiyim qədəri az Vikiediyada "imageMapHighlighter" teqinin qeyri-aktivliyidir. Kimsə bunu aktiv edə bilərmi? Asrb123 (müzakirə) 19:20, 9 noyabr 2018 (UTC)

Təşəkkür edirəm. Dəqiq səbəb həmin teqdir. Ruscada həmin teqi götürdükdə, bizdəki kimi olur. O teq haqqında yalnız burada məlumat var. Asrb123 (müzakirə) 20:19, 9 noyabr 2018 (UTC)
Çatışmayen şey [2] budur, şablonluq, modulluq he, nə yoxdur, dəqiq yoxladım. Bu nədir, ama bilmirəm. Skripdir yəqin. Ama bilirem ki bu olarsa, ruscası kimi olacaq. Asrb123 (müzakirə) 21:11, 9 noyabr 2018 (UTC)
✅Y Asrb123, həmin səhifəni yaratdım. MediaWiki:Imagemap-Highlight.js. Siz interfeys idarəçisi olmadığınız üçün həmin səhifəni yarada bilmirdiniz. Belə səhifələri yaratmaq lazım olarsa VP:İİM səhifəsinə müraciət edin.--riman 10:42, 10 noyabr 2018 (UTC)
Çox sağ olun Neriman2003. Amma həmin teq yenə aktiv olmadı. Səbəbini bilmirəm. Bizdə hər şey ruscası kimi. Ola bilər, başqa skrip lazımdır. Ruscada yaxşı görünür. İstədim bizdə ordakı kimi olsun. Bilmirəm olar ya olomaz, bəlkə bu skripi modula çevirək? Asrb123 (müzakirə) 11:52, 10 noyabr 2018 (UTC)
Salam, bu funksiya üçün bu extension qurulmalıdır. Gərək burada səsvermə keçirək daha sonra fabrikatora müraciət edək. Bunu interfeys idarəçiləri edə bilməz. --Drabdullayev17 (müzakirə) 17:37, 10 noyabr 2018 (UTC)
Hörmətli Neriman2003, ama mən səsverməni təşkil etməyi bilmirəm. Bunu yəqin ki hörmətli Drabdullayev17 edə bilər. Asrb123 (müzakirə) 19:08, 10 noyabr 2018 (UTC)
Drabdullayev17, həmin extension qoşulub artıq bizim vikiyə.--White Demツnyo! 19:09, 10 noyabr 2018 (UTC)
Hörmətli White Demon, onda sizcə bəs nə çatışmır? Nə lazımdır? Asrb123 (müzakirə) 19:21, 10 noyabr 2018 (UTC)
Hörmətli White Demon, üzr istəyirəm diqqətli baxmamışam. Problemin nə olduğunu tapmağa çalışaram. --Drabdullayev17 (müzakirə) 20:05, 10 noyabr 2018 (UTC)
Hörmətli Asrb123, deyəsən problem həll olundu xahiş edirəm təkrar yoxlayın. --Drabdullayev17 (müzakirə) 20:37, 10 noyabr 2018 (UTC)
Hörmətli Drabdullayev17, çox-çox təşəkür edirəm sizə və hörmətli Neriman2003ya MediaWiki:Imagemap-Highlight.js skripini yaratdığına görə. Amma Neriman2003dan bir xahişim də olacaq, həmin sikripdəki Neriman2003 " Show Legend " teqini "Adları göstər", "Adları gizlət" şəklində dəyişdirsin. Qabaqcadan təşşəkkürümü bildirirəm. Çox sağ olun. Asrb123 (müzakirə) 21:02, 10 noyabr 2018 (UTC)
İş müvəffəqiyyətlə tamamlandı, deməli təmizliyə başlamaq olar, test üçün düzəltdiyim bu səhifələr indi lazımsızdır və silinməlidir: 1, 2, 3, 4, 5, 6. Module:Haşiyə isə Module:Anchora köçürülərək silinə bilər. Birincisi azı 20 səhifədə istifadədə olduğu üçün bunu özüm etməyə çəkindim və bu işi görməyi təcrübəli vikipediyaçıların öhdəsinə buraxıram. Sağ olun. Asrb123 (müzakirə) 22:56, 10 noyabr 2018 (UTC)
ImageMap AzVikidə, TrVikidə, EnVikidə də eyni cür işləyir, bircə RuVikidə fərqli cür işləyir. Buna problem kimi yanaşmaq düzgün olarmı ya yox, bilmirəm.--White Demツnyo! 07:57, 11 noyabr 2018 (UTC)
Asrb123, indi gördüm, deyəsən özünüz həll etdiz, nə yaxşı))--White Demツnyo! 07:58, 11 noyabr 2018 (UTC)
White Demon, bu bir futbol kombinasiyasına bənzədi, hücuma mən başladım, pas verdim Neriman2003ə, o, pas verdi, Drabdullayev17ə, Drabdullayev17 sizə, siz topu qaytardınız, Drabdullayev17 vurdu qapıya, qoll! Az Vikidə yeni funksiya işə düşdü. Siz dediyiniz kimi, türkcədə, ingiliscədə bu yoxdur, bəli yoxdur, amma bizdə oldu, həmişə biz dalda qalası deyilik ki, arada bir qabağa də gedə bilərik. Asrb123 (müzakirə) 12:16, 11 noyabr 2018 (UTC)
Asrb123, gələn həftə olacaq.--Azerifactory (müzakirə) 05:06, 13 noyabr 2018 (UTC)

Change coming to how certain templates will appear on the mobile web

CKoerner (WMF) (talk) 19:34, 13 noyabr 2018 (UTC)

Seçilmiş məqalə statusunun geri alınması: Neftçala rayonu

Salam. Bütün aktiv istifadəçiləri burada >>> Vikipediya:Seçilmiş məqalə statusunun geri alınması/Neftçala rayonu səs verməyə dəvət edirəm.--Azerifactory (müzakirə) 05:14, 15 noyabr 2018 (UTC)

Azerifactory, Neftçala rayonu məqaləsinin özünə niyə statusunun geri alınması barədə səsvermə başladılması ilə bağlı şablon filan yerləşdirməmisiz?--samral müzakirə 17:01, 19 noyabr 2018 (UTC)
Samral, hər kəs insandır. Ola bilsin yadından çıxıb. Mən yerləşdirdim.--riman 17:10, 19 noyabr 2018 (UTC)
Samral, birincisi mən bunu yazanda xaricdə idim, harada ki, Vikipediyaya qadağa var idi. 2-cisi, yadımdan çıxıb və bu olan şeydir. Sonda da, siz hamını ancaq tənqid edə bilirsiz və hər işi qabardırsız. Əgər işi yaxşı bacarırsınızsa idarəçi niyə olmursuz? Hə, yadımdan çıxdı. Bu iş sizdə alınmayıb ;) --Azerifactory (müzakirə) 22:09, 19 noyabr 2018 (UTC)
Azerifactory, bekarsan, özüm ölüm. 5 yaşlı uşaqlar kimi söz soxmalar filan. Cavab verməyə belə lüzum görmürəm )))--samral müzakirə 07:02, 20 noyabr 2018 (UTC)
Samral, "söz soxmalar"ı ban müddətində çox lazım olar. --Azerifactory (müzakirə) 07:52, 20 noyabr 2018 (UTC)
Ay Azerifactory, əlavə söz-söhbətə ethiyac yoxdur. Düşünürəm ki, bu mövzunda Samralın idarəçilik dövründəki fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsinə heç bir ehtiyac yoxdur. Hər ikinizdən konkret mövzuya istiqamətlənməyinizi xahiş edirəm. --►Cekli829 08:28, 20 noyabr 2018 (UTC)
Hörmətli Azerifactory, Siz nə üçün istifadəçilərlə nəzakətsiz formada danışır və onları kobud cavab verməyə vadar edirsiz? Biz istifadəçilərin fəaliyyətini izləməliyik yoxsa sizin? Samral bəyin blokunu doğru saysam da sizin qeyri peşəkar idarəçi fəaliyyətiniz məni narahat edir artıq. Hörmətlə --eldarado 11:22, 20 noyabr 2018 (UTC)
Aktiv istifadəçinin bucür uzunmüddətli bloklanması düzgün deyil (VP:TYV)--Turkmen müzakirə 11:59, 20 noyabr 2018 (UTC)
Cekli829, Turkmen, bu istifadəçi artıq neçə dəfə cəzalanıb? Samral mənlə elə danışır, elə bil onun tay-tuşuyam. Mənə maraqlıdır, sizə həmin cavabı versəydiz, siz nə edərdiz? Eldarado, "söz soxma" nəzakətli formadısa day mən bilmirəm, sizə nə deyim.--Azerifactory (müzakirə) 12:12, 20 noyabr 2018 (UTC)
Hörmətli Azerifactory belə düşünürəm ki, siz ilk öncə istifadəçini qıcıqlandırmısınız, həmçinin blokun müddəti də uzundur. Bundan başqa buradakı səsverməni yekunlaşdırmanız da sizin qeyri-peşəkarlığınızı göstərir. Məncə siz bütün bunları nəzərə alaraq istifadəçinin blokunu açmalı və ya ən azından 24 saata endirməlisiniz. --Drabdullayev17 (müzakirə) 12:16, 20 noyabr 2018 (UTC)
Hörmətli Azerifactory, Mən blokun haqsız olduğunu və həmin ifadənin nəzakətli forma olduğunu harada qeyd etmişəm. Zəhmət olmasa göstərin. Hörmətlə --eldarado 12:26, 20 noyabr 2018 (UTC)
Azerifactory, həmkar sizin özünüzdə aqressiya ilə cavab vermisiz. Beləliklə, VP:TYV qaydasını pozmusuz. Blokun müddətini 24 saata endirdim. Səsvermələrin və müzakirələrin yekunlaşdırılmasında da səhvləriniz çox olur. Vikipediyada əziyyətiniz danılmazdır orası məlum məsələdir. --Turkmen müzakirə 12:35, 20 noyabr 2018 (UTC)
Turkmen, minnətdaram və mən artıq o yerlərlə işim olmayacaq. Mənə görə lap yaxşı.--Azerifactory (müzakirə) 12:43, 20 noyabr 2018 (UTC)
Azerifactory mən baxmayın demədim axı. Mən dedim ki, düzgün bacara bilmirsiz Məsələn, VP:SNS-də müzakirələrin hamsını birdən yekunlaşdırırsız. İdarəçi kimi məlum səhifələri gözdən keçirmək hamımızın borcudur. --Turkmen müzakirə 12:48, 20 noyabr 2018 (UTC)
Turkmen, mən hamısını gözdən keçirirəm və sadəcə zaman almamaq üçün elə edirəm. Məsələn, əgər bir səsvermədə 7 − Əleyhinə: səs varsa, digərində də eyni, onun nəyini yekunlaşdırmaq lazımdır? 2-sidə dərhal silinməlidir. English wiki-də belə məqalələr müzakirəsiz silinir.--Azerifactory (müzakirə) 12:53, 20 noyabr 2018 (UTC)
Başa düşürəm ancaq bizimdə öz kriteriyalarımız var (VP:SSK). Siz zamanınız olduqca tək-tək yekunlaşdıra bilərsiz. Hətta müzakirəni yekunlaşdırmadan da məqalə silirsiz bir neçə dəfə bərpa etmişəm ki, səsvermə bitsin. Bəlkə müzakirə müddətində nəysə köklü dəyişikliklər oldu, müzakirə nəticəsində məqalənin qalmasına zəmin yarandı? --Turkmen müzakirə 12:59, 20 noyabr 2018 (UTC)

Azerifactory tez hiddətlənir, sonra isə digərlərini blok edirsiz. Blok müddəti ən azı 24 saata endirilməlidir.--Anar 15:20, 20 noyabr 2018 (UTC)

Vikidatadan gələn problemlər

Salam həmkarlar. Bacaran istifadəçilər aşağıdakı kateqoriyalardakı məqalələrin vikidata səhifəsində redaktələr edib problemi aradan qaldırsınlar. --Araz Yaquboglu (müzakirə) 14:47, 16 noyabr 2018 (UTC)

  • [3]
  • [4]
  • [5]
  • [6]
  • [7]
  • [8]
  • [9]
  • [10]
  • [11]
  • [12]
  • [13]
  • [14]
  • Salam, Araz Yaquboglu. Problem Vikidatanın modulunda idi. Həmin moduldan əsrlərdə doğulanlara/ölənlərə kateqoriya yaratmaq funksiyasını ləğv etdim. Lakin şablonda 9-cı, 8-cı, 7-cı yazılmasını düzəldə bilmirəm. Bunu ancaq adi qaydada şablona yazmaq lazımdı. Şablonlarda şəkilçi problemlərini həll etmişəm, modul daxilində kodlar fərqli olduğundan burada hansı rəqəmdən sonra hansı şəkilçinin gəlməsini qurmaq çətindir. Ən sadə həll variantı hələlik bütün vikidatadan gələn doğum/ölüm kateqoriyalarını ortadan qaldırmaqdır. Hörmətlə,--Toghrul Rahimli (müzakirə) 17:52, 16 noyabr 2018 (UTC)
Toghrul Rahimli çox sağ olun. Problemi həll etdiyiniz üçün. --Araz Yaquboglu (müzakirə) 14:31, 17 noyabr 2018 (UTC)

Azerifactory-nin idarəçilik fəaliyyəti

Birdaha Salam hörmətli həmkarlar. Həmkarımız Azerifactory-nin idarəçilik statusu haqqında digərləriniz də fikirlərini bilmək istədim. Yuxarıdakı müzakirədən sonra bir azvikipediya idarəçisi kimi bu müzakirəni açmağı özümə borc bildim. Azerifactory dəyərli istifadəçidir, əla məqalələri var. Sanki idarəçi kimi üzərinə düşən yükü tam qaldıra bilmir. Əlbəttə bu mənim şəxsi fikrimdir. VP:SNS-də yekunlaşdırdığı müzakirələr (yuxarda bu haqda müzakirə gedib), habelə labaratoriyada məqaləyə status verərkən bəzi əməliyyatları tam yerinə yetirməməsi və aqressivliyi üzündən bu müzakirəni açıram. --Turkmen müzakirə 17:19, 20 noyabr 2018 (UTC)

Azerifactory yaxşı istifadəçidir. Məqalələri təqdirəlayiqdir. İdarəçi kimi səhvləri olsa da, fikrimcə o, bu səhvlərin öhdəsindən gəlməyi bacararaq. Şəxsi fikrimdir. Hörmətlə.--Anar 18:09, 20 noyabr 2018 (UTC)
Rüfət bəyin fikirləri ilə razıyam. Azerifactory-nin yaxşı fəaliyyətləri az deyil, lakin idarəçi kimi fəaliyyətini heç bəyənmirəm. Tez tez qaydaları pozur səbəbini soruşanda isə hər dəfə "bilmirdim" deyir. İstifadəçilərlə də ünsiyyət qurarkən nəzakət qaydalarına riayət etmir bəzən və son olaraq bu gün Samral bəylə müzakirə zamanı idarəçilərin istifadəçilərlə münasibəti qaydalarını kobud şəkildə pozmuş, qarşısındakı istifadəçini ələ salmışdır. Düşünürəm ki, Azerifactory üçün etimad səsverməsi keçirilməli və statusu alınmalıdı. Gələcəkdə qaydaları yaxşı mənimsəyib, üslubunu da düzəldərək yenidən idarəçi ola bilər. Bu mənim mövzu haqqında olan fikirlərimdir. Hörmətlə --eldarado 18:22, 20 noyabr 2018 (UTC)
Məncə etimad səsverməsi keçirilməlidir. Çünki bəzi idarəçilər artıq qayda-qanunu qoyub kənara öz şəxsi fikiləri ilə Vikipediyanı idarə edir. Digər belə idarəçiləri də müzakirə etməliyik. --Drabdullayev17 (müzakirə) 18:34, 20 noyabr 2018 (UTC)
Digər qeyri-aktiv idarəçilərdən də hüquq alınsa daha yaxşı olar.--riman 18:39, 20 noyabr 2018 (UTC)
Şərh Şərh: Mən həmişə ədalətli olmağa çalışmışam və başa düşürəm ki, mövqem hamını razı edə bilməz. Mən bilən hamını qane edən idarəçi olmur. Bəli, ola bilər, bəzi yerlərdə səhv buraxmışam amma hər halda səhvlərimi təkrar etməmişəm, onlardan öyrənmişəm və həmişə aktiv idarəçi olmuşam. Məni aqressiv təqdim etmək mənə gülməli gəlir. Mənim hər halda 10 il ərzində heç kimlə (Aydinsalis və son zaman Samraldan başqa) problemim olmayıb və bir çox istifadəçilərdən fərqli olaraq, nə ban almışam və nə də həyatda kimləsə dostluq edirəm ki, tərəf tutam. Mən ancaq aqressiv düşmənə qarşı olmuşam və buna görə də English Wiki-də həmişə MarshallBagramyan kimi erməni adminlərinin hədəfindən orada yaza bilmirəm, çünki, nə vaxtsa onların kəşfiyyatı mənim email inboksumu qırıb amma bu ayrı mövzudur. Buna görə də, mənim bəzi istifadəç

Arxa fonda bilmirəm mən haqqda nə söhbətlər gedir amma mənim kiməsə qəsdən ziyan vurmaq fikrim yoxdur. Hörmətlə --Azerifactory (müzakirə) 19:00, 20 noyabr 2018 (UTC)

İdarəçilərin və bürokratların seçilməsi qaydalarında dəyişiklik edilməsi

Salam hörmətli Vikicəmiyyət. Bildiyiniz kimi İdarəçilərin və bürokratların seçilməsi qaydalarının statusun alınması ilə bağlı hissədə aşağıdakı şəkildə bir cümlə var:

İdarəçi və ya bürokratın statusunun alınması ilə bağlı səsvermə yalnız idarəçilərin ümumi razılığı ilə həyata keçirilə bilər.

Düşünürəm ki, bu cümlə ilə idarəçilərin öz aralarında əldə edilmiş razılıq olarsa gələcəkdə istənilən halda idarəçilərin Vikipediyada istədikləri kimi hərəkət edə biləcəyi anlaşılır. Yəni istifadəçilərin artıq bu mövzuda heç bir hüququ qalmır. Arbitaj komitəsi olmadığı üçün də Vikipediya müəyyən şəxslərin şəxsi maraqları altında idarə edilməyə başlamış olur. Bu məqsədlə cümlənin dəyişdirilməsini təklif edirəm. Xahiş edirəm öz fikirləriniz yazın. --Drabdullayev17 (müzakirə) 14:24, 22 noyabr 2018 (UTC)

Məncə o söz istifadəçilərin ümumi razılığı ilə dəyişdirilsə yaxşı olar. Arbitraj komitəsi qaydasıda qəbul olunmalıdır.--riman 14:28, 22 noyabr 2018 (UTC)
Mən bu fikrin + Lehinə:yəm. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 14:40, 22 noyabr 2018 (UTC)
Bu cümlə idarəçiləri idarəçi statusu olmayan istifadəçilərin yerli-yersiz hücumundan qorumaq üçündür. Çünki çox halda hansısa istifadəçi hansısa idarəçinin fəaliyyətindən narazı olur (ya onu bloklayıb, ya yaratdığı məqaləni silib və s.). Bu bənd götürülsə məsələn, siz Drabdullayev17 gündə bir idarəçinin statusunun alınması üçün səsvermə təşkil edəcəksiniz. Çünki görünən odur ki, siz içi mən qarışıq idarəçilərin böyük əksəriyyətindən narazısınız. Amma bu bənd olduğunda əgər hansısa idarəçinin fəaliyyətindən ciddi narazılıq varsa, digər idarəçilər bunun səbəbini araşdırırlar. Və səbəblər əsaslıdırsa statusun alınmasını səsverməyə çıxarırlar. Bu presedent dəfələrlə olub və səhv etmirəmsə 7-8 idarəçinin statusu bu yolla alınıb. Yəni mexanizm işləyir. İdarəçilərin bir-birini müdafiə edəcəyini düşünməyin. İdarəçilər çox fərqli fikirlərə sahib adamlardırlar və kiçik haqlı bir narazılıq görən kimi elə özləri həmkarlarının statusunun alınmasını müzakirəyə çıxarırlar. --Sortilegus (müzakirə) 14:54, 22 noyabr 2018 (UTC)
Hörmətli Sortilegus, bəs istifadəçiləri kim necə qoruyacaq? Onda Arbitaj komitəsini aktivləşdirək. Mən konkret qayda pozuntusu olduqda etimad səsverməsi keçirilsin deyirəm. Sizə üç misal çəkim. Birincisi idarəçimiz Araz Yaquboglu Şiə müsəlman dövlətlərinin siyahısı məqaləsində redaktə müharibəsi aparmışdır. Bunu səhifənin tarixçəsindən də görə bilərsiniz. Amma məni bloklayıb, özü müharibə aparmasına baxmayaraq. İdarəçilərə müraciət etsəm də müraciətim cavabsız qaldı. Niyə bu qədər böyük qayda pozuntusuna reaksiya vermədiniz. Unutmayın ki, bloklanma səbəbim redaktə sayı idi, görünür idarəçi düzgün saymayıb. Həmçinin bürokrat Eldarado İdarəçilərin fəaliyyəti qaydalarının "Vikipediya istifadəçilərinə münasibət" bölməsinin 6-cı bəndini onu xatırlatsa da bir əhəmiyyəti olmadı. İki qaydanı pozan idarəçi haqqında bürokrat olaraq hansı tədbiri gördünüz? İkinci məsələ idarəçimiz Cekli829 VP:SNS-də öz kefi istədiyi kimi qərar çıxarır. Sadəcə öz səsini məqbul hesab edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məqaləsində mən öz arqumentimi yazmışam və qaydada göstərilir ki, Səhifənin adı və silmə səbəbi iddiaçı tərəfindən daxil edilir. Arqumentlər göstərilir. Müzakirə aparılır. Son qərarı müzakirədə iştirak edən idarəçilərdən biri verir. Səhifənin Vikipediyada qalması ilə bağlı ciddi arqumentlər göstərilməzsə məqalə silinir. Səhifənin Vikipediyada qalması ilə əlaqədar müzakirələr maksimum 15 gün ərzində sona çatmalıdır. Müzakirə zamanı bütün istifadəçilərin fikri eynidirsə qərar daha tez müddətdə verilə bilər. Yəni qalması üçün ciddi arqument olmalıdır, amma idarəçi belə bir arqument irəli sürməyib. İstifadəçi müzakirəsi səhifəsinə baxsanız bu kimi narazılıqların şahidi ola bilərsiniz. İndi deyin görüm etimad səsveməsi keçirəcəksiniz? Üçüncüsü İdarəçi müzakirəsi səhifəsində idarəçimiz Vusal1981-un məsələsi qaldırılmışdı. 5 idərçi bu fikri dəstəkləmiş amma 3 idarəçi qarşı çıxmışdır. Şəxs heç bir fəaliyyət göstərmir amma siz bir reaksiya vermirsiniz. İndi deyəcək sözünüz yoxdursa qoyun normal işimizi görək. --Drabdullayev17 (müzakirə) 15:25, 22 noyabr 2018 (UTC)

Sortilegus-la tam razıyam. Dünən qeydiyyatdan keçən istifadəçi gəlib, filan idarəçinin fəailiyyəti məni qane etmir, ondan status alınsın deyəcək və beləcə vaxtımız məqalələrə və nəzarətə yox, elə hər həftə filan idarəçi qalsın ya getsinə sərf olunacaq.--Nicat49   müzakirə 15:42, 22 noyabr 2018 (UTC)

Hörmətli Nicat49 sizi çox gözəl anlayıram və haqlısınız. Bunun üçün müəyyən qayda (redaktə sayı, qeydiyyat müddəti) qəbul edilə bilər. Bəs siz yuxarıda göstərdiyim halları nəzərə alaraq idarəçilərin qayda pozuntusunun qarşısının alınması üçün nə kimi təkliflər irəli sürürsünüz? --Drabdullayev17 (müzakirə) 15:54, 22 noyabr 2018 (UTC)

Sortilegus-la tam razıyam. Bundan əlavə bəzi istifadəçilər koordinasiya və troll hesablarla idarəçinin üzərinə şər ata bilər--Azerifactory (müzakirə) 15:57, 22 noyabr 2018 (UTC)

Azerifactory, troll və kukla hesablar artıq o qədər təhlükəli deyil. Çünki təftişçi qaydasının səsverməsi bu gün bitir.--riman 16:06, 22 noyabr 2018 (UTC)
Azerifactory, eyni sualı sizə də ünvanlayıram idarəçilərin qayda pozuntusunun qarşısının alınması üçün nə kimi təkliflər irəli sürürsünüz? --Drabdullayev17 (müzakirə) 16:23, 22 noyabr 2018 (UTC)
Qaydanın dəyişdirilməsi təklifi ilə mən də razı deyiləm. Sorun bilirsiz nədədir? Bəzi istifadəçilər idarəçi yanlış qərar verən zaman dərhal onunla mübahisə etməyə çalışır.(Hər kəsə aid etmirəm təbii ki) Bu zaman özü də nəzakət qaydaları ilə yanaşı bir sıra qaydaları pozur. Yaxşı olar ki, idarəçilərdən hansısa qayda pozarsa bunun şahidi olan istifadəçi, bunu idarəçilərə müraciət səhifəsində nəzakətli və əsaslı formada bildirsin. İdarəçilərdən də istənilən biri bunu araşdırsın, etimad səsverməsinə səbəb ola biləcək bir qayda pozuntusudursa, bunu idarəçi müzakirəsi səhifəsində idarəçilər arasında müzakirəyə çıxarsın. Belə olan halda müzakirələrin daha şəffaf şəkildə yekunlaşacağına inanıram. Arbitraj komitəsi məsələsinə isə isti baxıram və yaradılmasının tərəftarıyam. Hörmətlə--eldarado 17:02, 22 noyabr 2018 (UTC)

Drabdullayev17, hamıya eyni sualı ünvanlayırsınız. Mənim də Sizə bir sualım var: Bəs nəyə görə özünüz idarəçiliyə namizədliyinizi irəli sürmürsünüz? --►Cekli829 17:39, 22 noyabr 2018 (UTC)

Fəaliyyətim

Hörmətli həmkarlar. Son aylar həm istifadəçi, həm də idarəçi kimi vikipediyada kifayət qədər aktiv ola bilmirəm. Bunun obyektiv səbəbləri var, əlbəttə. Məlumat üçün bildirim ki, 2019-cu ilin əvvəlindən fəaliyyətimi bərpa edəcəyəm. Uğur olsun! --Vüsal Ağayev (müzakirə) 16:30, 22 noyabr 2018 (UTC)

Hörmətli Vusal1981 səbəbini izah etsəniz daha gözəl olardı. --Drabdullayev17 (müzakirə) 17:00, 22 noyabr 2018 (UTC)
Vüsal müəllimin vikicəmiyyətə belə bir müraciətinin özü təqdirəlayiqdir. Drabdullayev17, əgər məqsədəuyğun olsaydı Vüsal müəllim özü bu barədə bildirdiyi zaman səbəbini də ətraflı izah edərdi. Ətraflı izah etməyibsə, deməli səbəblər şəxsi və s. ola bilər. Ona görə də Sizin ondan izah istəməyiniz etik deyil. Ona görə də Sizi VP:E-yə riayət etməyə dəvət edirəm. Vüsal müəllim, Sizə uğurlar arzu edirəm! --►Cekli829 17:47, 22 noyabr 2018 (UTC)
Cekli829 sizin etiket qaydasından xəbəriniz olduğunu bilmirdim. Demək varmış. Arada lazım olar mənə də. --Drabdullayev17 (müzakirə) 20:20, 22 noyabr 2018 (UTC)

Silinməyə namizəd səhifələr

Salam hərkəsə. Əgər hamı razıdırsa Silinməyə namizəd səhifələr səhifəsinin dizaynını dəyişərək belə edim. Şablondada uyğun dəyişikliyi edim.--riman 17:22, 22 noyabr 2018 (UTC)

Bunun üçün tələsmək lazım deyil. Təklif edirəm ki, bunu birdəfəlik həll etmək lazımdır. Ona görə də yaxşı olar ki, yeniliklər 2019-cu ilin yanvar ayının 1-dən tətbiq edilsin. O zaman qədər isə müvafiq layihə ilə bağlı məsələlər təkmilləşdirilsin. --►Cekli829 17:37, 22 noyabr 2018 (UTC)
Hörmətli Nəriman2003, əziyyət çəkmisiz əlivizə sağlıq amma zənnimcə indiki halı daha yaxşı, sadə və anlaşılandır. Hörmətlə--eldarado 17:42, 22 noyabr 2018 (UTC)
Eldarado, inanın ki bu versiyada anlaşıqlıdır. Sadəcə ilk dəfə baxanda adama qarışıq gəlir. Həmçinin bu versiyanın laboratoriyadan heç bir fərqi yoxdur. Lab-da bəzi işləri (məs: arxivləşdirmə) necə edirsinizsə həmin işləri buradada edə bilərsiniz.--riman 17:54, 22 noyabr 2018 (UTC)
Bu mənim şəxsi fikrim idi. Yeni versiyanı bəyənənlərin sayı çox olarsa, dəyişmək olar təbii ki. Hörmətlə--eldarado 18:02, 22 noyabr 2018 (UTC)

Community Wishlist Survey vote

18:13, 22 noyabr 2018 (UTC)

Təftişçi hüququ

Salam həmkarlar artıq təftişçi qaydaları qəbul edilib və səsvermələr ilə namizədliklər bu səhifədə keçirilir. Qeyd edim ki, Vikimedia Fondunun və Azvikinin qaydalarına əsasən Təftişçi sayı azı 2 nəfər olmalıdır.--Turkmen müzakirə 21:03, 22 noyabr 2018 (UTC)

Bu səsverməni nəyə əsasən keçirirsiniz? --►Cekli829 06:18, 23 noyabr 2018 (UTC)