İstifadəçi müzakirəsi:White Demon

Vikipediya, azad ensiklopediya
Ən son rəy:7 gün öncə, Gadir tərəfindən "VP:BN" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

ANA SƏHİFƏ

MÜZAKİRƏ

FƏALİYYƏT

MÜKAFAT

MƏNBƏ

FİLATELİYA

ULDUZ


[mənbəni redaktə et]

Salam. Bu məqalənin (Loren Alfonso Dominges) adını Loren Alfonso olaraq dəyişdirə bilərsiniz? Məndə alınmır. Xəta verir. Grenzsoldat 12:00, 13 iyul 2024 (UTC)Cavabla

✅Y Kosmik Ozan utora! 12:09, 13 iyul 2024 (UTC)Cavabla
çox sağolun bəy. Grenzsoldat 12:10, 13 iyul 2024 (UTC)Cavabla

Vikipediyada 10 iliniz mübarək!

[mənbəni redaktə et]

Salam, dəyərli White Demon. Sizi 10 illiyiniz münasibətilə ürəkdən təbrik edirəm və fəaliyyətinizin və uğurlarınızın davamını diləyirəm. Bir 10 il də görək! Hörmətlə, Gadirmüzakirə 10:05, 14 iyul 2024 (UTC)Cavabla

Təşəkkür edirəm. Təki təkcə məni yox, sizi də 10 il burada görək :) Kosmik Ozan utora! 10:06, 14 iyul 2024 (UTC)Cavabla
Təbriklər !!! Turkmen müzakirə 10:18, 14 iyul 2024 (UTC)Cavabla

Vandalizm

[mənbəni redaktə et]

Salam. @Patriot Kor adlı istifadəçi vandalizmla məşğuldur. Buna baxın zəhmət deyilsə. (Keçid). Kateqoriyanı və şablondan medalları çıxarıb. Zəhmət deyilsə istifadəçiyə xəbərdarlıq edin. Birinci dəfə deyil belə hal baş verir. Mən deyəndə də mən pis çıxıram. Grenzsoldat 18:24, 24 iyul 2024 (UTC)Cavabla

@Patriot Kor, qeyd edilən məqalədən medal və kateqoriyalar niyə çıxarılıb? Kosmik Ozan utora! 18:27, 24 iyul 2024 (UTC)Cavabla
@White Demon zəhmət olmasa mənim fəaliyyət səhifəmə göz atın. Oz ölkəsinin cadugəri filmi səhifəsindən Ev məqaləsinə qədər. Mən bu redaktələrin indi fərqinə varıram. Hörmətlə, Patriot (müzakirə) 18:39, 24 iyul 2024 (UTC)Cavabla
@Grenzsoldat vandalizm halı kimi qiymətləndirməyin xahiş edirəm. Mənim fəaliyyətlərim içərisində bir neçə belə hal var. Dəqiqləşdirməyə çalışıram. Mən vikiləşdirmə aləti ilə bütün məqalələri silmişəm? Xahiş edirəm tələsməyin. Dəqiqləşdirməliyəm. Hörmətlə, Patriot (müzakirə) 18:42, 24 iyul 2024 (UTC)Cavabla
@White Demon mən anlaşılmayan redaktələri geri qaytardım. Mən bu səhifələrdə etdiyim redaktələri xatırlamadığım üçün istifadəçi parolumu bir daha dəyişmək məcburiyyətində qaldım. Son hadisələr mənim profilimlə bağlı ciddi problemlər yaşadır. Yəqin ki, məlumatınız var. Amma edaktələr arasında istifadəçiyə mükafat verməyi dəqiq mən etmişəm. Ümid edirəm bir daha belə hal yaşanmayacaq. @Grenzsoldat mənim belə bir fəaliyyətim olubsa lütfən öz müzakirə səhifəmdə mənə bildirin. Və mümkünsə daha bir belə nümunə təqdim edin. Hörmətlə, Patriot (müzakirə) 18:56, 24 iyul 2024 (UTC)Cavabla
@Grenzsoldat mənim müəyyən məsələləri dəqiqləşdirməyim üçün bu vacibdir. Dediyiniz digər vandalizmləri təqdim edin zəhmət olmasa. Hörmətlə, Patriot (müzakirə) 19:24, 24 iyul 2024 (UTC)Cavabla
Boş verin bəy. Arxivə baxmağa vaxtım yoxdur. Hazırda əlimdə işim var. 2 günə olimpiada başlayır :d Grenzsoldat 19:25, 24 iyul 2024 (UTC)Cavabla

Research about the tools on Wikimedia projects by the CEE Hub

[mənbəni redaktə et]

Hi everyone,

We would like to invite you to submit your responses to the survey dedicated to the tools that are used currently across the Wikimedia projects and the tools that you want to have.

This survey was made by the working group of the CEE Hub, and your responses will be reviewed afterwards, as we want to continue supporting the communities. That support can be documentation for certain most used tools by other communities across the region per specific topics, finding solutions for new tools to be created in the future, creating most needed tools in the region (so called "regional wishlist list"), and many other options.

Deadline to fill in the survey is 20th of August, 2024.

Submit your answers here

Thank you in advance for your time that you will dedicate in filling in this survey --MediaWiki message delivery (müzakirə) 13:07, 26 iyul 2024 (UTC)Cavabla

✅Y Done. Kosmik Ozan utora! 13:47, 26 iyul 2024 (UTC)Cavabla

Vikibahar 2024

[mənbəni redaktə et]

Salam, White Demon. Sizi "Vikibahar 2024" məqalə müsabiqəsində yaratdığınız 36 məqalə ilə 75 xal toplayaraq 4-cü yerə sahib olmağınız münasibətilə təbrik edirəm. Mükafatlandırma barədə ayrıca məlumat veriləcək.-- Wertuose (müzakirə) 14:30, 26 iyul 2024 (UTC)Cavabla

Transliterasiya

[mənbəni redaktə et]

Salam. Aşağıda qeyd olunan adların transliterasiyasında mənə yardım edə bilərsiniz? Grenzsoldat 18:28, 27 iyul 2024 (UTC)Cavabla

  • BRA — FERREIRA Natasha
  • CHI — VARGAS LEY Mary Dee
  • CHN — GUO Zongying
  • COL — LASSO Erika
  • GAB — AYMARD Virginia
  • GER — MENZ Katharina
  • GUA — SOLIS Jacqueline
  • HKG — WONG Ka Lee
  • ISR — RISHONY Shira
  • KOR — LEE Hyekyeong
  • MLT — ESPOSITO Katryna
  • SLO — STANGAR Marusa
  • TUR — BEDER Tugce
  • VIE — HOANG Thi Tinh
Grenzsoldat, O problem deyil, həll edərəm, bu problemdir.--Kosmik Ozan utora! 18:39, 27 iyul 2024 (UTC)Cavabla
Bəy bir xahişim olacaq. Məqalənin adını dəyişən zaman mütləq o "səhifəyə keçidlər" bölməsində olan məqalələrdə də düzəliş edin. Onsuzda bir məqalə olacaq. Yoxsa qırmızılıqlar çıxacaq. Digər məsələni isə həll edirəm. Grenzsoldat 18:45, 27 iyul 2024 (UTC)Cavabla

Müzakirə gedən səhifənin silinməsi

[mənbəni redaktə et]

Salam. Bu səhifəni və bağlı olduğu faylı niyə silmisiniz? Müzakirə gedirdi axı, diqqətimdədir, daha sonra özüm uyğun addımı atacaqdım onsuz. Hörmətlə, Gadirmüzakirə 12:41, 5 avqust 2024 (UTC)Cavabla

Google Search ilə asanlıqla müəyyən etmək olur ki, foto şəxsin öz Facebook profilindən götürülüb. Şəkli yükləyən istifadəçi də Kanadada yaşayır. Faylda heç bir metaməlumat yoxdur. Nəyin müzakirəsi? Kosmik Ozan utora! 12:58, 5 avqust 2024 (UTC)Cavabla
Şəkli yükləyib bunu etdiniz? Mən də yoxladım, amma oxşar şəkillər gəldi, konkret bu şəkillə qarşılaşmadım. Bir də bəlkə icazə falan alınıb. Bunu qeyd etsəniz yaxşı olardı, ona görə başa düşmədim niyə sildiyinizi. Məqalədə qeyd edilən səbəb də əsassızdır, elə bu dediyiniz qeyd edilsə silinməsi üçün etibarlı səbəb olardı. Hörmətlə, Gadirmüzakirə 13:02, 5 avqust 2024 (UTC)Cavabla
Şəkil. Kosmik Ozan utora! 13:05, 5 avqust 2024 (UTC)Cavabla
Üzrlü sayın, internetim məhduddur deyə məndə bəzən xətalar olur, həmçinin Facebook-un nəticələri bəzən görünmür niyəsə. Hörmətlə, Gadirmüzakirə 13:06, 5 avqust 2024 (UTC)Cavabla

"Bilirsinizmi" ulduzu

[mənbəni redaktə et]
"Bilirsinizmi" ulduzu
Salam! Bu bölmənin inkişafı ilə bağlı göstərmiş olduğunuz təşəbbüslərə, həmçinin davamlılığı üçün göstərdiyiniz fəaliyyətə görə sizi bu ulduzla təltif edirəm. Uğurlar! Hörmətlə, Gadir (müzakirə) 12:22, 6 avqust 2024 (UTC)Cavabla
Mükafat üçün təşəkkür edirəm, @Gadir :) Kosmik Ozan utora! 12:23, 6 avqust 2024 (UTC)Cavabla

Yeni siyahı

[mənbəni redaktə et]

Salam bəy. Xoş gördük, axşamınız xeyir. Bir mövzu barədə məsləhət almaq qərarına gəldim. Bildiyiniz kimi, Azərbaycan qadın futbolçuların məqalələri üstündə bir müddətdir aktiv çalışıram. Bj çalışmalar fonunda, peşəkar qadın futbolçuların siyahısını yaratmışam.

Sualım nədir? Azərbaycan futbolçularının siyahısı olsa da, "Azərbaycan qadın futbolçularının siyahısı" adı altında yeni bir məqalə yaratmaq istəyirəm. Düşünürəm ki, qadın futbolu ilə kişi futbolu arasında fərq var, birlikdə olması yaxşı olmayacaq. Həmçinin o məqaləni "Kişi" və "Qadın" olaraq ikiyə bölməyə çalışsam da, gördün ki, məqalə quruluşca əlifba sırasına görədir. Bu hal məqalənin quruluşuna da təsir edəcək. Məsləhətiniz nədir? Çox sağolun Asif Məmmədov (müzakirə) 18:42, 6 avqust 2024 (UTC)Cavabla

Qadınlar üçün ayrı siyahı aça bilərsiz, problemli məsələ deyil. Kosmik Ozan utora! 19:26, 6 avqust 2024 (UTC)Cavabla
Buna da baxarsız
https://en.wikipedia.org/wiki/List_of_Azerbaijan_women%27s_international_footballersBikar müzakirə 19:29, 6 avqust 2024 (UTC)Cavabla
Mən bir şeyə fikir vermişəm ki, EnVikidə ancaq millidə çıxmış qadın futbolçuların siyahısı yaradılır. Kosmik Ozan utora! 19:34, 6 avqust 2024 (UTC)Cavabla
Mən uzun müddətdir siyahı yaradıram, orda əsas kriteriya kimi, peşəkar futbolçuları qeyd etmişəm. Kubok qazanmış, daha sonra karyerasını bitirmiş futbolçular var içində. Bəzilər Çempionlar Liqasında çıxış etmiş, bəziləri legioner həyatı yaşamışdır. Hörmətlə Asif Məmmədov (müzakirə) 03:32, 7 avqust 2024 (UTC)Cavabla

Q/E HƏRBÇİ məqaləsi 03

[mənbəni redaktə et]

Salam. Bu məqalələr (İlqar ZeynallıVüqar Sadıqov) VP:HƏRBÇİ şərtlərini ödəmir. Şəxslər rejimin pozulması nəticəsində həyatını itirib. Təltif olunduğu "Hərbi xidmətlərə görə" medalı da şəxsi ens etmir. Bu hərbi orden və medalların sıralanmasında Azərbaycanın sayca 9-cu nüfüzlu təltifidir. Grenzsoldat 09:15, 8 avqust 2024 (UTC)Cavabla

Azərbaycan mifologiyası

[mənbəni redaktə et]

Salam. Sizi "Azərbaycan mifologiyası" məqaləsinin qiymətləndirilməsində səs verməyə dəvət edirəm.--Abutalub (müzakirə) 10:54, 15 avqust 2024 (UTC)Cavabla

İstifadəçi səhifəsi ulduzu

[mənbəni redaktə et]
İstifadəçi səhifəsi ulduzu
Bu ulduz tərtib etdiyiniz maraqlı və orijinal istifadəçi səhifələrinizə görə təqdim olunur. Xeyli bəyəndim. Hörmətlə, Qədir (müzakirə) 13:42, 16 avqust 2024 (UTC)Cavabla
Təşəkkür edirəm :) Şiroi Akuma 17:43, 16 avqust 2024 (UTC)Cavabla

Xahiş

[mənbəni redaktə et]

Salam. İstifadəçi səhifənizin sitat bölməsindəki sitatların sayını artıra bilərsiniz? 😊😉😜😝 Hörmətlə, Qədir (müzakirə) 19:20, 19 avqust 2024 (UTC)Cavabla

Vaxtım olsa) Şiroi Akuma 22:08, 19 avqust 2024 (UTC)Cavabla

Dəvət

[mənbəni redaktə et]

Salam. Sizi tərtib etmiş olduğum Mustafa Fehmi KubilayMe at the zoo məqalələrinin status almaları ilə bağlı keçirilən müzakirələrdə iştirak etməyə dəvət edirəm. Əvvəlcədən diqqətiniz üçün təşəkkür edirəm. Hörmətlə, Qədir (müzakirə) 09:38, 23 avqust 2024 (UTC)Cavabla

Maltəpə Universiteti

[mənbəni redaktə et]

Salam. Zəhmət olmasa bu universitetin loqosunu yerləşdirərdiniz İlknurmaharramov (müzakirə) 15:01, 3 sentyabr 2024 (UTC)Cavabla

Xahiş edirəm İstanbul Kent Universitetinə də yükləyin. Bu universitet haqda məlumat olduqca azdır. Yeni məlumatlar əldə edəcəm. Zəhmət olmasa silməyin. İlknurmaharramov (müzakirə) 15:38, 3 sentyabr 2024 (UTC)Cavabla
Vikianbarda mövzular üzrə azad fayllar taparaq elə siz özünüz də müvafiq məqalələrə əlavə edə bilərsiniz. Azad olmayan (müəlliflik hüquqları ilə qorunan) loqoların yüklənilməsi üçün isə Vikipediya:Yükləmə müraciətləri səhifəsinə baş çəkə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 15:42, 3 sentyabr 2024 (UTC)Cavabla
@Gadir həmin səhifə ilə bağlı məlumatım var. Amma təəssüf ki, hələki necə istifadə etmək lazım olduğunu bilmirəm. Çox sağolun. İlknurmaharramov (müzakirə) 17:13, 3 sentyabr 2024 (UTC)Cavabla
İkisinə də loqo əlavə etdim. Şiroi Akuma 16:40, 3 sentyabr 2024 (UTC)Cavabla
@White Demon Çox sağolun. İlknurmaharramov (müzakirə) 17:13, 3 sentyabr 2024 (UTC)Cavabla

Ədalət Nişanı

[mənbəni redaktə et]
Ədalət Nişanı
Hörmətli, White Demon! 2024-cü ilin iyunundan Azərbaycan dilli Vikipediyada q/e məqalələrin təmizlənməsi prosesi çərçivəsində qərəzsiz və vicdanlı olaraq göstərdiyiniz mövqeyə, əsas da prinsipiallığa, bütün təyziq və təhdidlərə rəğmən qaydaları və qanunları hər şeydən üstün tutub, ədalətli qərarların verilməsin rol alıb, problemli və mübahisəli məsələlərə son nöqteyi qoymaq istiqamətində ortaya qoyduğunuz əziyyəti qiymətləndirib, sizi Ədalət Nişanı ilə təltif edirəm. Bundan sonra da qərarların verilməsi zamanı qaydaları və qanunları hər şeydən üstün tutacağınıza inanıram. Hörmətlə: Grenzsoldat 19:25, 10 sentyabr 2024 (UTC)Cavabla
Təşəkkür edirəm, @Grenzsoldat, ulduz üçün. Şiroi Akuma 19:34, 10 sentyabr 2024 (UTC)Cavabla

Dəvət

[mənbəni redaktə et]

Salam. Sizi tərtib etmiş olduğum Ülviyyə Sultan məqaləsinin status alması ilə bağlı keçirilən müzakirədə iştirak etməyə dəvət edirəm. Əvvəlcədən diqqətiniz üçün təşəkkür edirəm. Hörmətlə, Qədir (müzakirə) 10:36, 16 sentyabr 2024 (UTC)Cavabla

Şablon

[mənbəni redaktə et]

Salamlar hörmətli həmkar bu şablonun Şablon:Azərbaycan Basketbol Liqası yenisini öz qaralama bölməmdə yaratmışam. Sizin şablonu silib onu əlavə etməliyəm yoxsa yeni bir bölmə yaratmalıyam. Hörmətlə: Orucov Əvəz 13:43, 17 sentyabr 2024 (UTC)Cavabla

Salam. Elə həmin şablonun yerinə qoymaq olar, yenisini yaratmağa ehtiyac yoxdu. Bəs edir. Şiroi Akuma 15:56, 17 sentyabr 2024 (UTC)Cavabla

Baki Qiz Qalasi ahqqinda Zardust efsaneleri

[mənbəni redaktə et]

Salam, cox teesuf oldum ki siz Azerbaycan Heydar Aliyev Fondun IRS-Heritage Jurnalinda derc olunmus Bakinin Qiz Qalasina aid Zardust Efsaneleri legv etmisiniz. Siz Heydar Aliyev fondunun Jurnalinin nezere almirsiniz be hesab etmirsiniz? Xahis ederdim ki siz bura baxiniz: https://irs-az.com/sites/default/files/2023-09/Heritage_55_2023%20%28small%29%20copy%204.pdf Siz gerursunuz bu Heydar Aliyev Fondunun resmi jurnalinda derc olunib ve nehayet ABS-da https://www.obscurehistories.org/post/baku-s-maiden-tower-zoroastrian-legends-architectural-mysteries derc olunmusdur. Sizi xahis ederdim efsaneleri tekste gaytarasiniz cunku bu Bakinin gedim tarixini subut edir ve bizim oxuyunlara maraqli olardi bu efsanelernen Azerbaycan dilinde de tanis olmaq. Hermetle,... Azerbaycanli 2607:FEA8:7C0:9D0:60D0:25DF:732:80E7 19:31, 18 sentyabr 2024 (UTC)Cavabla

Həmin məlumatların səhv olduğunu iddia etməmişəm. Sadəcə məlumatlar doğru formada daxil edilməyib. Əvvəla üslub doğru deyil, vikipediyada mətn ensiklopedik üslubda yazılmalıdır. "Maraqlıdır ki", "həqiqətən də" kimi sözlərdən istifadə olunmamalıdır, sual cümlələri daxil edilməməlidir. Bədiilik olmamalıdır. İkincisi də həmin bölməyə bütün əfsanələri daxil etmək lazım deyil. Həmin Mifologiya və əfsanələr bölməsində Qız qalası ilə bağlı əfsanələrin xülasəsi verilsə kifayətdir, bütün əfsanələri sadalamağa ehtiyac yoxdur. Şiroi Akuma 20:03, 18 sentyabr 2024 (UTC)Cavabla
Cox sagolun. Men Azerbaycan metnine birde baxaram ve siz deyen qaydalara uygun edecem. Bir de sizi tessekur edirem. Hermetle, Azerbaylanli 2607:FEA8:531C:7F00:F523:EAF8:F4AF:704E 12:09, 19 sentyabr 2024 (UTC)Cavabla
Salam, men Siz deyen kimi eledim. Qissa zardust efsaneler haqqinda melumat verdim ve original megaliye link elave eledim. Bir de Xarici menbelere kecidde orda da original megalelere linkleri elave etdim. Eger Siz redakte etmek isteyirsiniz men cox memnun olardim. Hormetle, Azerbaicanli 2607:FEA8:7C0:9D0:2372:BD9B:C712:628E 20:20, 19 sentyabr 2024 (UTC)Cavabla
Cox cetinlikle linkleri elave ledim, deyese.. Xahis ederdim Sizi birde baxasiniz... Azerbaycanli 2607:FEA8:7C0:9D0:2372:BD9B:C712:628E 21:23, 19 sentyabr 2024 (UTC)Cavabla

Bu ulduz sizin üçün!

[mənbəni redaktə et]
Ədalətlilik ulduzu
Vikipediyada heç kimin təsiri altına düşmədən göstərdiyiniz fəaliyyətə, azad fikirlərinizə və obyektiv-qərəzsiz mövqeyinizə görə! Hörmətlə, Qədir (müzakirə) 18:39, 21 sentyabr 2024 (UTC)Cavabla
Təşəkkür edirəm ulduz üçün :) Şiroi Akuma 21:41, 21 sentyabr 2024 (UTC)Cavabla

Keçidlər

[mənbəni redaktə et]

Salam. Zəhmət olmasa yönləndirməli müzakirə səhifələrini siləndə keçidləri də düzəldin, ya da keçidlər qalsın, nə zərəri var ki? Hörmətlə, Qədir (müzakirə) 17:03, 25 sentyabr 2024 (UTC)Cavabla

Müzakirələrdəki keçidləri dəyişmək doğru deyil. Şiroi Akuma 17:05, 25 sentyabr 2024 (UTC)Cavabla
Onda silməyin də :) Amma bir dəfə etmişdiz, etməyib siləndə də qırmızı keçidlər yaranır müzakirələrdə. Silməyin nə mənası var ki? Hörmətlə, Qədir (müzakirə) 17:13, 25 sentyabr 2024 (UTC)Cavabla

Eyni ad-soyadlılar

[mənbəni redaktə et]

Salam. Eyni ad-soyadlılar bölməsini əlifba sırası üzrə bir-bir səliqəyə salırdım. Zemfira Quliyeva - bu hissədə 2 məqalədən biri budur - Zemfira Quliyeva (pediatr). Açıq aydın VP:ŞEƏ şərtlərini ödəmir. Dosentdir sadəcə. Sürətli silinməyə uyğundur? Vaxt itgisi olmasın deyə. Grenzsoldat 19:28, 27 sentyabr 2024 (UTC)Cavabla

Ancaq SNS ilə qərar verilə bilər. Şiroi Akuma 19:29, 27 sentyabr 2024 (UTC)Cavabla
Tamam. Grenzsoldat 19:30, 27 sentyabr 2024 (UTC)Cavabla

Vandalizm

[mənbəni redaktə et]
Salam, @White Demon
@Snellmeister adlı istifadəçi (İstifadəçi:Gustav von Havsörn) vandalizmla məşğuldur.
Mən bunu burada gördümredaktəni geri qaytardım, yalnız məlumatınız və gələcək müşahidələriniz üçün.
Mamed077 (müzakirə) 05:06, 1 oktyabr 2024 (UTC)Cavabla
Həmin redaktəni həmin istifadəçi etməyib, hansısa IP edib. Şiroi Akuma 05:10, 1 oktyabr 2024 (UTC)Cavabla
@Şiroi, cox sag olun, baxiram tarixe/
+ burda vandalism
+ IP
Xüsusi:Töhfələr/82.194.13.40
zəhmət olmasa müvafiq tədbir görəsiniz. Keçmişdə də görünür bu cür şeylər olub, bu səhifədəki redaktələri yoxlayın zehmet olmasa Mamed077 (müzakirə) 05:16, 1 oktyabr 2024 (UTC)Cavabla
Cəmi 1-2 redaktəyə görə adətən IP bloklamırlar. Şiroi Akuma 05:58, 1 oktyabr 2024 (UTC)Cavabla
@White Demon
çox sağ ol, başa düşdüm Mamed077 (müzakirə) 08:07, 1 oktyabr 2024 (UTC)Cavabla

Kategoriya

[mənbəni redaktə et]

cin kateqoriyalarına ehtiyac var. @White Demon məqaləyə çin-dən çox çin ədəbiyyatı kateqoriya lazımdır. zəhmət olmasa yarada bilərsiniz? Mamed077 (müzakirə) 05:30, 1 oktyabr 2024 (UTC)Cavabla

"Çin ədəbiyyatı" kateqoriyası onsuz da var. Şiroi Akuma 05:57, 1 oktyabr 2024 (UTC)Cavabla
çox sağ olun, başa düşdüm. ilk dəfədən görünmürdü. sənə uğurlar@White Demon. Mamed077 (müzakirə) 08:08, 1 oktyabr 2024 (UTC)Cavabla
dear @White Demon. Bu kategoriyaya ehtiyac var. (Hazırda 3 səhifə hazırdır və daha çoxu gələcək.). Efiopia --> Efiopiya mətbəxi. Kateqoriya:Efiopiya altinda. Efiopiya mətbəxi. zəhmət olmasa yarada bilərsiniz? Mamed077 (müzakirə) 08:39, 12 oktyabr 2024 (UTC)Cavabla
✅Y Şiroi Akuma 14:00, 12 oktyabr 2024 (UTC)Cavabla
appreciated in advance! Mamed077 (müzakirə) 06:57, 13 oktyabr 2024 (UTC)Cavabla

Avstralopitek VS Avstrolopitek

[mənbəni redaktə et]

salam. Burda + Burda. məncə orfoqrafik səhv var. Avstralopitek düzgün yazılışdır. britannica. Mamed077 (müzakirə) 06:16, 4 oktyabr 2024 (UTC)Cavabla

Onsuz da elə yazılmayıb ki? Şiroi Akuma 08:09, 4 oktyabr 2024 (UTC)Cavabla
Avstralopitek "A" - Correct
Avstrolopitek "O" - Incorrect
link sehv idi duzeltdim,
burda ==> Avstrolopitek Mamed077 (müzakirə) 13:37, 4 oktyabr 2024 (UTC)Cavabla
Təkrar yaradılmış məqalədir, istiqamətləndirmə etdim. Şiroi Akuma 01:20, 5 oktyabr 2024 (UTC)Cavabla

Results from the survey about the tools on Wikimedia projects by the CEE Hub

[mənbəni redaktə et]

Hi everyone,

During August 2024, we sent you a survey about the tools, so now we would like to bring to your attention the conclusions and results from the survey, which you can explore on this Meta page.

I hope you will enjoy exploring the mentioned tools on the page, along with other conclusions from the survey. Thanks for your time, and we will continue working on this important topic. --MediaWiki message delivery (müzakirə) 12:09, 7 oktyabr 2024 (UTC)Cavabla

Request writing about Isabelle de Charrière (Q123386)

[mənbəni redaktə et]

Hello White Demon, Would you like to write about Isabelle de Charrière (Q123386) for AZ Wikipedia? It would be appreciated if it would be done. Boss-well63 (müzakirə) 20:15, 11 oktyabr 2024 (UTC)Cavabla

Hello. Can I know why specifically about her? Şiroi Akuma 20:21, 11 oktyabr 2024 (UTC)Cavabla
White Demon, She was a female writer, also about French revolution. Boss-well63 (müzakirə) 19:24, 12 oktyabr 2024 (UTC)Cavabla

Franşiza

[mənbəni redaktə et]

Buradaburada "franşiz" qeyd etmisiniz. "Franşiza" olmalıdır.: [1], [2]. Hörmətlə, Qədir (müzakirə) 11:18, 13 oktyabr 2024 (UTC)Cavabla

Etirazım yoxdur, dəyişə bilərsən. Şiroi Akuma 11:20, 13 oktyabr 2024 (UTC)Cavabla

Mirağa Qafarov əhli-beytə qarşı vandalizm edir

[mənbəni redaktə et]

Salam əziz inzibatçı

Mirağa Qafarov adlı istifadəçi heç bir səbəbi olmayaraq əhli-beytə aid məlumatları silir, vandallıq edir. Zəhmət olmazsa, bu istifadəçini blok edin. 5.44.35.229 03:01, 23 oktyabr 2024 (UTC)Cavabla

Xahiş

[mənbəni redaktə et]

Salam hörmətli həmkar @White Demon. Necəsiniz? Yazdığım City Hunter məqaləsinin üzərində bir qədər dəyişikliklər etdim. İmkan olarsa, onu qaralamadan çıxarda bilərsiniz zəhmət olmasa? Mən onsuzda onun üzərində işləyəcəkdim. Birdə manqa çap şablonunun üzərində işləmək olmur. Nəyə görə? Hörmətlə Tarixçi (müzakirə) 09:39, 31 oktyabr 2024 (UTC)Cavabla

Salam. Manqa və anime adları dilimizə tərcümə olunmur. Yapon adları üçün {{nihonqo}} şablonundan istifadə etmək lazımdır. {{Animanqa/Son}} şablonu axırda göstərilməlidir ki, çap şablonu da doğru işləsin. Transliterasiyaya fikir vermək lazımdır. Tsukasa Hoco olmalıdır, Çukasa Hodze yox. Jurnal və şirkət adları dırnaq içərisində yazılır. Məqaləyə kateqoriyalar əlavə etmək lazımdır. Şiroi Akuma 14:39, 31 oktyabr 2024 (UTC)Cavabla

VP:BN

[mənbəni redaktə et]

Salam. Deyəsən arxivləşdirmə edəndə faylları çıxarırsan, məncə, qalması da pis olmaz. Hörmətlə, Qədir (müzakirə) 08:19, 3 noyabr 2024 (UTC)Cavabla

Bu arada, buraxılışları hazırlayanda {{BB müzakirə}} (boş səhifə üçün) və {{BB müzakirə2}} (artıq digər şablonlar yerləşdirilmiş və "müzakirə" şablonu göründüyü səhifələr üçün) şablonlarından istifadə etməyi də unutma. Hörmətlə, Qədir (müzakirə) 08:31, 3 noyabr 2024 (UTC)Cavabla
Salam. Arxivləşdirmə edəndə faylları çıxartdığım yadımda deyil. Etmişəmsə də, yəqin səhvən etmişəm. Unkillable Demon King 13:25, 3 noyabr 2024 (UTC)Cavabla
Tamam. VP:ADM-də iştirak etdiyin müzakirələrə yekun vura bilərsən? Hörmətlə, Qədir (müzakirə) 14:18, 3 noyabr 2024 (UTC)Cavabla