Uşaqlıq borusu
Uşaqlıq (Fallop) borusu | |
---|---|
Latınca | Tuba uterina |
Yunanca | Salpinx |
Qrey | subyekt 267 1257 |
Sistem | Sidik-cinsiyyət - lat. Systema urogenitale - BNA |
Üzv | Qadın cinsiyyət - lat. Organa genitalia feminina |
Arteriya | Yumurtalıq və uşaqlıq arteriyalarının lat. rami tubari adlı şaxələri |
Vena | Uşaqlıq kələfinə və yumurtalıq venasına daşınır |
Limfa | Daxili qalça və bel limfa düyünlərinə açılır |
Embrional | Müller axacağı - lat. ductus Mülleri |
MeSH | Fallopian+Tubes |
Dorlands/Elsevier | 12827008 |
Vikianbarda əlaqəli mediafayllar |
Uşaqlıq (ya Fallop) borusu (lat. tuba uterina; tuba uterina fallopii - BNA, yun. salpinx) silindrəbənzər uzun boru şəklində cüt üzvlərdən olub, uşaqlığın yan tərəfində, enli bağın yuxarı kənarında yerləşmişdir. Böyüklərdə uzunluğu 6 sm-dən 20 sm-dək olur. Sağ boru sol borudan bir qədər uzun olur. Uşaqlıq borusu dörd hissədən ibarətdir; 1) uşaqlıq borusu boşazı — lat. isthmus tubae uterinae, 2) uşaqlıq borusu ampulu (pars ampularis)- 3) interstisial və ya uşaqlıq (pars interstisialis tubae)ən dar hissə. 4)qif (infundibulum tubae)ən distal və ən geniş hissə . Uşaqlıq borusu boğazı qısadır (təxminən 3–6 sm uzunluğundadır), uşaqlığın cismi ilə dibi arasında yan kənarından başlayaraq bayır tərəfə gedir və uşaqlıq borusu ampuluna keçir. Uşaqlıq borusu ampulu boğazdan uzundur (təxminən 8 sm uzunluğundadır), diametri böyük (6–8 mm), divarları nazik, gedişi qıvrım və özü də yumurtalığa yaxındır.
Uşaqlıq borusu 1mm diametrində dəlik (ağız) — lat. ostium uterinum tubae vasitəsilə uşaqlıq boşluğunun yuxarı və bayır buçağından başlayaraq uşaqlığın divarını dəlir və xaricə çıxır; bunun uşaqlıq divarında olan hissəsi lat. pars uterina adlanır və uşaqlıq əzələlərindən ayrılır. Uşaqlıq borusu ampulu yumurtalıq yaxınlığında genələrək uşaqlıq doeusu qıfını — lat. infundibulum tubae uterinae vasitəsilə periton boşluğuna aşılır. Bu dəiyin diametri 2 mm-ə bərabərdir. Uşaqlıq borusu qıfının kənarları boru saçaqları — lat. fibriae tubae adlanan bir çox çıxıntılara bölünmüşdür. Bu saçaqlardan biri çox uzundur (təxminən 3 sm) və yumurtalığa çardığı üçün lat. fibria ovarca adlanır. Bəzən boru saçaqlarının üzərində qovuqcuqlu artımlar — lat. appendicesvesiculosi təsadüf olunur.
Divarı
[redaktə | mənbəni redaktə et]Uşaqlıq borusunun quruluşuna gəldikdə bir neçə qişadan təşkil olunduğunu görürük: selikli qişa, selikaltı qat, əzələ qişası, serozaltı qat və seroz qişa.
Selikli qişa və selialtı qat
[redaktə | mənbəni redaktə et]Selikli qişa — lat. tunica mucosa birqatlı kubabənzər və ya silindrəbənzər epitel ilə örtülüdür, bunların çoxlarının üzərində kirpiklər vardır və bukirpiklərin ehtizazı uşaqlığa doğrudur. Bəzi hüceyrələrin kirpikləri yoxdur və bunlar seliyəbənzər maye ifraz edir. Selikli qişa artıq miqdarda büküşlər — lat. plicae tubarae əmələ gətirir; bunların çoxusu ampul nahiyyəsindədir; istiqamətləri boğaza tərəfdir.
Selialtı qat — lat. tela submucosa lifli birləşdirici toxumadan təşkil olunmuşdur və selikli qişanşn əzələ qatına söykənmişdir.
Əzələ qişası
[redaktə | mənbəni redaktə et]Əzələ qişası — lat. tunica muscularis saya əzələ liflərindən təşkil olunmuş daxili həlqəvi — lat. stratum circularae və xarici boylama qatdan — lat. stratum longitudunale ibarətdir. boylama qat həlqəvi qatdan nazikdir. Ümumiyyətlə, ampul hissəsində əzələ qişası boğaz nahiyəsindəkindən nazikdir.
Seroz qişa və serozaltı qat
[redaktə | mənbəni redaktə et]Seroz qişa — lat. tunica serosa qalın serozaltı qat — lat. tela subserosa vasitəsilə əzələ qişası ilə zəif rabitədədir. serozaltı qat kövşək hüceyrəli toxumadan təşkil olunmuşdur; borunun uclarında, bir qat lifli birləşdirici toxumaya keçdiyi üçün seroz qişa əzələ qişası ilə sıx rabitədədir. Yuxarıda qeyd olunduğu kimi, uşaqlıq borusunun qarın ağzı (lat. ostium abdominale tubae) periton boşluğuna açılır, buna görə uşaqlıq yolu və xarici cinsiyyət üzvləri vasitəsilə xarici mühit ilə birləşir.
Uşaqlıq boruları intraperitoneal üzvlərdən olub uşaqlığın enli bağının yuxarısında yerləşmişdir, gedişləri qıvrımdır və özləri də artıq dərəcədə hərəkətli oluqları üçün yerlərini tez-tez dəyişirlər. Uşaqlığın yerdəyişməsi və ya həcmi, boruların vəziyyətinə olduqca təsir edir. Uşaqlığın enli bağının boruya yaxın hissəsinə boru çözü — lat. mesosalpinx deyilir. Bunu təşkil edən periton səfhələrii arası ilə boruya qan damarları və sinirlər gedir.
Uşaqlıq yolunun yaş xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Yenodoğulmuş qızların uşaqlıq boruları tamamilə qıvrım olur; ancaq böyüdükcə boğaz düzlənir; uşaqlarda saçaqlar zəif inkişafetmiş olur. Qoca qadınlarda saçaqlar və qıf süstləşir, borunun divarları nazikləşir, özü də düzlənir, selikli qişa büküşləri hamarlaşır, epitel hüceyrələr yastılaşır və bəzi nahiyələrdə itir və borunun qarın dəliyi tutulur.
Vaskulyarizasiya və innervasiyası
[redaktə | mənbəni redaktə et]Uşaqlıq borusu öz arteriyalarını yumurtalıq və uşaqlıq arteriyalarından alır; bunlar (lat. rami tubarii) boru müsariqəsi içərisi ilə boruya doğru gedərək onun qişalarında şaxələnir və tor əmələ gətirirlər.
Venoz qan eyni adlı venalar vasitəsilə uşaqlıq kələfinə və yumurtalıq venasına daşınır.
Limfa damarları yumurtalığın eyni damarları ilə bərabər gedərək daxili qalça və bel limfa düyünlərinə açılır.
Uşaqlıq borusu sinirlərinin lat. plexus ovaricus et uterovaginalis adlanan kələflərdən alır.
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
- Anatomy: Embryologie [ölü keçid]