Qadın sidik kanalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Qadın sidik kanalı (lat. urethra feminina) — qadın orqanizmində sidiyi xaric etmək funksiyası yerinə yetirən sadə quruluşa malik borulu orqan.

Qadın sidik kanalının uzunluğu 2.5–4 sm, diametri 8–12 mm-dir. Qadın sidik kanalının daxili dəliyi (lat. ostium urethrae internum) sidiklikdən başlayır, xarici dəliyi (lat. ostium urethrae externum) uşaqlıq yolu dəhlizinə açılır. Sidik kanalının selikli və əzələ qişaları vardır. Kanalın selikli qişasında boylama büküşlər və vəzilər yerləşir. Onun arxa divarındakı boylama büküş daraq şəklindədir və sidik kanalı darağı (lat. crista urethralis) adlanır. Əzələ qişası daxili boylama və xarici dairəvi qatlardan ibarətdir. Dairəvi qat daxili dəlik nahiyəsində sidikliyin əzələsinə bitişir. Sidik kanalının daxili dəliyi sidikliyin həlqəvi əzələ qatından əmələ gəlmiş büzücü əzələ (lat. m. sphincter vesicae) ilə əhatə olunmuşdur. Bu əzələ cizgisiz (saya) əzələ toxumasından təşkil olunmuşdur və qeyri-iradidir. Qadın sidik kanalının sidik-cinsiyyət diafraqmasından keçən yerində cizgili (eninəzolaqlı) əzələ toxumasından təşkil olmuş, aralıq əzələlərindən olan sfinkter – sidik kanalını büzən əzələ (lat. m. sphincter urethrae) yerləşir.[1]

Yaş xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Yenidoğulmuş qızlarda sidik kanalının uzunluğu 0.8–1 sm-ə qədərdir. 13 yaşlı qızlarda tam formalaşır, 16 yaşlı qızlarda sidik kanalının uzunluğu orta hesabla 3.3–4 sm-ə qədərdir.[2]

Xəstəlikləri

[redaktə | mənbəni redaktə et]

Sidik kanalının iltihabına uretrit deyilir.[2]

  1. "İnsan anatomiyası" (3 cilddə, II cild), V. B. Şadlinski; N. T. Mövsümov; Ş. İ. Qasımov; E. Ə. Xıdırov; S. V. Şadlinskaya. "Müəllim" Nəşriyyatı, Bakı, 2020. Səhifə 122.
  2. 1 2 "İnsan anatomiyası" (3 cilddə, II cild), V. B. Şadlinski; N. T. Mövsümov; Ş. İ. Qasımov; E. Ə. Xıdırov; S. V. Şadlinskaya. "Müəllim" Nəşriyyatı, Bakı, 2020. Səhifə 125.

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]