39°35′48″ şm. e. 48°59′01″ ş. u.HGYO

Salyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Salyan şəhəri haqqındadır. Salyan rayonu üçün Salyan rayonu səhifəsinə baxın.
Şəhər
Salyan
39°35′48″ şm. e. 48°59′01″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü −19 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 30.396 nəf. (1989)[2]
Xəritəni göstər/gizlə
Salyan xəritədə
Salyan
Salyan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SalyanAzərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır.[3]

Tarixən monqollar Salyan şəhərini monqol dilində "Dalan-Navur" adlandırmışdır.[4]

Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi.

Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rudbari tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rudbarini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.[5]

1729–1782-ci illərdə Salyan sultanlığının paytaxtı olub.

1799-cu ildə Şamaxı xanı Mustafa xan Salyanı ələ keçirdi və ona naib təyin etdi.[6]

1916-cı ildən Salyan Bakı quberniyasının Cavad qəzası inzibati mərkəzi olmuşdur. 1916-cı ildə ona şəhər statusu verilmişdir.[7]

1929–1930-cu illərdə — Muğan dairəsinin mərkəzi, 1930-cu ildən Salyan şəhəri Salyan rayonunun inzibati mərkəzidir.

Salyan şəhəri əhalisinin milli tərkibi
Etnik qrup Sayı, 1939 sa.[8] Nisbəti, 1939 sa.[8]
toplam 13 554 100 %
Azərbaycan türkləri 11 568 85.3 %
rus 1 644 12.1 %
ukraynalı 86 0.6 %
alman 74 0.5 %
erməni 56 0.4 %
yəhudi 20 0.2 %
ləzgi 8 0.1 %
gürcü 8 0.1 %
talış 1 0.1 %
digər 89 0.6 %

Tanınmış sakinləri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 GEOnet Names Server. 2018.
  2. SSRİ əhalisinin siyahıya alınması (1989).
  3. Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
  4. Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh 538. (İstinad səhifəsi 254)
  5. "Комментарии к тексту". 2021-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-10.
  6. C.M.Mustafayev. "AZƏRBAYCANIN ŞİMALİ XANLIQLARI VƏ RUSİYA (XVIII əsrin sonu - XIX əsrin əvvəlləri), Səh. 20" (PDF). 1989. 2019-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-07-08.
  7. İnzibati-ərazi vahidləri 150 стр.
  8. 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Сальянский район (1939 г.) Arxivləşdirilib 2022-09-28 at the Wayback Machine