Mailə Muradxanlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mailə Muradxanlı
Mailə Balabəy qızı Muradxanlı
Doğum adı Mailə Muradxanova
Doğum tarixi
Doğum yeri Salyan, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi kəskin leykoz (qan xərçəngi)
Təhsili
Fəaliyyəti jurnalist
Mükafatları "Azərbaycan SSR əməkdar jurnalisti" fəxri adı — 1989"Qızıl qələm" mükafatı — 1967
"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Mailə Muradxanlı (tam adı: Muradxanova Mailə Balabəy qızı; 22 oktyabr 1940, Salyan, Salyan rayonu12 iyun 2010, Bakı) — tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1965), Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar jurnalisti (1989).

Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirmişdir (1947-1957). ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirmişdir (1957-1962). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış, redaktor (1962-1967), ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləmiş (1972-1994), televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor olmuşdur (1994-2010).

Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olmuşdur (1962). "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış etmişdir. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulmuşdur (1990). Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilmişdir. Ruscadan Azərbaycan dilinə tərcümə olunmuş yüzdən artıq filmin sinxron mətninin müəllifidir. Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə bir neçə pyesi Azərbaycan dilinə çevirmişdir. Azərbaycan radiosunda "Sənətkarlar öz qəhrəmanların arasında" silsilə verilişlərin və həftəlik əyləncəli "Sabahınız xeyir" proqramının ssenari müəllifi olmuşdur. Azərbaycan Jurnalistlər Birliyi İdarə Heyətinın üzvü seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsində çalışmışdır (1990-2010). Jurnalistlər heyətinin tərkibində Suriya, Livan (1972), Yunanıstan (1975), Türkiyədə (1980) olmuşdur. Azərbaycan Qadınlar Cəmiyyəti nümayəndələri tərkibində Türkiyədə (1992), İranda (1992) olmuşdur. İstanbulda keçirilən I Azərbaycan konqresində iştirak etmişdir (1990).

Məşhur telejurnalist, "Bakıfilm" kinostudiyasının baş redaktoru, ANS-in "Zərif çərşənbə" verlişinin aparıcısı olan respublikanın əməkdar jurnalisti Mailə Muradxanlı 12 iyun 2010-cu ildə vəfat etmişdir[1][2].

  • "V.İ.Leninin anadan olmasının yüz illiyi" medalı (1970);
  • Monqolustan Böyük Xalq Xuralının "Dostluq" (1984) medalı.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]

(rus dilindən)

  1. Enoraud. Uçan boşqablar əhvalatı. Bakı: Gənclik, 1982, 245 səh.
  2. Donat Şayner. Dəcəl. Bakı: Gənclik, 1983, 135 səh.
  3. Paul Maar. Bir həftənin yeddi şənbəsi. Bakı: Gənclik, 1985, 113 səh.
  4. A.İmermanis, Q.Sirulis. "Tabaqo" səmtini dəyişir. Bakı: Gənclik, 1986, 305 səh.
  1. Bağdada putyovka var... (film, 2000)
  2. Bizim qəribə taleyimiz (film, 2005)
  3. Gəl qohum olaq (film, 2001)
  4. Gəlinlər (film, 2002)
  5. Qaydasız döyüş (film, 2009)
  6. "Qayınana" əməliyyatı (film, 1999)
  7. Qeybdən gələn səs (film, 2002)
  8. Qızlar (film, 2007)
  9. Manqurt (film, 2003)
  10. Məhv olmuş gündəliklər (film, 1999)
  11. Mən sənin dayınam (film, 2001)
  12. Mikayıl Abdullayev (film, 1972)
  13. Münəccimin şagirdi (film, 1983)
  14. Sən həmişə bizimləsən (film, 1997)
  15. Son arzu (film, 2003)
  16. Sonuncu şahid (film, 2004)
  17. Şans (film, 2004)
  18. Şirin bülbül (film, 2000)
  19. Tənha durna uçuşu (film, 2003)
  20. Tərlan Musayeva (film, 1980)
  21. Təzə evlənənlər üçün çətir (film, 1986) (Azərbaycan dilinə tərcümə)
  22. Yaddaş (film, 2010)
  23. Yeni həyat (film, 2005)
  1. Tanınmış telejurnalist Mailə Muradxanlı vəfat edib[ölü keçid]
  2. "2010-2011-ci illərdə dünyasını dəyişən kino işçiləri". Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.