Kürsəngi
Kürsəngi | |
---|---|
39°46′51″ şm. e. 49°07′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Kürsəngi — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]Kəndin ərazisində Kürsəngi dağı yerləşirki, burada da "Kürsəngi palçıq vulkanı" və "Kürsəngi küp qəbirlər nekropolu" yerləşir. Kürsəngi yatağıda bu ərazidə yerləşir.
Keçən əsrin ortalarında 1 №-li sovxozun 3 №-li Şöbəsinin malikanəsi yanında salınmış qəsəbə 1965-ci ildən yaxınlığındakı Kürsəngi dağının adı ilə adlandırılmışdır. Adının etimologiyasına dair bir çox nəzəriyylər vardır: Kürün səngidiyi yer olaraq- Kürsəngi; Kür və səng (farsca: daş, qaya) Kürsəngi-Kürdaşı olaraq və s. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Salyan rayonunun Kürsəngi qəsəbəsi Varlı kənd sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Kürsəngi kənd soveti yaradılmışdır.[1]
Dağ və kəndin ərazisi keçmişdə maldar ellərin qışlaq yeri olmuşdur.[2]
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kürsəngi kəndi Cənub-Şərqi Şirvan düzündə yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənd ərazisində təxminən 4000 nəfər əhali yaşayır.
Görkəmli şəxslər:
[redaktə | mənbəni redaktə et]- Əlipənah Bayramov – Jurnalist, "Xalq qəzeti"-nin keçmiş şöbə müdiri, "Əməkdar mədəniyyət işçisi".[3]
Din
[redaktə | mənbəni redaktə et]Kənddə "Hacı Səftər" məscidi dini icması fəaliyyət göstərir.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
- ↑ Kürsəngi // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az (az.). Archived from the original on 2022-09-28. İstifadə tarixi: 2023-03-13.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR — 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- http://www.azerbaijanphoto.com/cgi-bin/site/main2.cgi?choice=thelast;l=0;id=27352;s=3857 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Kürsəngi küp qəbirləri nekropolu
Salyan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |