Qoytul
Qoytul | |
---|---|
40°20′11″ şm. e. 44°09′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.680 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 0208 |
Qoytul — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd.[1][2][3][4]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 13 km şimal-qərbdə yerləşir. Kəndin digər adı "Qoytur"dur[5]. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[6]. Kəndin adı eyni zamanda Quytul formasında qeyd edilir[7]. Kəndin ərazisində III–V əsrlərə aid azərbaycanlıların həyatı ilə bağlı tarixi abidələr var.
Toponimi
[redaktə | mənbəni redaktə et]1727-ci ilə aid mənbədə Qutyol kimidir[8] Mənbədə kənddə 6 müsəlman (azərbaycanlı) ailəsinin yaşadığı qeyd olunur. XIX əsrin 70-ci illərində kənddə ermənilər də məskunlaşmış, sonra azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1987-ci ildə kənd ermənicə Qetapı adlandırılmışdır. Türk dillərində qiytul "düşərgə" sözündəndir. Toponim Azərbaycan dilində "çuxur, çökək, dərin yer" mənasında işlənən quytul sözü[9] əsasında əmələ gəlmişdir. Qoytul quytul sözünün fonetik variantıdır. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1831-ci ildə 28 nəfər, 1873-cü ildə 203 nəfər, 1886-cı ildə 273 nəfər, 1897-ci ildə 351 nəfər, 1908-ci ildə 210 nəfər, 1914-cü ildə 213 nəfər, 1916-cı ildə 390 nəfər yalnız azərbaycanlı yaşamışdır[10]. 1919-cu ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir[11]. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar öz doğma ocaqlarına dönə bilmişlər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 15 nəfər azərbaycanlı yaşamışdır[12]. 1924–25-ci illərdə onlar yenidən qovulmuşdur. İndi ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- ↑ Петрушевский И.П. Очерки по истории феодальных отношений Азербайджана и Армении в ХVI — начале ХIХ вв. Л., 1949.
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гојтул // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 233.
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.22
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.138
- ↑ История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.221
- ↑ Naxçıvan sancağının müfəssəl dəftəri (27 avqust 1727). Giriş və tərcümənin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 1997.
- ↑ Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, "Elm", 1966. s.123
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.22–23, 106–107
- ↑ История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.221
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.106–107