Mirzə Əbutalib Zəncani
Mirzə Əbutalib Zəncani | |
---|---|
Seyid Fəxrəddin Məhəmməd Əbutalib Musəvi Zəncani | |
Doğum tarixi | |
Doğum yeri | Zəncan |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Tehran |
Dəfn yeri | Məşhəd |
Atası | Mirzə Əbülqasim Zəncani |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Hüquqşünas və şiə alimi |
Mirzə Əbutalib Zəncani (fars. میرزا ابوطالب زنجانی) — hüquqşünas və şiə alimi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mirzə Əbutalib Zəncani 10 dekabr 1843-cü ildə Zəncanda dünyaya gəlmişdir. Səfəvilər dövründən onun ata tərəfindən olan əcdadları Zəncan şəhərinin münsif və mərcə alimlərindən idilər. O, Zəncanda təhsilə başlamış, sonra Qəzvin və Nəcəfdə təhsilini Şeyx Mürtəza Ənsari, Şeyx Razi və Seyid Hüseyn Kuhkəməri Təbrizinin yanında davam etdirimişdir. 40 yaşında İrana qayıtmış və Tehranda məskunlaşmışdır. Seyid Hüseyn Kuhkəməri Təbrizinin tanınmış şagirdi olaraq, kargüzarlıq dairələrinin mərkəzində olmuşdur.[1] Vaxtının çoxunu dərs deməyə və dini kitablar yazmağa həsr etmişdir. Əvvəlcə Məşrutə hərəkatının tərəfdarı olsa da, sonra kralpərəstlərə qoşulmuşdur.[1]16 mart 1911-ci ildə Tehranda vəfat etmiş, Məşhəddə dəfn olunmuşdur.
Azərbaycan və fars dilləri ilə yanaşı, fransız, ərəb və osmanlı dillərini də bilmişdir. Həmçinin Tomas Maltus və Çarlz Darvin kimi müasiri olan Avropalı mütəfəkkirlərinin ideyaları ilə tanış olmuş və onların baxışlarından məqalələrində istifadə etmişdir.[2]
İslam Birliyi
[redaktə | mənbəni redaktə et]Onun Cəmaləddin Əfqani ilə yaxın əlaqələri vardı.[3] O, İslam dünyasının birliyin tələb edirdi və Osmanlı imperatoru II Əbdülhəmidin başçılığın İslam dünyasının birliyi üçün qəbul etmişdir.Artur Henri Hardinq, Britaniyanın İrandaki səfiri, onun haqqında yazıb: "Keçmişdə qeyd etdiyim kimi, ən ziyalı və aydınlanmış şiə alimi ki mən Tehranda görüşdüm Mirzə Əbutalib Zəncani idi ki onla biz adətən din və siyasət haqqında mübahisələrimiz varıdı.Mən şəxsən düşünürəm ki Mirzə Əbutalib İslam birliyi üçün II Əbdülhəmidin eyni arzusu ilə çalışmışdır...".
Uşaqları
[redaktə | mənbəni redaktə et]O, Bəhram mirzə Qovanlı-Qacar qızı (Abbas mirzə Qovanlı-Qacar nəvəsi) ilə evləndi və 4 qızı varıdı.Seyid Rza Zəncani və Seyid Əbülfəzl Zəncani onun qız törəmələridirlər.
Şəcərəsi
[redaktə | mənbəni redaktə et]- Mirzə Əbutalib bin Seyid Əbülqasim bin Seyid Məhəmmədkazim bin Seyid Əmir Həsən bin Seyid Əmir Möhsün bin Seyid Əmir Səlim Musəvi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Tahoor Arxivləşdirilib 2012-01-09 at the Wayback Machine.2011-07-22.
- ↑ پیشگامان بررسیهای جمعیتشناختی در ایران: عبدالغفار نجمالدوله و میرزا ابوطالب زنجانی. احمد کتابی. نامهٔ انجمن جمعیتشناسی ایران. شمارهٔ ۲ (زمستان ۱۳۸۵).
- ↑ Nadir və Əbdülhəmid və İslam Birliyi Arxivləşdirilib 2010-06-05 at the Wayback Machine İran qəzeti