Ələşrəf xan Bayandur
Ələşrəf xan Bayandur |
---|
Ələşrəf xan Lütfəli xan oğlu Bayandur (?-?)—Qacarlar dövründə bir neçə şəhərin hakimi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ələşrəf xan Lütfəli xan oğlu Cənubi Azərbaycanın Gərrus şəhərində anadan olmuşdu. Bayandur boyuna mənsubdur. Hələ Ağqoyunlular dövründən bəri Gərrusda məskunlaşmışdılar. Ulu babaları da bu bölgəni idarə edirdilər. O, mükəmməl mədrəsə təhsili almış, dövrünün savadlı şəxslərindən sayılırdı. Qacar şahlarına xidmət etmişdi. Əmir Müəzzi Gərrusi kimi tanınırdı.
Ələşrəf xan Bayandur İsfahan, Kaşan, Kürdüstan əyalətlərinin, Ərdəbil vilayətinin və Gərrus bölgəsinin hakimi olmuşdu.
Ələşrəf xan Bayandur Məhəmmədəli şah Qacarın hakimiyyəti dönəmində Ərdəbilin hakimi idi. Məşrutə hərəkatında fəal iştirak etmişdi. Seyid Əhməd Kəsrəvi onun və Qulaməli Bayandurun atası Ələkbər xan haqqında məlumat verir. Digər müəllif İsmayıl Rain də Ələşrəf xan və qardaşı Əmini-Dərbar Ələkbər xan haqqında söhbət açır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.