Mirzə Mülküm xan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mirzə Mülküm xan
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Təhsili
Fəaliyyəti diplomat, publisist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzə Mülküm xan (1834[1][2], Yeni Culfa1908[1][3], Roma) — erməni əsilli İran diplomatı, publisisti, siyasətçisi.

Mirzə Mülküm xan 1833-cü ildə İsfahanda bir erməni ailəsində dünyaya göz açmışdır. Mülküm xan Fransada təhsil almış, İranda «Fəramuşxanə» adlı təşkilat qurmuşdur. «Qanun» qəzetini nəşr edən Mülküm xan müasir bir cəmiyyət qurmaq məqsədi güdürdü. Millətçilik onun təfəkküründə mərkəzi yer tutmurdu. Fəqət onun fəaliyyətləri fars millətçiliyinin inkişafı üçün ilham qaynağı olmuşdur.

Mirzə Mülküm xanın hədəfi İranda qərb cəmiyyətlərinin analoqu olan bir cəmiyyət qurmaq idi və millətçilik bu nəzəriyyənin sadəcə bir ünsürü idi. Mirzə Mülküm «şeyx və vəzir» formasında iki cür millətçilikdən, ənənəvi və müasir millətçilikdən danışırdı. Onun fikrinə görə ənənəvi millətçiliyin təməlini din təşkil edir və ənənəvi millətçiliyin siyasi və ictimai səviyyədə təmsilçisi molla və şeyxdir. Müasir millətçiliyin təməlini isə dil təşkil edir və təmsilçisi nazirdir. Nazir, müasir dövlətin qurulmasının təzahürüdür. Mirzə Mülkümə görə milli birlik din vasitəsilə qurula bilməz. İranda dini müxtəliflik həddən çoxdur və dini fərqliliklər milli birliyin qurulmasına mane təşkil edir. Milli birlik dil birliyi ilə mümkündür.1908-ci ildə Romada dünyanını dəyişib.

  1. 1 2 MALKOM KHĀN // Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica, 1968.
  2. Mīrzā Malkum Khān // Faceted Application of Subject Terminology.
  3. Mīrzā Malkum Khān // Faceted Application of Subject Terminology.