Karen Ulenbek
Karen Ulenbek | |
---|---|
ing. Karen Uhlenbeck | |
Doğum adı | Karen Keskulla |
Doğum tarixi | 24 avqust 1942[1][2][…] (82 yaş) |
Doğum yeri | |
Elm sahələri | qismən diferensial tənlik[d], riyazi analiz, həndəsə, riyazi fizika |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Karen Keskalla Ulenbek (ing. Karen Keskulla Uhlenbeck; 24 avqust 1942[1][2][…], Klivlend, Ohayo[9]) — ABŞ riyaziyyatçısı və Ostin Texas Universitetində fəxri professor. 2019-cu il üçün Abel mükafatının qalibi olmuş və bu mükafatı alan ilk qadındır. ABŞ Milli Elmlər Akademiyasının üzvüdür (1986),[10] London Kral Cəmiyyətinin xarici üzvü (2023).[11] O, ABŞ Milli Elm medalı (2000), eləcə də tədqiqata əsaslı töhfəsinə görə Stil mükafatına layiq görülmüşdür (2007).
Həyatı
[redaktə | mənbəni redaktə et]Mühəndis Arnold Keskalla və məktəb müəllimi və rəssam Karolin Vindeler Keskallanın ailəsində anadan olmuşdur. O, ailənin ilk övladı olmuşdur.[12] Gəncliyində öz dövrü üçün atipik olan idman yarışlarında fəal iştirak edirdi.[13] Karen 1960-cı ildə fizika üzrə təhsil almağı planlaşdıran Miçiqan Universitetinə daxil olmuşdur.[12] Təhsil prosesində isə məlum olmuşdur ki, o, riyaziyyatı daha çox sevir, laboratoriya işlərinin öhdəsindən zəif gəlirmiş. O, fizika üzrə ixtisasını riyaziyyata dəyişmişdir. 1964-cü ildə bakalavr dərəcəsi almışdır.[13]
1965-ci ildə fizik Corc Ulenbekin oğlu biofizik Olke Ulenbek ilə evlənmişdir.[12] Əvvəlcə təhsilini davam etdirməyi planlaşdırmırdı, lakin Milli Elm Fondundan və Vudro Vilson Fondundan təqaüd alaraq Nyu-Yorkdakı Kurant İnstitutunda ikinci dərəcəyə daxil olmuşdur. Evləndikdən sonra Harvardda oxuyan həyat yoldaşına daha yaxın olmaq üçün Brandeys Universitetinə keçmişdir.[13] O, 1968-ci ildə Brandeysdə "Dəyişikliklərin hesablanması və qlobal təhlil" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[14]
Ulenbek Çikaqoda başqa bir qadın riyaziyyatçı Vera Pless ilə əməkdaşlıq etmişdir. Çikaqoya köçməsi onun elmi karyerasında dönüş nöqtəsi olmuşdur.[15] O, 1977-ci ildən 1983-cü ilə qədər Çikaqoda İllinoys Universitetində işləmiş, sonra 1988-ci ilə qədər Çikaqo Universitetində riyaziyyat professoru olmuşdur.[16] Bu müddət ərzində o, Berklidə, Prinston Qabaqcıl Tədqiqatlar İnstitutunda və Harvard Universitetində qonaq müəllim olmuşdur. Prinstonda Ulenbek Riçard Şon ilə əməkdaşlıq edərək diferensial həndəsə sahəsində çalışmışdır.[15] O, 1982-ci ildə "dahi mükafatı" kimi tanınan Mak-Artur təqaüdü almışdır. O, 1985-ci ildə Amerika İncəsənət və Elmlər Akademiyasına seçilmiş və 1986-cı ildə 44 yaşında Milli Elmlər Akademiyasına seçilmişdir. "University of Michigan Journal" yazmışdır ki, o, ABŞ Milli Elmlər Akademiyasının ilk qadın riyaziyyatçısı olmuşdur.[13]
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Freed, Daniel S.[ing.]; Uhlenbeck, Karen K. Instantons and Four-Manifolds. Mathematical Sciences Research Institute Publications. 1. Springer-Verlag, New York. 1984. ISBN 0-387-96036-8. 2nd ed., 1991. Перевод на русский Ю. П. Соловьев, Мир, 1988.
- Uhlenbeck, Karen. Regularity for a class of non-linear elliptic systems (PDF) // Acta Mathematica . 138 (journal) (ingilis). № 3—4. 1977. 219—240. doi:10.1007/bf02392316.
- Sacks, Jonathan; Uhlenbeck, Karen. The existence of minimal immersions of 2-spheres (PDF) // Annals of Mathematics . 113 (ingilis). № 1. 1981. 1—24. doi:10.2307/1971131.
- Sacks, J.; Uhlenbeck, K. Minimal immersions of closed Riemann surfaces (PDF) // Transactions of the American Mathematical Society . 271 (ingilis). № 2. 1982. 639—652. doi:10.2307/1998902. JSTOR 1998902.
- Uhlenbeck, Karen K. Removable singularities in Yang–Mills fields // Communications in Mathematical Physics[ing.] . 83 (ingilis). № 1. 1982. 11—29. doi:10.1007/bf01947068. Announced in the Bulletin of the American Mathematical Society 1 (3): 579—581, Şablon:MR
- Uhlenbeck, Karen K. Connections with bounds on curvature // Communications in Mathematical Physics[ing.] . 83 (journal) (ingilis). № 1. 1982. 31—42. doi:10.1007/bf01947069.
- Schoen, Richard[ing.]; Uhlenbeck, Karen. A regularity theory for harmonic maps // Journal of Differential Geometry . 17 (ingilis). № 2. 1982. 307—335. doi:10.4310/jdg/1214436923.
- Uhlenbeck, Karen K. Seminar on Minimal Submanifolds. Annals of Mathematics Studies. 103. Princeton University Press. Bombieri, Enrico. 1983. 147–168.
- Uhlenbeck, Karen; Yau, Shing-Tung. On the existence of Hermitian-Yang-Mills connections in stable vector bundles // Communications on Pure and Applied Mathematics (Suppl.: Frontiers of the mathematical sciences, New York, 1985) . 39 (journal) (ingilis). 1986. S257—S293. doi:10.1002/cpa.3160390714.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 Karen Keskulla Uhlenbeck // Munzinger Personen (alm.).
- ↑ 1 2 Honoris Causa (ing.). // Harv. Mag. [Cambridge, Mass]: 2007. ISSN 0095-2427
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 http://celebratio.org/Uhlenbeck_K/article/541/.
- ↑ 1 2 https://www.princeton.edu/news/2019/03/19/uhlenbeck-receives-abel-prize-geometric-analysis.
- ↑ 1 2 http://www.ams.org/fellows_by_year.cgi?year=2013.
- ↑ 1 2 www.nasonline.org (ing.).
- ↑ 1 2 https://www.amacad.org/person/karen-keskulla-uhlenbeck.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #172428114 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Karen K. Uhlenbeck Arxivləşdirilib 2019-06-29 at the Wayback Machine (ing.)
- ↑ "Exceptional scientists elected as Fellows of the Royal Society". The Royal Society (ingilis). 2023-05-10. 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ 1 2 3 Jim Al-Khalili. "A biography of Karen Uhlenbeck". Abel Prize website (ingilis). 2020-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
- ↑ 1 2 3 4 Lee Katterman. "Michigan Great Karen K. Uhlenbeck: Pioneer in mathematical analysis—and for women mathematicians". The University Record. 1999-12-06. 2011-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
- ↑ "Biographies of Women Mathematicians: Karen Uhlenbeck". Agnes Scott College (ingilis). 2019-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
- ↑ 1 2 Claudia Henrion. "A profile of Karen Uhlenbeck". Celebratio Mathematica. Mathematical Sciences Research Insitute. 1997. 2019-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
- ↑ "Karen K. Uhlenbeck". MacArthur Foundation (ingilis). 2005-01-01. 2018-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-21.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Karen Uhlenbeck. "Coming to grips with success: a profile of Karen Uhlenbeck". Celebratio Mathematica. 1996.
- UT News, The University of Texas, Austin. "UT Austin mathematics professor wins National Medal of Science". Celebratio Mathematica. 2000.
- Clifford Henry Taubes. "Karen Uhlenbeck's contributions to gauge theoretic analysis". Celebratio Mathematica. 2018.
- "Complete Bibliography". Celebratio Mathematica.
- 24 avqustda doğulanlar
- 1942-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Ohayoda doğulanlar
- Ostin Texas Universitetinin müəllimləri
- Massaçusets Texnologiya İnstitutunun müəllimləri
- Berkli Kaliforniya Universitetinin müəllimləri
- Miçiqan Universitetinin məzunları
- Brandeys Universitetinin məzunları
- Amerika Riyaziyyat Cəmiyyətinin üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- ABŞ Milli Elmlər medalı ilə təltif olunanlar
- Əlifba sırasına görə alimlər
- ABŞ riyaziyyatçıları
- XX əsr riyaziyyatçıları
- XXI əsr riyaziyyatçıları