40°05′41″ şm. e. 44°23′22″ ş. u.HGYO

Böyük Şöllü Dəmirçi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Böyük Şöllü Dəmirçi
40°05′41″ şm. e. 44°23′22″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Böyük Şöllü Dəmirçi xəritədə
Böyük Şöllü Dəmirçi
Böyük Şöllü Dəmirçi

Böyük Şöllü Dəmirçi — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd.[1]

Rayon mərkəzindən 7 km məsafədə yerləşir. 1969-cu ildə Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonun tərkibində olmuşdur.

Toponim mənsubluq bildirən -lu şəkilçisinin qoşulduğu çol[2] etnonimindən[3] və dəmirçi türk etnonimindən[4] əmələ gəlmişdir.

Toponimin əvvəlindəki "böyük" fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Şorlu qoyulmuşdur.

Kənddə 1831-ci ildə 338 nəfər[5], 1886-cı ildə 1318 nəfər[6], 1922-ci ildə 238 nəfər, 1926-cı ildə 417 nəfər, 1931-ci ildə 453 nəfər yalnız azərbaycanlı yaşamışdır[7].

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı kənddə yaşayan azərbaycanlılar 1948–53-cü illərdə zorla Azərbaycana köçürülmüş, Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Kənddə yaşayan 3540 azərbaycanlı ailəsi isə 1988-ci ilin noyabr ayında Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

  1. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  2. şolİbrahim Bayramov
  3. Глинка С. Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, "Элм", 1990. s.112–114
  4. Атаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, "Ылым", 1988. s.466
  5. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.547–548
  6. Свод статических данных о населении Закавказского края, Тифлис, 1893, № 101
  7. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.82–83, 152–153